Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1391/2025 16.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı orta təhsillidir, ailəlidir. 20 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığı yerinə yetirərkən “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ ayağının İİİ barmağının bitişmiş sınığı ” xəsarətini almışdır. Aldığı xəsarətlə əlaqədar ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Zərdab RMX-na göndərilmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Zərdab RMX-da “Sağ ayaq pəncəsinin güllə yarası" diaqnozu ilə stasionar müalicə və müayinədə olmuşdur. 13 noyabr 2020-ci ik tarixdə N nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2021-ci il tarixdə MN MHP-nın göndərişi əsasında X4 Mərkəzinə göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək X4 Mərkəzində “Sağ pəncənin İİ-İİİ daraq sümüyünün, İİİ barmağının falanqasının açıq qəlpəli sınığından sonrakı vəziyyət. Sağ aşağı daban oynağının kontrakturası. Qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Asnetik sindrom” diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur. xx.xx.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir “ qərarı verilmişdir.(əsas:211458 nömrəli arayış).Şikayətləri artdığından hərbi hissə komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə ixtisaslı müayinə və müalicə üçün MN BKH-na göndərilmiş, xx.xx.2021- xx.xx.2021- ci il tarixədək MN BKH -nın nevrologiya bölməsində “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin vegetativ damar distonsiyası ilə olan nəticəsi. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit , ikitərəfli davamlı neyrosensor agıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 3.5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə. Sağ qamış sümüyünün diafizinin 1/3 kompakt adacığı. Hepatosteatoz” diaqnozu ilə stansionar müayinə və müalicə olmuşdur (əsas:573 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi) xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru ,professor Fuad İsmayilov ərəfındən müayinə olunub ,”Üzvi emosional astenik pozuntu F 06.6 diaqnozu təyin olunmuşdur (əsas:856 nömrəli tibbi rəy ). xx.xx.2022 -ci il tarixində MN Hərbi Poliklinikasının Hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər cədvəlinin” 14b ,23b maddəsinin İİİ qafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. (əsas :2027 nömrəli xəstəlik haqqında şəhadətnamə). xx.xx.2022 -ci il tarixdə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (keçirilmiş qapalı kəllə- beyin travması) emosional -affektiv pozuntu diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. (əsas:3428/22 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022-23.05.22 -ci il tarixədək X6 “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri .Posttravmatik ensefalopatiya , tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə. Dissosiativ konversion tipli nevrotik reaksiyalar . İkitərəfli xroniki koxlear nevrit , sensonevral ağıreşitmə 4 -cü dərəcə. Sağ ayağın güllə yaralanması, 2-3 daraq sümüklərinin bitişmiş sınığı, çapıq toxuması. ağrı sindromu ilə” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.(əsas:3471 nömrəli xəstəlik tarixindən çıxarış ). xx.xx.2022-xx.xx.2022-ci il tarixinədək Quba RMX-da “Baş beynin digər zədələnmələri” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 0186916/1832 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Neyrocərrahiyə Xəstəxanasında “Keçirilmiş açıq kəllə-beyin travması baş beyinin əzilməsi baş beyinin xroniki işemik tipli pozuntusu.Posttravmatik ensefalopatiya epileptik qıcolma tutmaları ilə. Sağ pəncənin parezi “ diaqnozu ilə ambulator müayinədə olmuşdur.(əsas:8530 nömrəli ambulator kitabçadan çıxarış ).xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru ,Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmləri doktoru,professor Fuad İsmayılov tərəfindən müayinə olunub .’’Üzvi dissosiativ pozuntu,funksional tutmalar ,depressiv epizod,intihar cəhdləri ilə F 06.5” diaqnozu təyin olunmuşdur.(əsas:9634 nömrəli tibbi rəy ). xx.xx.2022- xx.xx.2022- ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “keçirilmiş qapalı kəllə -beyin travması ) affektiv pozuntu cəngolma tutmaları ilə (ayda 7-8 dəfə) “ diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur(əsas: 11774/22 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər cədvəlinin “ 23a ,14b ,27b maddəsinin 3 qrafasına əsasən “Həm dinc dövrdə ,həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir (əsas: 13475 nömrəli xəstəlik haqqında şəhadətnamə ).xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (keçirilmiş qapalı kəllə-beyin travması ) affektiv pozuntu ,cəng olma tutmaları ilə (ayda 7-8 dəfə ) “ diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas:2175\23 nömrəli xəstəlik tarixindən çıxarış ). xx.xx.2023-cü il tarxixndə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru .Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmləri doktoru .professor Fuad İsmayılov tərəfindən müayinə olunub,’’Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində ) affektiv pozuntu,depressiv epizod .cəngolma tutmaları ilə.Anamnezində intihar fikirləri ilə F 06.3” diaqnozu təyin olunmuşdur (əsas: 1655 nömrəli tibbi rəy).xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru .Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı tibb elmləri doktoru .professor Fuad İsmayılov tərəfindən müayinə olunub,’’Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) affektiv pozuntu,depressiv epizod ,intihar cəhdləri və epileptiform cəngolma tutmaları ilə F 06,3 diaqnozu təyin olunmuşdur (əsas:531 nömrəli tibbi rəy ). xx.xx.2023xx.xx.2023-cü il tarixədək Siyəzən Rayon Mərkəzi Xəstəxanasında fizioterapiya kabinetində müalicə almışdır.(əsas: 123.0 lömrəli arayış). xx.xx.2023-xx.xx.2023 -cü il tarixədək Respublika Neyrocərrahiyə Xəstəxanasında “Keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin əzilməsindən sonrakı vəziyyət .Posttravmatik ensefalopatiya. Sağ ayağın güllə yaralanmasından sonrakı vəziyyət .Sağ pəncənin parezi” diaqnozu ilə ambulator müayinədə olmuşdur. (əsas:8597 nömrəli ambulator kitabçadan çıxarış). xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərədək X8 “Kəskin peroral dərman zəhərlənməsi (klonazepam), orta ağır dərəcə. Ağır dərəcəli depressiv epizod, psixotik simptomlarla ,özünə intihar cəhdlərlə “diaqnozu ilə stasionar 14011 nömrəli xəstəlik müayinə və müalicədə olmuşdur (əsas: 14003,tarixindən çıxarışlar). xx.xx.2023- xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmaları.Anamnezində psixotik əlamətlər”diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.(əsas:12014\23 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “’Üzvi şəxsiyyət pozuntusu ,depressiv epizodlar ,intihar cəhdləri, epileptiform tutmaları. Anamnezində psixotik əlamətlər F07.0” diaqnozu təyin olunmuşdur (əsas:2197 nömrəli tibbi rəy).Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət həkim Xidmətinin Siyəzən rayon bölməsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsini təyini üçün hərbi -komissiyasına göndərilmişdir. MN BKH -da baş nevroloq və travmatoloq ilə konsultasiya olunmuşdur. Aparılmış müalicələr və müddətlər -.xx.xx.2023-xx.xx.2023 tarixində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, xx.xx.2020-xx.xx.2020 tarixində Zərdab Rayon Mərkəzi Xəstəxanası müayinədə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: Dəri və dərialtı toxumalar-Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy normal inkişaf etmişdir:Limfa vəziləri-Periferik limfa vəzləri böyüməmişdir: Tənəffüs sistemi-Hər iki ağciyər tənəffüsdə simmetrik iştirak edir.Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi,auskultasiyada vezikulyar tənəffüs eşidilir.; Ürək, qan damar sistemi - Ürəyin hüdudları normal, tonları aydın. A/T 120/70 ağrısızdır. Fizioloji aktlar sərbəst, mm cv.st. Nəbzi ritmik, dəqiqədə sayı 72 vurğudur; Həzm sistemi - Dili nəmdir, təmizdir. Qarnı yumşaq, palpasıya zamanı ağrısızdır.; Sidik və cinsiyyət sistemi - Bel nahiyəsində döyəcləmə hər iki tərəfdə adekvatdır. Digər - Düzgün bədən quruluşludur. Fiziki inkişafı, qidalanması kafidir.; Həkim müayinələrinin nəticələri: ümumi cərrah - sağ ayağında bərkimiş dəri çapığı var. (xx.xx.2023); otorinolarinqoloq - Pıçıltı nitqinin hər iki qulaqda 3.5 metr məsafədən eşitməsi ilə (xx.xx.2023); psixiatr - Bələdliyi bütün növlər üzrə saxlanılıb. Zahirən gərgindir. Ünsiyyətə həvəssiz daxil olur. Əhval-ruhiyyə fonu dəyişkəndir. Yaddaşı zəifdir. Yuxusu pozulub. Suallara qısa, qıcıqlı cavablar verir. Davranışları qeyri-adekvatdır. Vəziyyətinə tənqidi qismən saxlanılıb. (xx.xx.2023); oftalmoloq Visus OU-l.O (xx.xx.2023); nevropatoloq - Yuxarı Kerer nöqtələri ağrılıdır. Reflekslər canlı. Romberq vəziyyətində davamlıdır. İrəli uzadılmış əllərdə tremor və distal hiperhidroz aşkar edilir. Sağ ayaq və barmaqların dorsofleksionu hərəkəti məhdudlaşıb, əzələ gücü zəifləyib (3 bal), sağ ayağın arxasında, baldırın bayır nahiyəsində hipesteziya aşkar edilir. (xx.xx.2023); Xüsusi müayinələrin (rentgenoloji, instrumental və s.) nəticələri: EKQ - sinus ritmi. ÜEO şaquli. (xx.xx.2023); Döş qəfəsinin Fluqrafiya - hal-hazırda ağciyərlərdə aktiv formada ocaq va infıltrat yoxdur. (xx.xx.2023); MRT - Böyük yarımkürələr subkortikal və dərin ağ maddələri daxilində rast gəlinən 4 mm-ə dək ölçülü xroniki işemik qliotik ocaqları izlənir. Sağ vertebral arteriya dural seqmenti hipoplaziyası izlənir. (xx.xx.2022); EEQ - Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi. Tipik epiaktivlik aşkar olunmur. (xx.xx.2023); elektromioqrafıya (EMQ) - Sağ aşağı ətrafda peroneal sinirin motor cavabı sola nisbətdə 50-60 % aşağı dəyəndirildi. Sağ peroneal sinirin xroniki dövr aksonal tipli neyropatiyası qeydə alınır. (xx.xx.2023); Rengenoqrafıya - Sol diz oynağı və sol pəncə sümükləri rentgenoloji normaldır. (xx.xx.2023); Abdominal USM - Qaraciyərdə piy distrofiyası izlənildi. Öd kisəsi, böyrəklər, dalaq, mədəaltı vəzi, sidik kisəsi normaldır. (xx.xx.2023); Laborator müayinələrin nəticələri: Qanda virusların təyini - HbsAg-neqativ, Anti-HCV İgG- neqativ, QİÇS-1 HİV 1+2-neqativ, Sifilis Screen-negativ. (xx.xx.2023); Qanın ümumi analizi - WBC-7,8 x 107L, RBC-5.48 x 1012/L, HGB-165 g/L, MCV-89.4 İL, PLT-161 x 107uL. (xx.xx.2023); Sidiyin ümumi analizi xüsusi çəkisi-1019, rangi-sarı, reaksiyası-turş, zülal-yox, şəkər-yox, duzlar (+). (xx.xx.2023); Diaqnoz və xəsarətin (yaralanmanın, travmamıt, kontuzianın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nişanələr, vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan epileptic qıcolma tutmaları ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ peroneal sinirin keçirilmiş posttravmatik neyropatiyasının ətrafın distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ ayağın güllə yaralanmasından (xx.xx.2020) sonrakı П-İİİ daraq sümüyünün, İll barmağın proksimal falanqasmın bitişmiş sınığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3.5 (üç tam onda beş) metr məsafədən eşitməsi ilə. 07 noyabr 2023-cü il tarixli, xxxxxxxX00003 nömrəli şəhadətnamə ilə qeyd edilir k«, xəsarətlər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 14a, 23a, 27b maddəsinin İİİ qrafasma və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi - həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən: D həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin 18 aprel 2024-cü il tarixli aktı ilə iddiaçıya əlillik təyin edilməmişdir və qeyd edilir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektib müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyətini tənzimləyən həmin əsasnaməyə əsasən, əlillik statusu ilə bağlı qərarlar operativ şəkildə, müəyyən müddət ərzində qəbul edilməlidir. Bununla belə, iddiaçının işinə müəyyən edilmiş müddətdə baxılmadı, bu da prosesi əhəmiyyətli dərəcədə ləngitdi və əlilliyə görə lazımi müavinət almaq qabiliyyətinə təsir etdi. İddiaçı Əli oğlu 2024 yanvar ayında əyani müayinəyə cəlb edilərək yoxlanılıb. İddiaçı barəsində olan Forma 88 üzrə iddiaçıya üzvü şəxsiyyət pozuntusu. Keçirilmiş QKBT baş beynin əzilməsinin qalıq əlamətləri, Nevrotik reaksiyalarla Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri diaqnozu qoyulmuşdur. Həmin yoxlamadan xeyli sonra iddiaçıya bildirilib ki, əlillik dərəcəsi təyin edilməyib. E-gov.az-da “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” bölməsini yoxlayanda aydın oldu ki, İmtina səbəbi kimi “Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” qeyd olunub. Lakin iddiaçı təyin olunan diaqnozla razı deyil və özündə hiss etdiyi əlillik əlamətlərinin daha düzgün yoxlanılmasına və ədalətli olaraq ona əlillik təyin olunmasına nail olmaq istəyir. İddiaçı barəsində 18 oktyabr 2021-ci il tarixli 877 nömrəli Hərbi Hissənin travma haqqında arayışında qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ ayağın İİİ barmağının bitişmiş sınığı” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. 05 oktyabr 2022-ci il tarixli İstanbul NS Klinikasının MRT nəticələrinə əsasən qeyd edilir ki, iddiaçının başında böyük yarımkürələr subkrotikal və dərin ağ maddələri daxilində rast gəlinən 4mm- ə dək ölçülü xroniki işemik-qliotik ocaqları izlənir. Sağ vertebral arteriya dural seqmenti hipoplaziyası izlənir. İddiaçının sağ ayağında problem var, ayağı işləmir. X7 29 avqust 2023-cü il tarixli müayinə nəticələri ilə bildirilir ki, sağ peroneal sinirin xroniki dövr aksonal zədələnməsi mövcuddur. 22 aprel 2024-cü il tarixli “Respublika Psixiatriya Xəstəxanası” X9 Həkim Psixiatr Komissiyasının rəyi üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, tez-tez dekompensasiyalar, anamnezində psixotik əlamətlər diaqnozu qoyulmuşdur. Əlillik təyinatının rədd edilməsi iddiaçıya dərin və çoxşahəli mənfi təsir edir. Söhbət təkcə maliyyə dəstəyindən getmir. Kəllədaxili travma və davamlı beyin zədəsi simptomları da daxil olmaqla ağır tibbi vəziyyətləri olan bir veteran kimi əlillik statusunun verilməməsi onu nəinki mühüm maliyyə dəstəyindən məhrum edir, həm də həyati əhəmiyyət kəsb edən zəruri tibbi müalicə və reabilitasiya xidmətlərindən məhrum edir, bu qərar həm də onun kompleks sağlamlıq ehtiyaclarım idarə etmək üçün vacib olan əsas tibbi xidmət və reabilitasiya xidmətlərinə çıxışını məhdudlaşdırır. Fiziki və mənəvi olaraq zərər böyükdür, çünki o, indi lazımi dəstək olmadan hər gün əlilliyi ilə mübarizə aparır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən, “Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 11732 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin dağınıq üzvi nişanələr, vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ peroneal sinirin keçirilmiş posttravmatik neyropatiyasının ətrafın distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ ayağın qüllə yaralanmasından (xx.xx.2020) sonrakı ll-lll daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının bitişmiş sınığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3,5 (üç tam onda beş) metr məsafədən eşitməsi ild' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2175/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (keçirilmiş qapalı kəllə-beyin travması) affektiv pozuntu, cənqolma tutmaları ilə (ayda 7-8 dəfə)" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 1655 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizod, cənqolma tutmaları ilə və anamnezində intihar fikirləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 531 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizod, intihar cəhdləri və epileptiform cənqolma tutmaları ilə "kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10506472 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12014/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar. Anamnezində psixotik əlamətlər" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2197 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında olan ağrıdan, keyimədən, qıcolma tutmalarından, baş ağrısından, əsəbilikdən, yuxu pozulmasından şikayətlənmişdir. Aşağı ətrafların əzələləri simmetrik inkişaf etmiş, hipotrofiya, parez əlamətləri aşkar edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Müayinə zamanı zahirən narahat olmuş, bir çox şikayət bildirmiş, lakin xəstəliyə spesifik suallara yalnız “bilmirəm” cavabı vermiş, düşüncəsi aydın, bələdliliyi tam, emosional labil, əhval-ruhiyyəsi dəyişkən izlənilmişdir. Nümayişkar davranış sərgiləyərək çoxlu sayda yarımçıq istifadə edilmiş dərman qutularını təqdim etmişdir. Ünsiyyət əsnasında həyat yoldaşının tibb bacısı və 1 yaşında körpə övladının olması faktı diqqət çəkmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış, anamnezində intihar cəhdi və qıcolma tutmaları "kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndırmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentlıyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli Y00149759CNM saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2024-cü ilin iyun ayında, yəni təxminən 4 aydan artıq müddət keçdikdən sora əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı qeyd edilən qərardan xx.xx.2024-cü il tarixdə, ********** nömrəli telefona SMS bildiriş göndərilməklə məlumatlandırılmışdır AR İPM-nin 24 1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı adına N saylı hərbi hissədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 8570 saylı travma haqqında arayışda qeyd edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ ayağının İİİ barmağının bitişmiş sınığı” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə xəsarət almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, üzvi dissosiativ pozuntu, funksional tutmalar, depressiv epizod, intihar cəhdləri ilə F 06.5 diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizod, cəngolma tutmaları ilə və anamnezində intihar fikirləri ilə F 06.3 diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli 531 saylı rəyinə əsasən İddiaçı üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizod, intihar cəhdləri, epileptiform cəngolma tutmaları ilə F 06.3 diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli 2197 №li rəyinə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər F 07.0 diaqnozu müəyyən edilmişdir. 07 noyabr 2023-cü il tarixli reyestr № xxxxxxxX00003, 11732 saylı xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı “kəskin ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər. partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nişanələr, vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan epileptic qıcolma tutmaları ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ peroneal sinirin keçirilmiş posttravmatik neyropatiyasının ətrafın distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ ayağın güllə yaralanmasısndan (xx.xx.2020) sonrakı İİ-İİİ daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının bitişmiş sınığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3.5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı adına X2 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00149759CNM saylı Forma 088 göndərişində qeyd edilmişdir... “Xəstəliyin başlanma tarixi: xx.xx.2020-ci il tarixdəndir, xronikidir. XBT 10 kodu ilə: Əsas xəstəlik: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu; Ağırlaşmalar: F44.8- Digər dissosiativ (konversİon) pozuntular, nevrotik reaksiyalarla; Yanaşı xəstəliklər: F62.0- Dəqiqləşdirilməmiş ensefalopatiya. Keçirilmiş Qapalı KBT.Baş beyinin əzilməsinin qalıq əlamətləri; F62.0- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri. İddiaçının (forma 88 № Y00149759CNM) əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli 4462 №li rəyinə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, te-tez kompensasiyalar, anamnezində psixotik əlamətlər F 07.0 diaqnozu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4481/2024 saylı qərardadı ilə İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İddiaçı canlı müayinə olunmaqla, onda aşağıda sadalanan xəstəliklər aşkar edilirmi? -İddiaçı “keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra astero-nevrotik təzahürlər, sağ ayağının lll barmağının bitişmiş sınığı” diaqnozu aşkar edilirmi? Əgər aşkar edilirsə, həmin xəstəliyin və qiymətlədirmə meyarı üzrə əlamətlərin müəyyən edilməsinə əsas olan hallar (tibbi sənədlərə istinad edilməklə), habelə hər bir qiymətləndirmə meyarı üzrə əlamətlərin aşkar edilməməsi halı ayrı-ayrılıqda əsaslandırılmaqla, ətraflı qeyd edilsin. -İddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu” (F07.0), “digər dissosiativ (konversion) pozuntular, nevrotik reaksiyalarla” (F44.8) kimi ağırlaşma, dəqiqləşdirilməmiş ensefalopatiya, keçirilmiş QKBT baş beyin əzilməsinin qalıq əlamətləri” G93.4, “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, mühairbədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri” (F62.0) kimi ağırlaşma müşahidə edilir? Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin T 667/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən Е.Ə.Məmmədov Respublika Psixiatriya Xəstəxanasında, 07.04-24.04. 2024-cü il və 08.07-xx.xx.2024-cü il tarixlərdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri epileptiform tutmalar tez-tez dekompressiyalar, anamnezində psixotik əlamətlər” (prof. Fuad İsmayılov) diaqnozu ilə müayinə və müalicədə olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçı tibbi sənədlərinə əsasən onda “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər, sağ ayağının İİİ barmağının bitişmiş sınığı” diaqnozu aşkar edilir. Qiymətləndirmə meyarı üzrə əlamətlərin aşkar edilibedilməməsi mütəxəssis (nevroloq, psixiatr, cərrah) tibbi sosial ekspertlərin səlahiyyərlərinə aiddir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd edir ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli Y00149759CNM saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2024-cü ilin iyun ayında, yəni təxminən 4 aydan artıq müddət keçdikdən sora əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Məhkəmə qeyd edir ki, həmin qərarın iddiaçıya hansı tarixdə rəsmi təqdim edilməsi barədə cavabdeh sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə müddəti ötürülməmiş hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsini istəyir. İddiaçının (forma 88 № Y00149759CNM) əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: .... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; .... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri Bənd 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu -XBT kodu F07 Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh etirazında qeyd edir ki, iddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış, anamnezində intihar cəhdi və qıcolma tutmaları "kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Е.Ə.Məmmədov Respublika Psixiatriya Xəstəxanasında, 07.04-24.04. 2024-cü il və 08.07-xx.xx.2024-cü il tarixlərdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri epileptiform tutmalar tez-tez dekompressiyalar, anamnezində psixotik əlamətlər” (prof. Fuad İsmayılov) diaqnozu ilə müayinə və müalicədə olmuşdur. (F07.0) O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin T 667/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli ekspert rəyi) Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı tərəfindən təqdim edilmiş müvafiq tibbi sənədlər, habelə məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1391/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1391/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver