Məhkəmə qərarları › İş №2-1(118)-14/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-14/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-14/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin HakimiQuliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X32 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X26, Üçüncü şəxs X8 və onun nümayəndəsi və vəkili X19 iştirakları ilə, X5 və X22 Cavabdehnə qarşı “Cavabdeh “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X9 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli 199 saylı sərəncamının, o cümlədən X7 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli 102 saylı “Uzundərə” qışotlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar ilkin olaraq Cavabdeh Başçısının “Uzundərə'’ dövlət qış otlaq fondundan Bakı şəhər sakini X11 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın, X39 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında xx xxx 2014-cü il tarixli 068 saylı sərəncamın, X20 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxxxxx 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 156 saylı sərəncamın, Səmədova Natəvan Böyükağa qızına 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxx 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 155 saylı sərəncamın, o cümlədən X7 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli 102 saylı “Uzundərə” qışotlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddiasını dəqiqləşdirərək Cavabdeh “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X9 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli 199 saylı sərəncamının, o cümlədən X7 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli 102 saylı “Uzundərə” qışotlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişdirlər. X14 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı X21 Cavabdehnə qarşı Cavabdeh Başçısının “Uzundərə'’ dövlət qış otlaq fondundan Bakı şəhər sakini X11 şəxsi xırda buynuzlu heyanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın, X39 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında xx xxx 2014-cü il tarixli 068 saylı sərəncamın, X20 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxxxxx 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 156 saylı sərəncamın, Səmədova Natəvan Böyükağa qızına 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxx 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 155 saylı sərəncamın ləğv edilməsi istənilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1 (85)-22/2017 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X11 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli 199 saylı sərəncamı, X21 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-l(85)-22/2017 saylı qərarından iddiaçı X30 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə əəsasən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2017-ci ii tarixli 2-1(85)-22/2017 saylı qərarını tamamilə ləğv edərək iddianın təmin edilməsi yönündə iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. xx xxxx 2018-ci il tarixdə hal-hazırdakı iddiaçılardan İddiaçı2 ərizə ilə -məhkəməyə müraciət edərək həyat yoldaşı X21 vəfat etdiyini, mərhum həyat yoldaşına dair miras əmlak barəsində onun qanun üzrə vərəsəsi olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmədiyindən onun hüquqi varisi kimi tanınmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını xahiş etmiş və ərizəyə nikah haqqında, ölüm haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətləri əlavə edilmişdir. Qərardan narazı qalan iddiaçı X21 apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2-l(l05)-17/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı X21 Cavabdehnə qarşı Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X11 şəxsi xırda buynuzlu heyanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın, X39 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında xx xxx 2014-cü il tarixli 068 saylı sərəncamın, X20 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxxxxx 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 156 saylı sərəncamın, Səmədova Natəvan Böyükağa qızına 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxx 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 155 saylı sərəncamın ləğv edilməsi barədə iddiasına dair iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Daha sonradan məhkəmə kollegiyasına məlum olmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(105)-17/2018 saylı qərardadı ilə apellyasiya icraatına xitam verildiyi halda qərardadın əsaslandırıcı və nəticə hissəsində texniki səhvə yol verilərək, “Həmin Məcəllənin 391-ci maddəsinə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam –verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir, nəticə hissəsində isə “iş üzrə icraata xitam verilsin.” və “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-l(85)-22/2017 saylı xx xxx 2017-ci il tarixli qərar ləğv edilsin.” göstərilmişdir. xx xxxx 2018- cı il tarixli 2-l(105)- 17/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi barədə qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)-17/2018 saylı xx xxxx 2018-cil tarixli qərardadında yol verilmiş yanlışlıqlar düzəldilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-17/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadının əsaslandırıcı hissəsinin 10-cu abzasından, yəni 2-ci səhifəsinin 10-cu abzasında göstərilmiş “Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.”, nəticə hissəsinin birinci abzasından, yəni 3-cü səhifənin 1 -ci abzasında göstərilmiş “Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1 (85)-22/2017 saylı xx xxx 2017-ci il tarili qərar ləğv edilsin.” cümlələri çıxarılsın və qərardadın nəticə hissəsində, yəni 3-cü səhifısində göstərilmiş “iş üzrə icraata xitam verilsin ” sözləri “apellyasiya şikayəti üzrə icraata xitam verilsin.” kimi oxunması qərara alınmışdır. xx xxxx 2018-ci il tarixli 2-l(105)-17/2018 saylı qərardadı xx xxxxx 2018-ci il tarixində almışdırlar. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Kontoru tərəfindən xx xxxx 2018-ci il tarixində verilmiş 273 saylı mirasın qəbuluna dair ərizələrin qeydiyyata alındığına dair arayışa əsasən xx xxxxxx 2017-ci il tarixində vəfat etmiş X21 Vərəsələri İddiaçı2 və İddiaçı1 xx xxxx 2018-ci il tarixində mirasın qəbulu barədə ərizələrlə bakı 1 saylı ASAN Xidmət Mərkəzində ƏN-nin notariat kontoruna müraciət etmişlər. AR-da Notariat Hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən həmin ərizələr Vərəsəlik İşlərinin uçot kitabında qeydiyyatdan keçmiş və bununla bağlı “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemində müvafiq məlumat daxil edilmişdir. Ağdərə X47 Komissiyasının xx xxxx 1996-cı il tarixli 7 saylı protokoluna əsasən Ağdərə kolxozunun “Uzundərə” qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə X1 və xx xxxx 1996-cı il tarixli Ağdərə X47 Komissiyasının 9 saylı protokoluna əsasən X6 aldığı yatağın ətrafından 2500 hektar torpaq sahəsi onun icarəsinə verilmişdir. Həmin protokolun əsasında tərtib edilmiş xx xxxx 1996-cı il tarixli protokol, qaimə və mədaxil qəbzinə əsasən Ağdərə kolxozunun “Uzundərə” qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə, yəni 2.190.000 (iki Biilyon yüz doxsan min) manata X1, həmin torpaq sahəsi isə mərhum X21 istifadəsinə verilmişdir. Belə ki, 1996-cı ildən fasiləsiz olaraq həmin ərazidə xırda buynuzlu heyvanların saxlanması üçün həmin ərazini örüş sahəsi kimi istifadə edildiyi halda, nə cavabdeh təşkilat tərəfindən, nə də üçüncü şəxs qismində cəlb edilmiş şəxslər tərəfindən bu ərazinin X30 tərəfindən “zəbt olunduğu” ona bildirilməmişdir. Belə ki, tövlələri satın aldığı və bunun əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni istifadəsinə verilmiş torpaq sahəsi onun tərəfindən necə zəbt oluna bilərdi? Cavabdeh Başçısı tərəfindən X23 verilən xx xxxxxx 2015-ci il tarixli A/353 saylı cavab məktubunda bildirilmişdir ki, ‘Uzundərə” dövlət qış otlaq fondunun ərazisi 2517 ha olmaqla Qobustan Rayonunun inzibati ərazisində yerləşir, hazırda həmin qış otlaq sahəsi AR Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli qərarına müvafiq qaydada 3 fiziki və 1 hüquqi şəxsə icarəyə verilmiş, müvafiq icarə müqavilələri bağlanmışdır, icarə müqaviləsinin müddəti başa çatdıqdan və ya hər hansı digər səbəbdən otlaq sahəsindən geri qaytarılmış sahə olarsa, X21 müraciətinə müvafiq qaydada gələcəkdə baxılması vəd edilmiş və onun müraciətinin həll edilməsi qeyri-mümkün hesab edilmişdir. İddiaçı bildirmək istəyir ki, “Uzundərə” qış otlaq fondu 2000-ci ilədək Xızı rayonunun inzibati ərazisində yerləşmişdir və X21 istifadəsinə verilmişdir. AR Nazirlər Kabinetinin qərarı əsasında Qobutan rayonunun inzibati ərazisi yaradılarklən “Uzundərə” qış otlaq fondu 2000-ci ildə Qobustan rayonuna verilmişdir, ərazi kimi Qobustan rayonuna verilsə də, həmin vaxtdan hal-hazırdakı dövrə qədər X30 tərəfindən həmin sahədə iri və xırda buynuzlu heyvanlar saxlanılmaqdadır. İddiaçı bildirmək istəyir ki, 1996-cı ilin iyun ayından etibarən fasiləsiz olaraq həmin qış otlaq fondundan istifadə edilməkdədir. X30 barəsində üçüncü şəxslərdən X15 tərəfindən Qobustan rayon məhkəməsində iddia qaldırıldıqdan sonra bilinmişdir ki, mərhum X24 istifadəsində olan torpaq sahəsi Cavabdeh Başçısının müvafiq sərəncamları ilə həmin torpaq sahəsi 3 fiziki və 1 hüquqi şəxsin istifadəsinə verilməklə bölüşdürülmüşdür. Bunun qanunsuz olduğunu bilə-bilə Cavabdeh torpaq sahəsini X23 təklif etməli olduğu halda onun xəbəri olmadan və ona təklif edilmədən birbaşa başqa şəxslərə təklif olunmuş və onların icarəsinə verilmişdir. Belə ki, 1996-cı ildən həmin torpaq sahəsi onun istifadəsində olduğuna görə və onun üstündə yerləşən tövlələr X2 görə Qobustan rayon İca Hakimiyyəti Başçısı toprağın icarəyə verilməsini hamın ərazidə tövlələri və çoban evlərini satın almış X23 təklif etməli idi. Lakin onun həmin torpaq sahələrinə icarəyə verilmədə üstünlük hüququnun olmasına baxmayaraq Cavabdeh bu hüquqları pozmuş, qanunsuz olaraq torpaqları başqa şəxslərin istifadəsinə vermişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-1(xx-xx/2017 saylı qərarından verilmiş olan apellyasiya şikayətinə baxılarkən üçüncü şəxslərdən X16 ona Cavabdeh Başçısının xx xxxxxxx 2017-ci il tarixli 102 saylı sərəncamı ilə X12 istifadə etdiyi 2 M saylı “Uzundərə” qış otlağı ərazisində çoban evləri və qoyun banıstanların tikilməsinə icazə verilməsi haqqında sərəncamı məhkəməyə təqdim etmişdir. İddiaçılar bildirmək istəyirlər ki, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli 119 saylı sərəncamı ilə X11 verilmiş 1017 ha torpaq sahəsi və digər şəxslərə verilmiş torpaq sahələri ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsində icraat aparılarkən əvvəlki qanunsuzluğa baxmayaraq cavabdeh təşkilat üçüncü şəxs "X11 xx xxxxxxx 2017-ci il tarixli 102 saylı sərəncamı da qanunsuz olaraq vermişdir. Belə ki, həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi davam edərkən cavabdeh təşkilat bütün bunlara məhəl qoymadan öz qanunsuz sərəncamları ilə mübahisəli torpaq sahəsinin üzərində tikinti üçün üçüncü şəxslərə sərəncam verməkdədir. Həmçinin iddiaçı bildirmək istəyir ki, qeyd edilən mübahisəli torpaq sahəsi 2000-ci ildən etibarən Qotustan Rayon İcra Hakimiyyətinin balanasma daxil edilsə də həmin tarixdən etibarən mübahisə yaranan tarixə qədər həmin mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh təşkilat tərəfindən həmin lərpaq sahəsinin boşaldılması və ya yığılmış (ödənilməmiş) icarə haqqının ödənilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq və ya bildiriş məktubu X23 göndərilməmişdir. Beiə ki, birinci instansiya məhkəməsinin qərarı ilə də müəyyən edildiyi kimi hal-hazırda 3-cü şəxslərdən X10 icarəsində olan torpaq sahəsində yerləşdiyi iddia edilən 1187,8 kv.metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış verilmişdir, qeyd edilən çıxarışın verilməsi Xızı rayonu Ağdərə X47 Komissiyasının xx xxxx 1996-a i tarixli 7 saylı protokol qərarı ilə “Uzundərə”sahəsində yerləşən qış yatağındakı tövlə və çoban evlərinin balans qiyməti əsasında X4 nəticəsində baş vermişdir. Yəni yuxarıda adı qeyd olunan şəxs qeyd edilən tarixdə həmin kompleksin balans qiymətini ödəyərək həmin tikililəri satın almışdır. Məhz bunun nəticəsində həmin tarixdən 5 təqvim günü sonra xx xxxx 1996-cı il tarixində Xızı rayonun Ağdərə X47 Komissiyasının 09 saylı protokol qərarı ilə 2.500 ha torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə verilmişdir. Bu səbəbdən qeyd edilən torpaq sahələri 2000-ci il tarixində Cavabdeh balansına keçərkən cavabdeh təşkilat tərəfindən həmin tarixdən etibarən iddiaçıya AR Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 42 saylı qərarına uyğun olaraq icarə müqaviləsinin bağlanması və ya icarə müqaviləsinin dəyişidirilməsi və ya müddətinin uzadılması ilə bağlı müvafiq təkliflər və ya xəbərdarlıqlar edilməli idi. Ancaq 2000-ci ildən öz balansına qəbul etdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir tədbirin görülməməsi, 2012-ci ilə qədər həmin torpaq sahəsinin boş və sahibsiz torpaq sahəsi olaraq qiymətləndirilməsi, X23 qarşı həmin torpaq sahəsinin hüquqi müqəddəratı ilə bağlı hər hansı bir zəruri addımların atılmaması cavabdeh təşkilatın verdiyi sərəncamların qanunsuzluğuna və əsassızlığına dəlalət edir. X43 AR Qanununun 29-cu maddəsinə əsasən topraq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Həmin Qanunun 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. AR inzibati Prosessual Məcəlləsinin 22 və 2.2.1-ci maddələrinə əsasən inzibati məhkəmə icraatında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə) baxılır. AR İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə hilər Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər . 32.2.1.barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2.barəsində şiakyət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyşidirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) 32.2.3.şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) AR İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın Şikayət instansiyasına inzibati şikayət verildiyi hallarsa isə, habelə şikayət instansiyasının müvafiq çərannın) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlar və qanunuvericiliyin tələbləri Cavabdeh “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X11 şəxsi urda buynuzlu heyanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-cı il tarixli tarixli 199 saylı sərəncamın, X39 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında xx xxx 2014-cü il tarixli 068 saylı sərəncamın, X20 600 ha qış otlaq sahəsınin istifadəsinə verilməsinə dair xx xxxxxxxx 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 156 saylı sərəncamın, Səmədova Natəvan Böyükağa qızına 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair xx xxxxx 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair xx xxxxxxxx 2012-ci il tarixli 155 saylı sərəncamın, o cümlədən X10 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli 102 saylı “Uzundərə” qış otlağ ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasındaİddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X37 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki,1996-cı ildən başlayaraq Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da Aqrar islahatlar başlanmış, 1999-cu ildə yekunlaşmışdır. Aqrar islahatlar aparılana qədər kolxoz və sovxozların istifadəsində olan dövlət fonduna aid yay və qış otlaq sahələri 2000-ci ildən başlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 42 nömrəli Qərarına uyğun olaraq şəxsi təsərrüfatında xirdabuynuzlu heyvanları olan fiziki və hüquqi şəxslərin rəsmi müraciətləri əsasında onlara icarəyə verilmişdir. Nazirlər Kabinetinin adı çəkilən Qərarına görə- Azərbaycan Respublikasının dövlət fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Onlar bu qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin haqqı ödənilməklə istifadəsinə və ya icarəsinə verilir. Yay və qış otlaqları mülkiyyət formasından asılı olmayaraq heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, yem ehtiyatlarının artırılması məqsədilə istifadə edilir. Fiziki və hüquqi şəxslər onların yay və qış otlaq sahələrinə olan tələbatının ödənilməsi barədə yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edirlər. Vergi tutulması “Torpaq Vergisi haqqında” Azərbaycan Respublikası Qanunu ilə, icarə haqqının müəyyən edilməsi isə Azərbaycan Respublikası ‘Torpaq Məcəlləsi” ilə tənzimlənir. Bütün bu qaydalara əməl etməklə, Qobustan rayonu icra hakimiyyəti Uzundərə adlanan qış otlaq sahəsi 2517 ha olmaqla 2002-ci il sentyabr ayına qədər icarə ilə əlaqədar heç bir müraciət olmadığı üçün icarəyə verilməmişdır. 2002-ci ildən-2013-cü ilə qədər adı çəkilən otlaq sahəsi üç nəfər fiziki şəxsə və bir nəfər hüquqi şəxsə icarəyə verilmişdir. X11 (Bakı şəhər sakini) xx xxxxxx 2012-ci ildə 1017 ha qışlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. xx xxxxxxxx 2012-ci ildə Səmədova Natəvan Böyükağa qızına (Şamaxı rayonu Mərzəndiyə kənd sakini) 500 ha qış otlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir.(xırda ouynuzlu heyvanların saxlanılması üçün). xx xxx 2014-cü ildə X39(Bakı şəhər sakini) 400ha qış otlaq sahəsi 15 il müddətinə xırda buynuzlu heyvanların saxlanılması üçün icarəyə verilmişdir. xx xxxxxxxx 2012-ci ildə X25(Şamaxı rayonu Mərzəndiyə kəndi) 600 ha qış otlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir, iddiaçı X30 isə xx.xx.2015-ci ildə 300 ha qış otlaq sahəsinin onun icarəsinə verilməsi üçün Qobustan rayonu icra hakimiyyətinə müraciət etmişdir. Tərəflərindən A.Salamova bildirilmişdir ki, icarə müqavilələrinin müddəti başa çatdıqdan sonra və ya hər hansı digər səbəbdən otlaq sahəsindən geri qaytarılmış sahə olarsa, onun müraciətinə müvafiq qaydada baxılacaqdır. (cavabdeh qeyd edir ki, bəzi nöqsanlara görə bir neçə belə icarə müqaviləsi tərəflərindən ləğv olunmuşdur). Hazırda adı çəkilən şəxslər icarə haqqını vaxtında ödəyir, qış otlaq sahəsini təyinatı üzrə istifadə edirlər. Qanunsuz olaraq adı çəkilən şəxslərlə bağlanan icarə müqaviləsini ləğv etmək iddiası əsassızdır. Tərəflərindən 2016-ci il tarixdə ETİRAZ irəli sürülmüş, irəli sürülən iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsi xahiş olunmuşdur. Hazırda da bu etiraz cavabdeh tərəfin müdafiə olunur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hüsab etmişdir. Üçüncü şəxs X17 məhkəmə iclasında iştirak etmişç və bildirmişdir ki, Cavabdeh Başçısının xx xxxxxx 2012-ci il tarixli 199 nömrəli Sərəncamı ilə xırda buynuzlu heyvanların saxlanılması üçün Qobustan rayonunun ümumi qış otlaq fonduna daxil olan 2 M nömrəli “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsi 10 il müddətinə istifadəmə verilmişdir. Cavabdeh Başçısının xx xxxxxxx 2017-ci il tarixli 102 nömrəli Sərəncamı ilə “Uzundərə” qış otlaq sahəsində RİH başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyyə əsasında çoban evləri və qoyun banistanları tikintisinə icazə verilmişdir. Həmin ərazidə tikililər aparmış, 4000 manatdan çox icarə haqqı ödəmişdir. İddiaçılara torpaq sahəsi Qobustan rayon İH tərəfindən deyil, Xızı RİH tərəfindən ayrılıbdır. Həmin ərazidən Qobustan rayon İH tərəfindən tək mənə yox, bir neçə nəfərə torpaq sahəsi ayrılıbdır. Həmin ərazidə hazırda heyvan saxlayıramTikililərim var. İddiaçıların özlərinin 14 sot yeri var, tikilisinə çıxarış alıb, lakin heyvanlarını mənim yerimə buraxır. Üçüncü şəxs iddia tələbinin əsassız olduğunu iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs X8 vəkili X31 da eyni məzmunda çıxış edərək bildirdi ki, ərazi əvvəl Xızı rayon İH ərazisi olub. Sonra Qobustan rayon İH ərazisinə verilib. Ərazi 2517 ha olub. Dörd yerə bölünüb. Cavabdeh Başçısının xx xxxxxx 2012-ci il tarixli 199 nömrəli Sərəncamı ilə “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsi 10 il müddətinə üçüncü şəxsin istifadəsinə verilmişdir. Cavabdeh Başçısının xx xxxxxxx 2017-ci il tarixli 102 nömrəli Sərəncamı ilə “Uzundərə” qış otlaq sahəsində RİH başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyyə əsasında çoban evləri və qoyun banistanlarının tikintisinə icazə verilmişdir. İddiaçının atası 2017-ci ildə iddia qaldırmışdır. İş üzrə icraata xitam verilmişdir. Həmin vaxt mübahisə 2517 ha torpaq sahəsi ilə bağlı olub. İndi isə üçüncü şəxsə ayrılmış 1017 ha torpaq sahəsi ilə bağlı iddia qaldırıb. İddiaçının iddia qaldırmaq üçün heç bir subyektiv hüququ yoxdur. Üçüncü şəxs X8 vəkili X31 iddia tələbinin əsassız olduğu üçün iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xızı rayonu Ağdərə X47 Komissiyasının xx xxxx 1996-cı il 7 saylı protokol qərarı ilə Ağdərə kolxozunun “Uzundərə” sahəsində yerləşən qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə X3, həmin şəxs tərəfindən 2.190.000 manat tövlənin dəyəri Ağdərə X47 Komissiyasının hesabına ödənilmiş və həmin tikililər Ağdərə X47 Komissiyası tərəfindən iddiaçıya təhvil verilmişdir. Xızı rayon Ağdərə kolxozunun X47 Komissiyasının xx xxxx 1996-cı il tarixli 09 saylı Protokol qərarı ilə iddiaçının “Uzundərə” qış yatağını satın aldığını və dəyərini ödədiyini nəzərə alaraq onun yatağının ətarfında olan boş istifadəsiz örüş sahəsindən 2500 ha onun icarəsinə verilmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinin təsdiq edilməsi Xızı rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. Sonra həmin torpaq sahələri Cavabdeh istifadəsinə verilmişdir. Qobustan rayon Qaracüzlü kəndində yerləşən sahəsi 1187,8 kv.metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən Çıxarış verilmişdir. Həmin müəssisənin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla 0,1407 ha təşkil edir. Həmin tikili X10 icarəsində olan torpaq sahəsində yerləşir. Cavabdeh başçısının xx xxxxxx 2012-ci il tarixli 199 saylı sərəncamı ilə Qobustan rayonunun ümumi qış otlaq fonduna daxil olan 2 M nömrəli “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsi, 1200 baş şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 10 il müddətinə X10 istifadəsinə verilmiş və tərəflər arasında xx xxxxxx 2012-ci il tarixli kt024 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Cavabdeh Başçısının xx xxxxxxx 2017-ci il tarixli 102 saylı Sərəncamı ilə Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 199 saylı Sərəncamı ilə X10 icarəsinə verilmiş 2 M saylı “Uzundərə” qış otlaq sahəsində xırdabuynuzlu heyvanları otarmaq məqsədilə RİH Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən göstərilən torpaq dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, iddiaçıların vərəsələri olduqları X30 mübahisəli torpaq sahəsi üzərində icarə hüquqları əldə etmək imkanı olsada o, bu hüquqdan qanuna müvafiq qaydada istifadə etməmişdir. İddiaçılar mübahisəli torpaq sahəsinin 1996-ci ildən onların ailəsinin istifadəsində olduqlarını bildirsələrdə, torpaq sahəsinin icarəsi ilə bağlı nə Xızı Rayon İcra Hakimiyyəti ilə, nədə Qobustan Rayon İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlanmamış, icarə haqları ödənilməmiş, torpaq sahəsinin istifadə edilməsi ilə bağlı torpaq vergisi ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların vərəsəsi olduqları X30 mübahisəli torpaq sahəsindən qanuni istifadə imkanları olsada, bu hüquqdan istifadə etməmiş, bu hüquqdan istifadə edilməsi halında yaranacaq öhdəlikləri həyata keçirməmişdir. İcra hakimiyyəti isə öz diskression huququndan istifadə edərək, torpaq sahəsini üçüncü şəxslərə icarəyə vermiş, orada müvfiq tikililərin aparılmasına icazə vermişdir. Bu isə iddiaçıların iddialarının əsaslı olmadığını göstərir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, X13 icarəsində olan torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıların vərəsələri olduqları X21 mülkiyyətində olmuşdur. X30 daşınmaz əmlakla bağlı hüquqlarından istifadə etsədə mübahisəli torpaqla bağlı hüquqlarından istifadə etməmişdir. Məhkəmə hesab edir ki, RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X21 mülkiyyətində olduğuna və həmin şəxsin vərəsələri olduğuna görə iddiaçıların həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları dövlət tərəfindən qorunduğuna görə, həmin əmlakın yerləşdiyi 0,1407 ha torpaq sahəsi üzərindəki tələbləri əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2 M nömrəli “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsinin X10 istifadəsinə verilməsi barədə Cavabdeh Başçısının xx xxxxxx 2012-ci il tarixli 199 saylı Sərəncamı həmin əmlakın yerləşdiyi 0,1407 ha hissədə ləğv edilməklə iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X11 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2012-ci il tarixli 199 saylı sərəncamı, X21 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar