Məhkəmə qərarları › İş №2-1(118)-1399/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1399/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1399/2022 14.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı iddia qaldıraraq “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının etibarsız hesab edilməsi və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüquqlarının ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “cavabdehin xx.xx.2021-ci il tarixli 000361 saylı aktının və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X7 X3 86 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ-mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. X7 X3 86 saylı xx.xx.2021-ci il tarixli qərarı tamamilə əsassız və qanunsuzdur. Cavabdeh X7 X5 86 saylı xx.xx.2021-ci il tarixli qərarına əsas İddiaçı (VÖEN **********) fəaliyyətinin yoxlanılması və bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı akt olmuşdur. Həmin xx.xx.2021-ci il tarixli 000361 saylı akta əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ-mədən ayırması” aktı ilə ona verilmiş sahədən kənarda hasilat aparılmışdır, bu həqiqətə uyğun deyildir. İlk növbədə qeyd edilir ki, X7 X5 tərəfindən İddiaçı fəaliyyətinin yoxlanılması və bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı aktın özü qanunsuzdur. Göründüyü kimi, həmin qanunda yerin təkindən istifadə ilə bağlı yoxlamaların keçirilməsi nəzərdə tutulmamış və belə yoxlamaların keçirilməsi 2023-cü il yanvarın 1-dək dayandırılmışdır. Beləliklə, İddiaçı fəaliyyətinin yoxlanılması, bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı akt və onun hüquqi nəticəsi olan X7 X5 86 saylı xx.xx.2021-ci il tarixli qərarı qanunsuzdur. Həmçinin, cavabdeh X7 X5 “Sahibkarlıq sahəsində apardan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 2.1,3, 13, 20.1, 20.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1,5-ci bəndlərini də pozmuşdur. Cavabdeh X7 X3 tərəfindən İddiaçı fəaliyyətinin yoxlanılması yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır, bunlara görə bu yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı akt və onun hüquqi nəticəsi olan X7 X5 86 saylı xx.xx.2021-ci il tarixli qərarı qanunsuzdur. Bundan başqa, X7 X3 tərəfindən İddiaçı fəaliyyətinin qanunsuz yoxlanılması nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 000361 saylı aktda qeyd edilmiş hallar da həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ-mədən ayırması” aktı ilə ona verilmiş sahədən kənarda hasilat aparılması ilə bağlı heç bir sübut mövcud deyildir, orada hasilat aparan xüsusi texnikanın İddiaçı məxsus olması ilə bağlı heç bir sənəd akta əlavə olunmamışdır. Həmçinin, xx.xx.2021-ci il tarixli 000361 saylı aktın özündə də ziddiyyətli məqamlar vardır, hansıları ki, yoxlayıcılar özləri də bunları aktda qeyd edirlər. Məsələn, aktda İddiaçı istifadəsinə verilmiş sahənin yerləşməsi, koordinatları iləbağlı ziddiyyətlər vardır, aktda sahənin sərhədləri dəqiq müəyyən edilməmişdir, 2 müxtəlif sənədlər əsasında ölçmələr aparılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Sözügedən tədbirlər çərçivəsində çay hövzələrində yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulmuşdur. Sözü gedən Tədbirlər planına uyğun olaraq 2020-ci ilin sentyabr-oktyabr aylarında çay hövzələrində yerləşən faydalı qazıntı yataqlarına keçirilən baxış zamanı Quba rayonu ərazisində Qaraçay, Qudyalçay, Talıbqışlaq və digər çay hövzələrində yerləşən qumçınqıl karxanalarına Agentliyin əməkdaşları tərəfindən ETSN-nin regional idarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilmişdir. Keçirilən baxış zamanı sahibkarlar tərəfindən müvafiq icazə sənədi ilə onlara ayrılmış yer təki sahəsindən kənarda, icazə verilən istismar dərinliyindən (5 metr) artıq qazıntı işləri aparılması aşkar edilmişdir. Eyni zamanda sözügedən çayın məcrasında bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılmasının nəticəsində yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş vermişdir, həmçinin ətraf mühitə, sahil bərkitmə bəndlərində ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmış, çayların ekoloji dəyişmiş, torpaq sahələri və digər təbiət obyektləri yararsız hala salınmışdır. Hazırda Quba rayonu ərazisində su qıtlığı problemi yaşanmaqdadır, sakinlər həm içməli su, həm əkin sahələrini sulamaq üçün yararlı texniki su təminatı ilə bağlı çətinlik çəkirlər, həyətyanı sahələrdə qazılmış quyuların suyu aşağı həddədir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli 000361 nömrəli baxış aktı Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyil. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən “inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir”. Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməyib. Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Əvvəldə qeyd olunduğu kimi 000361 saylı akt inzibati akt deyildir və bu səbəbdən də ləğv edilə bilməz. Akt faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparılması üçün tərtib edilmişdir. Yalnız o halda mübahisə yarana bilərdi ki, əgər həmin əsasında yoxlamanın yekunlarına dair qərar qəbul edilsə idi mübahisə predmeti həmin inzibati akt ola bilərdi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması iddiası ilə bildiririk ki, Agentlik öz səlahiyyətləri daxilində faydalı qazıntı yataqlarına monitorinq keçirmiş və bu nəzarət tədbiri Nizamnamə ilə Agentliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlıdır. Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Yəni yerin təki dövlətə məxsusdur hər hansı sahibkarın mülkiyyətində deyildir, buna görə də ona keçirilmiş baxış sahibkarın maraqlarına toxunmur. Eyni zamanda iddiaçının yerin təkindən istifadədə ifadə olunan sahibkarlıq fəaliyyəti müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları (publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. İddia ərizəsində yalnız sahibkarlıq sahəsində aparılan yoxlamalar haqqında qanunvericiliyin normaları yazılmaqla onlara istinad olunmuşdur. Lakin işin mahiyyətinə diqqət yetirdikdə və yuxarıda qeyd olunanlara nəzər saldıqda aydın olur ki, sahibkarlıq sahəsində aparılan yoxlama hesab edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların “maraqlarının müdafiəsi haqqında” Qanunun 34.1-ci maddəsinə görə, yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Qanunun normasından da göründüyü kimi yoxlayıcı orqanın qərarı mübahisələndirilə bilərdi. Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Əlavə olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qeyd edilir ki, keçirilmiş baxış hər hansı formada cavabdehin sahibkarlıq hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. Belə ki, qanunverilicikdə qeyd olunduğu kimi, yerin təki Azərbaycan Respublikasına mənsubdur. Belə olan halda da baxış dövlətə məxsus ərazisinə keçirilmişdir. Əlavə olaraq iddiaçının həmin yer təki sahəsindən istifadə edə bilməsi üçün müvafiq icazə sənədi olmalıdır. Qeyd olunan iş üzrə isə iddiaçı icazə sənədi ilə ona ayrılmış ərazinin hüdudlarından kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İşin faktiki hallarından və təqdim edilmiş sənədlərdən göründüyü kimi işləri aparılan ərazi üçün cavabdehin icazəsi yoxdur. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yərin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. İddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır və Agentlik tərəfindən aparılan yatağa baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun müddəaları pozulması kimi qiymətləndirilə bilməz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhərində yerləşən sahəsi 11 ha olan su fondu torpaqları icarə hüququ əsasında İddiaçı məxsusdur. - X7 X3 İdarə Heyətinin 14 dekabr 2020-ci il tarixli 14/20 saylı qərarından görünür ki, “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən İddiaçı 01070 nömrəli “Dağ-mədən ayrıması” aktı ilə-3 ay müddətinə xx.xx.2021-ci ilədək yerin təkindən istifadə üçün verilmiş hüququnun dayandırılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X5 tərəfindən tərtib edilmiş 000361 saylı, 25 may 2021-ci il tarixli aktdan görünür ki, yoxlama aparılarkən fiziki şəxs İddiaçı tərəfindən qanunsuz hasilat işləri aparılmaqla “Yer təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 23 , 46-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X3 İdarə heyətinin 27 may 2021-ci il tarixli, 86 nömrəli qərarından görünür ki, 24 avqust 2018-ci il tarixli 01070 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X5 tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq, 000361 saylı, 25 may 2021-ci il tarixli aktdan tərtib edilmişdir. Daha sorna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 86 saylı qərarı ilə “24 avqust 2018-ci il tarixli 01070 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərarın imzalandığı gündən ləğv edilməsi” qərara alınmışdır. Hazırda iddiaçı qeyd olunan aktın və qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən -Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir; -Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir; Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda dayandırılır:

1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;

3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 26.2-ci maddəsinə əsasən lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vaistəsilə göndərilir. İstinad olunan normaların məzmunundan da aydın olur ki, yerin təkindən istifadə hüququnun dayandırılması və ləğvi üçün konkret hallar və prosedur qaydaları müəyyən edilmişdir. Mübahisələndirilən qərarın məzmunundan görünür ki, X7 X3 İdarə Heyətinin 14 dekabr 2020-ci il tarixli 14/20 saylı qərarı ilə “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən İddiaçı 01070 nömrəli “Dağ-mədən ayrıması” aktı ilə-3 ay müddətinə xx.xx.2021-ci ilədək yerin təkindən istifadə üçün verilmiş hüququnun dayandırılması qərara alınmışdır. İddiaçı tərəfindən həmin qərarda qeyd olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Mövcud qanunvericiliyə əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri, prosedur qaydaları müəyyən edilmişdir. Hazırda mübahisələndirilən qərar da inzibati akt hesab edildiyindən həmin inzibati akt qəbul edilərkən cavabdeh orqan tərəfindən müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat həyata keçirilməli idi. İddiaçının maraqlarına toxunan qərar qəbul edilərkən onun inzibati icraatda iştirakı təmin edilməli olduğu halda buna əməl edilməmiş, onun iştirakı olmadan məsələyə baxılaraq qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və içdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X5 tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının icarəsində olan torpaq sahəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, həmin Qanunun 31.2 və 31.2.3-cü maddəsinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod göstərilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci maddələrinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belələliklə məhkəmə hesab edir ki, digər hallarla yanaşı yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq olaraq cavabdeh orqan tərəfindən iddiaçının fəaliyyəti üzrə aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması səbəbindən də qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X3 xx.xx.2021-ci il tarixli 000361 saylı aktı və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X3 xx.xx.2021-ci il tarixli 000361 saylı aktı və bu akt əsasında qəbul edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixli 01070 saylı “Dağ Mədən ayırması” aktı ilə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə 86 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar