Məhkəmə qərarları › İş №2-1(118)-1396/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1396/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1396/2022 26.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında yaşayan) Üçüncü şəxs X2 ("xxxx" MMC-də operator işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı X5 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dədə Qorqud küçəsi,ev 53 ünvanından qeydiyyatdan çıxarılması öhdəlyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X5 ünvan 6 evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxsi qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanda yerləşən ev iddiaçının müikiyyətindədir. İddiaçının atasının qeyri-qanuni nikahından olan X10 iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır, lakin uzun müddətdir ki, bu evdə yaşamır, qeydiyyata düşəndən 1 ay sonra oraya gəlib-getmişdir. Hazırda ailəsi ilə birlikdə ünvan 7 ünvanında yerləşən mənzilində yaşayır. X5 formal olaraq iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı onun ögey qardaşıdır. Ramil Xələfov əvvəl atasının Bakı şəhərindəkii mənzilində qeydiyyatda olmuş, həmin mənzi satıldıqdan sonra hazırda iddiaçının mülkiyətində olan Mehdiabad qəsəbəsində yerləşən mənzilinə qeydiyyata düşmüşdür. Onun başqa yaşayış yeri olmadığndan həmin mənzildən istifadə hüququnun tanınması və köçürməyə dair iddia qaldırmışdır. Abşeron rayon Məhkəməsinin 05 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır və icraya yönəldilmişdir. R.Xələfov icra məmuru tərəfindən oraya köçürülmüşdür. Lakin orada yaşamağa imkan verməmişlər. Haızrda 4 nəfər ailə üzvü ilə birlikdə kirayədə yaşayır, yaşayış sahəsinə ehtiyacı vardır. Bu səbəbdən iddianən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -MH № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Nərimanov rayonu 38 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X10 həyat yoldaşı və iki uşağı ilə birlikdə uzun müddətdir ki, 38 MKS ərazisi olan Z.Xəlil küçəsi, 7 A ünvanında qeydiyyatsız yaşayır. - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dədə Qorqud küçəsində yaşayan X1, X6 və X3 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ünvan 1 fərdi yaşayış evi İddiaçı məxsusdur və həmin evdə 2003-2005-ci illər ərzində X10 yaşamışdır. 2005-ci ildən hal-hazıra kimi R.Xələfov İddiaçı məxsus olan evdə yaşamır və yaşadığını görməmişlər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 018-7658-1222 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X10 xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-348/2008 saylı 08 aprel 2008-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavavdehlər X12, X8, İddiaçı və X7 qarşı evə yaşayış hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasnın təmin edilməsinə dair Abşeron rayon Məhkəməsinin 05 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şıxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göstərilən maddənin adından da göründüyü kimi bu müddəa vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasını tənzimləyir. Məhkəmə araşdırıması zamanı müəyyən edildi ki, üçüncü şəxs X10 2008-ci ildə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 aprel 2008-ci il tarixli 2(105)-348/2008 saylı qətnaməsindən görünür ki, X10 cavabdeh X12 və İddiaçı ailə üzvü hesab edilərək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən mübahisəli mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair iddia tələbi əsaslı hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddiası əsaslı hesab edilə bilməz. R.Xələfovun həmin mənzildən istifadə hüququnun olub-olmamasına artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə qiymət verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair tələb əsassız hesab olunaraq təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar