Məhkəmə qərarları › İş №2-1(118)-1386/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1386/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1386/2022 22.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx" Qrup MMC-də sahə rəisi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 sentyabr 1979-cu il tarixdən 2013-cü il tarixədək zərərli və ağır olan işlərdə işləmişdir. Həmçinin müxtəlif vaxtlarda "X4” MMC, "X5” MMC-nin İnşaat Departamentində işləmişdir və hazırda da işimi davam etdirir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək penisyasının təyin olunması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh qurumdan ərizəmə müsbət bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı həmçinin izah etdi ki, o, xx.xx.1990-cı ildə işlədiyi BBTİ 4 saylı Tikinti İdarəsində iş ustası keçirilmiş və xx.xx.1999-cu ilə qədər həmin peşədə işləmişdir. Lakin bununla bağlı güzəştli iş stajı barədə arayış təqdim edə bilmədiyindən cavabdeh həmin dövrü onun güzəştli iş stajı kimi qəbul etməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməmiş və izah etmişdir ki, iddiaçı güzəştli iş stajı hesablanarkən xx.xx.2000-xx.xx.2000, xx.xx.2005-xx.xx.2008-ci illər arasındakı dövrlərin nəzərə alındığını və beləliklə, cəmi 4 il 2 ay 6 gün təşkil edir. Daha sonra cavabdehin nümayəndəsi "xxxx" MTK-da işlədiyi dövrün də daxil edildiyini və güzəştli iş stajının 8 ilə yaxın olduğunu və iddiaçının güzəştli iş stajı barədə arayış təqdim edə bilməməsi səbəbindən ona imtina cavabının verildiyini bildirdi. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1960-ci il təvəllüddür. - -İddiaçının adına açılmış ИТ-İ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1979-xx.xx.1980-ci və xx.xx.1982-xx.xx.1999-cu illərdə BBTİ 4 saylı Tikinti İdarəsində, xx.xx.2000-xx.xx.2000-ci il tarixlərdə Bakı Biznes Universitetində tikinti təmir sahəsində iş icraçısı, xx.xx.2005-xx.xx.2008-ci il tarixlərdə "xxxx" MTK-da iş icraçısı, xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdən hazırki tarixədək “ X5” MMC-də sahə rəisi vəzifəsində işləyir. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-82-ci illərdə hərbi xidmətdə olmuşdur. -Bakı Biznes Universiteti tərəfindən verilmiş 29 yanvar 2021-ci il tarixli 11 saylı arayışdan görünür ki, İddiaçı 18 mart 2000-ci il tarixdən 05 sentyabr 2000-ci il tarixədək Bakı Biznes Universitetinin tikinti təmir sahəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-na əsasən zərərli işə görə əmək stajı 5 ay 18 gün təşkil edir. - - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, BBTİ 4 saylı Tikinti İdarəsinin 1979-cu ilə dair əmr kitabları və 1980-1999-cu illərə aid arxiv sənədləri filiala təhvil verilməmişdir. - - Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində Bakı Baş Tikinti İdarəsinin 4 saylı Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə heç bir məlumat mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yetərsiz olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, cavabdehin nümayəndəsi izah etdi ki, 1990-1999-cu illərdə iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsini təsdiq edən arayış təqdim edilmədiyinndən güzəştli staj kimi hesablanmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin b) yarımbəndinə görə tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Məhkəmə qeyd edir ki, həmin müəssisə halı-hazırda fəaliyyət göstərmədiyindən iddiaçı güzşətli stajı barədə arayış təqdim edə bilməmişdir. İddiaçının həmin iş yerindən güzəştli arayışı təqdim edə bilməməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması hüququnu məhdudlaşdırmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının həmin dövrdə göstərilən müəssisədə qeyd olunan peşədə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə şübhə yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar