Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1397/2022 14.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “cavabdehin iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli yaşayış evində qeydiyyata alınmasından imtina etməsinin qanunsuz hesab edilməsi və Cavabdeh üzərinə iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli yaşayış evində qeydiyyata alınmasından imtina etməsinin qanunsuz hesab edilməsi və Cavabdeh üzərinə iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə rəsmi nikah bağlamaqla X5 ilə ailə həyatı qurmuş və həmin tarixdə də ərinin valideynlərinə məxsus Xaçmaz rayonu Qaraqurtlu kədində yerləşən evə gəlin köçmüşdür. 2006-cı ildə ailəsi, yəni əri Kamran, o və 2005-ci il təvəllüdlü oğulları Amin əri Kamranın babası olan Əlövsət Pənahova məxsus Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən evə Əlövsət Pənahovun razılığı ilə köçmüşlər və hal-hazıra kimi həmin evdə yaşayırlar. Həmin evdə onun 2009-cu ildə əkiz övladları Nuray və Asim anadan olmuşlar. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-3267/2016 saylı qətnaməsi ilə ailə üzvlərinin, o cümlədən iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən evdə yaşamaq hüquqları tanınmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətanaməsi ilə iş üzrə Xaçmaz rayon Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4127/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamələri ilə onun və ailə üzvlərinin Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüquqları tanınmışdır. İddiaçı yuxarıda göstərilən məhkəmə qərarlarını əlavə etməklə ərizə ilə ünvan 2 ünvanda yerləşən evə qeydiyyata alınmasını xahiş etmişdir. Həmin şöbənin rəisi cənab Həmid Həsənov imzası ilə ona xx.xx.2022-ci il tarixli məktubla cavab vermişdir ki, Ali Məhkmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)- 4127/2018 nömrəli qərarı ilə onun Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən yaşayış evinə pasport qeydiyyata alınmaları barədə qərar qəbul edilməmişdir. Ona görə də onun pasport qeydiyyatına alınması mümkün olmamışdır. Belə hesab edir ki, Xaçmaz RPŞ-nin imtina cavabı əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddia ərizəsinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli yaşayış evində qeydiyyata alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4127/2018 saylı qərarından görünür ki, iddiaçı X7 cavabdehlər X2 və İddiaçı qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə Xaçmaz rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tələb irəli sürən X3 ərizəsi təmin edilmiş, X7, X3 azyaşlı uşaqları xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə ünvan 4 ünvanda yerləşən yaşayış evinə köçürülmələri qət edilmiş, qarşılıqlı iddia təmin olunaraq X5 və İddiaçı Bahəddin qızının azyaşlı uşaqları X10, X11 və X6 ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüquqları tanınmış, müstəqil tələb irəli sürən X1 ərizəsi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunaraq qarşılıqlı iddia ərizəsinin təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdehlər X2 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi qismən qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı sözügedən mənzil üzərində istifadə hüququnun məhkəmə qətnaməsi əsasında tanındığını iddia edərək, həmin mənzilə qeydiyyata alınması ilə bağlı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğısatqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “cavabdehin iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli yaşayış evində qeydiyyata alınmasından imtina etməsinin qanunsuz hesab edilməsi və Cavabdeh üzərinə iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “cavabdehin iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli yaşayış evində qeydiyyata alınmasından imtina etməsinin qanunsuz hesab edilməsi və Cavabdeh üzərinə iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1397/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1397/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver