Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1390/2022 08.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınmağı üçün öhdəliyin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınmağı üçün üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 23 fevral 2022-ci il tarixli, Ş-8-068 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Sumqayıt şəhər sakinidir və 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. Düşmənə qarşı olan döyüşlərdə böyük şücaətlə iştirak etmiş və torpaqlarımızın qaytarılması üçün əlindən gələni etmiş və aldığı yaralara görə 3-cü qrup Vətən müharibəsi əlili kimi qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarını rəhbər tutaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə ev qeydiyyatına alınaraq evlə təmin olunması ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsini rəhbər tutaraq mənzil növbəsinə qeydə alınması ilə bağlı müraciətinə müsbət cavab verməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilmişdir ki: “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür ”. Sumqayıt şəhər İcra Hakimiyyətinin bu qərarına hörmətlə yanaşır, lakin 44 günlük vətən müharibəsində iştirak etməyi və 3-cü qrup Vətən müharibəsi əlili olmağını nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O, sakini olduğu Ağsu rayonundan qeydiyyatdan çıxaraq xx.xx.2021-ci il tarixdə bacısına məxsus olan, yaşayış sahəsi 81 kvadratmetrdən ibarət 3 otaqilı Sumqayıt şəhəri, 16-cı mikrorayon,ev 100B-yə ünvanına qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzil uçotuna alınmış vətəndaşlar yaşayış sahəsi ilə imtiyazları nəzərə alınmaqla növbəlilik qaydasında təmin olunurlar. İddiaçı Sumqayıt şəhərində 5 il daimi qeydiyyat müddəti tamam olmadığından onun tərəfindən mənzil uçotuna alınması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətinə daxil olmuş ərizəyə xx.xx.2022-ci il tarixli Ş-068 saylı məktub ilə yazılı imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, Sumqayıt şəhər sakinidir və 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. Döyüşlərdə iştirak etmiş və aldığı yaralara görə 3-cü qrup Vətən müharibəsi əlili kimi qeydiyyata alınmışdır. İddiaçı mənzil növbəsinə götürülməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O, sakini olduğu Ağsu rayonundan qeydiyyatdan çıxaraq xx.xx.2021-ci il tarixdə bacısına məxsus olan, yaşayış sahəsi 81 kvadratmetrdən ibarət 3 otaqilı Sumqayıt şəhəri, 16-cı mikrorayon,ev 100B-yə ünvanına qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzil uçotuna alınmış vətəndaşlar yaşayış sahəsi ilə imtiyazları nəzərə alınmaqla növbəlilik qaydasında təmin olunurlar. Cavabdeh orqan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edir və qeyd edir ki, Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınırlar. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə əsasən:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən sərəncamın verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş normaları ilə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma və ondan imtina halları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli, 12890 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən Hərbi Həkim Komissiyasının qərarı ilə müəyyən edilmişdir: İddiaçı “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı. Sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının küt travması. Dərialtı qansızma”. Diaqnozu ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” . Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən üçüncü dərəcə əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 5 ili tamam olmasa da cavabdeh inzibati orqan öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks hücum əməliyyatlarına qatılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh orqan iddiaçının mövcud vəziyyətini nəzərə alaraq, öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürməli idi. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanununa əsasən: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınması ilə bağlı inzibati orqanın inzibati praktikası olsada, onun diskression səlahiyyətlərindən istifadə edərək bu praktikaya istisnalar etməsi həmin səlahiyyətlərin məqsədinə uyğun hesab edilə bilər. Beləki qanunvericilyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Hazırkı işdədə cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədi mənzilə ehtiyacı olan əhalinin həsas təbəqisinə aid sayılan şəxslərin sosial təminatına yardım edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı 44 günlük vətən müharibəsinin iştirakçısı olması, döyüşlərdə iştirak etməsi və aldığı yaralara görə 3-cü qrup Vətən müharibəsi əlili olması və digər əsaslarında olması səbəbindən onun mənzil növbəsina alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınması öhdəliyi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçının İddiaçı Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınması öhdəliyi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev