Məhkəmə qərarları › İş №2-1(118)-1394/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1394/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1394/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “Abşeron rayonu, Masazır kəndi ərazisində ümumi sahəsi 523 m2 torpaq sahəsində yerləşən **********01131 nömrəli abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.10.2021-ei il tarixdə Accessbank ASC arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 523 kv.metr torpaq sahəsini almışdır. Bununla əlaqədar olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ondan öncəki mülkiyyətçinin abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı X4 Cəmiyyətinin yerli qurumuna müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonentin borcu onun adına rəsmiləşdirilməmişdir. Cavabdeh orqan tərəfindən 02.03.2022-ci il tarixdə ona ünvanlanmış məktubda qeyd olunur ki, Abşeron rayonu Masazır ərazisində yerləşən torpaq sahəsi Azərİşıq ASC-nin məlumat bazasında **********01131 abonent kodu altında Nizami Quliyev adına qeydiyyata alınmışdır və kodda 3.519.72 manat borc vardır. Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş X1 Qaydalarının tələblərinə uyğun olaraq istehlakçı tutduğu ərazidən köçdükdə sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisinin sərfinə görə borcunun olmaması haqqında enerji təchizatı müəssisənin arayışını tələb etməlidir, Odur ki, mövcud borc ödənildikdən sonra abonent kodunun ad dəyişilməsi əməliyyatı həyata keçirilə bilər . Hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi arqumenti əsassızdır. Belə ki, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 523 kcv metr torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin mülkiyyətçisinin dəyişməsinə baxmayaraq həmin torpaq sahəsinə verilmiş abonent kodunda olan keçmiş mülkiyyətçinin adı dəyişdirilməmişdir. Buna görə də iddiaçı cavabdeh təşkilata müraciət edərək mülkiyyətində olan torpaq sahəsinə verilmiş abonent kodunda keçmiş mülkiyyətçinin adını öz adına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının mülkiyyətində olan torpaq sahəsinə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adının yazılmasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, qeyd olunan yaşayış evi 23.01.2007-ci il tarixdə enerjitəcfaİzatı müəssisəsi tərəfindən **********01131 nömrəli abunə kodu ilə vətəndaş Nizami Quliyev adına qeydiyyata alınmışdır, iddia ərizəsindən müəyyən edilir ki, torpaq sahəsi 02.10.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Həmçinin müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsinin əvvəlki sahibi olan Accessbank ASC-dən alqı-satqı yolu ilə əldə etmişdir. İddiaçı həmin torpaq sahəsini alarkən əvvəlki mülkiyyətçidən kommunal xidmtələrdən istifadəyə görə hər-hansı təşkilata borcu olmaması barədə arayış tələb etməli idi. EEİQ-nın 8.18-ci maddəsinə əsasən istehlakçı, o cümlədən məişət abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əwəı enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin qaydaların 8.22-ci maddəsinə əsasən Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik eneıjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışı tələb etməlidir. Yuxarıda sadalanlardan göründüyü kimi nə qeyd olunan ünvanın əvvəlki mülkiyyətçisi tərəfindən müəssisəyə X1 ilə bağlı yaranmış borc məbləğləri ödənilmiş, nə də ki, həmin ünvanın yeni mülkiyyətçisi İddiaçı tərəfindən əvvəlki mülkiyyətçidən və yaxud da obyektin satıcısından elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışı tələb edilməmişdir. Bütün bunlar “X1 Qaydaiarf’nm (E.E.İ.Q) 8.18-ci və 8.22-ci bəndlərinin tələblərinin yuxanda adları çəkilən şəxslər tərəfindən pozulduğunu sübut edir. Buna görə də məhkəmə işi araştıran zaman obyektiv nəticəyə gəlməsi üçün “X1 Qaydalarf’nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 526-cı maddəsinin tələblərinin pozulması hallarını lazımı qaydada qiymətləndirməlidir. MM-in 526-cı maddəsinə görə əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalanuı əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. Mülki Məcəllənin 526-cı maddəsi borclunun əmlakla bərabər əmlak üzrə yaramış öhdəçilikləri də qəbul etdiyini göstərir və kreditor olaraq bizə əmlakın əldə olunması ilə bərabər yaranmış öhdəliklərin icra edilməsini borcludan tələb etmək hüququ verir. Həmin məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarım həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Həmçinin Asan xidmətlə "xxxx" ASC arasında bağlanmış reqlamentə görə Qeyri-əhali istehlakçısının X1yə görə borcu olduğu halda abunə kodunun elektron məlumat bazasında addan ada keçirilməsi xidməti həyata keçirilmir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 02.03.2022-ci il tarixli 01/11/R-024/1772 nömrəli məktubu, etiraz ərizəsi, DƏDRX tərəfindən verilmiş **********71 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təstiq edilmiş “İnzibati orqanların təsnifatı” 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı tədqirdə hazırkı, iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırkı iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumenti məhkəmə araşdıraraq əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20.10.2020-cı ildən Abşeron rayonu, Masazır kəndi ərazisində ümumi sahəsi 523 m2 olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçisinin dəyişməsinə baxmayaraq həmin sahəyə verilmiş abonent kodunda olan keçmiş mülkiyyətçinin adı dəyişdirilməmişdir. Buna görə də iddiaçı cavabdeh təşkilata müraciət edərək mülkiyyətində olan yaşayış sahəsinə verilmiş abonent kodunda keçmiş mülkiyyətçinin adını öz adına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adının yazılmasından imtina etmişdir. İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən edilən imtinası etimat hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddidr. Belə ki,“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqısatqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nda şəxsi hesabın yeni abonentin adına keçirilməsi üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Əksinə qeyd olunan Qaydalarda enerjitəcizatı müəssisəsinin üzərinə yeni abonentin müraciətinə 5 gün ərzində baxılması və həll edilməsi ilə bağlı vəzifə qoyulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanan imtinası əsassız hesab edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Masazır kəndi ərazisində ümumi sahəsi 523 m2 olan torpaq sahəsində yerləşən **********01131 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar