Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-14/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, onun vəkili Səlimova Gülşən Kazım qızının, Üçüncü şəxsin nümayəndə və vəkili X5 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X15rşı “JN-759A nömrəli (kod 41011018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Şamaxı rayonu Nağaraxana kəndi ərazisində 0,11 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi, İddiaçı mülkiyyətində olan Şamaxı rayon Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və onun adına AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: JN-759A nömrəli (kod 41011018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Şamaxı rayonu Nağaraxana kəndi ərazisində 0,11 hektar torpaq sahəsi Şamaxı rayon X8 qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; İddiaçı həmin mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi haqqında müraciət etsə də cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin faktiki koordinatları sənəd üzrə göstərilən sahənin koordinatlarından fərqlidir. Həmin fərqin nədən ibarət olması onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin 0,10 ha hissəsinə xx xxxxxx 2014-cü ildə X3 adına reyestrdən çıxarış verilmişdir. Çıxarış verilən zaman DTXK-nın Şamaxı rayon şöbəsi xəritədə texniki səhvin olduğunu bildirmiş, torpaq sahəsinin faktiki koordinatlarını təsdiq edən sənəd kimi Nağaraxana bələdiyyəsi, vətəndaş X.Abbasova və DTXK-nın Şamaxı rayon şöbəsinin səlahiyyətsiz əməkdaşının iştirakı ilə tərtib edilmiş aktı təqdim etmiş və həmin akt əsasında X3 mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Halbuki, bələdiyyə, torpaq komitəsinin hansısa səlahiyyətli olub olmadığı məlum olmayan əməkdaşının və adi vətəndaş, torpaq sahəsində maraqlı olan X3 tərtib etdiyi akt hər hansı bir mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas kimi qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu halların heç biri də iddiaçıya münasibətdə mövcud deyildir. Bundan başqa hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5668/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində 0,11 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair X3 adına çıxarış vermişdir. İddiaçı mülkiyyətində olan Şamaxı rayon Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini və onun adına AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə cavabdehə xx.xx.2018-ci ildə müraciət etmişdir. Lakin müraciətinə cavab almamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və onun adına DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X26 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı iddia etdiyi 0.10 ha torpaq sahəsinə xx xxxxxx 2014-cü il tarixdə X3 adına reyestrdən çıxarış verilmişdir. X3 mülkiyyət hüququ qeydiyyata alınarkən şəhadətnamədə koordinatlar göstərilmədiyi üçün, tərəfimizdən DTXK-nın Şamaxı rayon şöbəsinə xx xxxx 2014-cü il tarixdə **********19 nömrəli sorğu məktubu göndərilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsindən aldığımız cavab məktubda xəritədə texniki səhvin olduğu bildirilmiş və xx xxxxxx 2014-cü il tarixdə faktiki torpaq sahəsinin koordinatlarını əks etdirən akt təqdim olunmuşdur. Akt Şamaxı Rayon Nağaraxana Bələdiyyəsinin sədri, DTXK-nın Şamaxı rayon şöbəsinin mütəxəssisi və mülkiyyətçi X. Abbasovanın iştirakı ilə tərtib olunmuşdur. Həmin akt əsasında X3 mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. İddiaçı iddia etdiyi torpaq sahəsi X. Abbasovanın adına qeydiyyata alındığına görə, o, Şamaxı rayon məhkəməsinə “ zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair ” iddia ilə müraciət etmişdir. Şamaxı rayon məhkəməsi tərəfindən prosses zamanı mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən iddia predmeti olan torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən İddiaçı iddiası Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(074)- 16/2016 saylı qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya kassasiya şikyəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(105)- 239/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(074)-16/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(105)- 399/2017 saylı qətnaməsi Ali Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(102)-5668/2017 saylı qərarı ilə qismən ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir, hal-hazırda məhkəmə prosesi davam edir. İddiaçı ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X15rşı iddiası əsassız olduğu üçün rədd olunmasının Sizdən xahiş edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndə və vəkili X11 məhkəmə prosesində iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə Şamaxı rayon Məhkəməsinin icraatında olan İddiaçı X7 “torpağın boşaldılması və sair” tələbi üzrə xx xxxxxx 2015-ci il tarixdə Tikinti texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. AR ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2015- ci il tarixli “Tikinti texniki və məhkəmə torpaqşünaslıq ekspertizasının Rəyinə əsasən, Şamaxı rayonunun Nağaraxana kəndində olan İddiaçı məxsus (şəhadətnamə 759A, kod 41011018 ) 0.11 ha həyətyanı torpaq sahəsi X12ma məxsus **********83 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi daş hasarla hasarlanmışdır. Bundan əlavə, həmin iş üzrə əlavə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş və AR ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2016-ci il tarixli Rəyə əsasən, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən İddiaçı tərəfindən mübahisələndirilən 0.11 ha həyətyanı torpaq sahəsi X12ma məxsusdur, iddia olunan torpaq sahəsi X9 tərəfindən zəbt olunmamışdır. Bundan əlavə, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli Ekspert rəyində qeyd olunur ki, “Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarında olan və əlavə olaraq Mərkəzə təqdim olunmuş AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2015-ci il tarixli **********07 saylı məktubunun göstəricilərini nəzərə alaraq Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən İddiaçı Əliosman oğluna məxsus (şəhadətnamə kod 41011018) 0.11 ha və X12ma məxsus (0430056 nömrəli Çıxarış) 0.10 ha həyətyanı torpaq sahəllərinin koordinatları müəyyən edilməklə həmin torpaq sahələrinin üst-üstə düşməməsi və iddia olunan torpaq sahəsinin mişar daşı ilə hasarlanması müəyyən edilir’'. Lakin bütün bunlara eləcə də tərəfimizdən mübahisəli torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi barədə məhkəməyə sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən yenidən ekspertiza təyin olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş həmin xx xxxxxx 2020-ci il tarixli Mütəxəssis Rəyində isə tərəfimizdən verilmiş əsas suallarıdan biri olan “Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* saylı X1 adma qeydiyyata alınmış Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə (Qərar, Akt, mülkiyyətə verilməsinə dair şəhadətnamə və s.) uyğun qeydiyyata alınıb- alınmamasını müəyyən etməyin mütəxəssisin səlahiyyətinə aid olmadığını isə qeyd olunmuş, həmçinin iddiaçının istəyinə uyğun olaraq tərtib olunmuş “Mübahisəli torpaq sahəsinin yerləşmə sxemində mübahisəli torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinin guya istifadəçisinin müəyyən olmadığını qeyd etmişdir. Əslində isə əvvəlki ekspertlər tərəfindən tərtib olunmuş sxemlərdə X6 məxsus mübahisəli torpaq sahəsinin yanındakı torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpağın mülkiyyətə verilməsinə dair JN-759A nömrəli, 41011018 Kodlu Şəhadətnamənin təsdiqlənmiş surəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X19 imtina məktubu, etirazı, Ali Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(102)- 5668/2017 saylı qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-666A nömrəli, 41011018 Kodlu Şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şamaxı rayon X10 xx xxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində İddiaçı 0.11 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 1641 nömrəsi ilə qeydiyyata alınaraq İddiaçı KOD 41011018 olan JN-759A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Bundan başqa Şamaxı rayon X10 xx xxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Şamaxı rayonu,Nağaraxana kəndi ərazisində X6 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 1545 nömrəsi ilə qeydiyyata alınaraq X6 KOD 41011018 olan JN-668 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almamış, lakin X9 özündə olan KOD 41011018 olan JN- 668 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 14 saylı Ərazi İdarəsinə təqdim edərək qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-ci il olan Çıxarış almışdır. X6 DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair çıxarış verilən zaman həmin torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əlavə edilmiş xəritənin səhv göstərilməsi səbəbindən DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2014-cü il tarixli **********19 saylı məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət olunmuşdur. DTXK Şamaxı rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin faktiki koordinatları dəqiqləşdirilərək, 230 saylı xx xxxxxx 2014-cü il tarixli məktub ilə torpaq sahəsinin xəritəsində texniki səhv olması və torpaq sahəsinin göstərilən yerin əks istiqamətində yerləşməsi bildirilmişdir. Qeyd olunan məktubdan sonra DƏDRXnin 14 saylı Ərazi İdarəsi tərəfindən X6 Şamaxı rayonunun Nağaraxana kəndində ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. X16 ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata alınması məqsədi ilə DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, lakin ona həmin torpaq sahəsinin yerləşdiyi yerə X6 mülkiyyət hüququna dair Çıxarış verilməsi bildirilmişdir. Bundan sonra X17 hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Həmin Qanunun 15.1.6-cı maddəsinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-cu bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin "Ünvan (olduğu yer)" qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. Həmin Qaydaların 45-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var.Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur. Hazırki, iddia tələbini araşdırılan zaman müəyyən edilmişdir ki, X6 ayrılmış torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əlavə edilmiş xəritədə həmin torpaq sahəsinin yeri texniki olaraq səhv göstərilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. X2 torpaq sahəsi qeydiyyatdan keçirilən zaman təqdim olunmuş torpağın yerləşdiyi yerin xəritəsinin səhv çəkilməsinə və Şamaxı rayon X8 təstiq etdiyi “Şamaxı rayonu Nağaraxana kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid Cədvəldə” tərəflərin torpaq sahələrinin xəritədə nömrəsinin ayrı göstərilməsinə baxmayaraq, DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin vəzifəli şəxsləri zaman etibarı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin məktubuna əsaslanmaqla X6 ayrılmış torpaq sahəsinin yerini müəyyən edərək hüquqlarını qeydiyyata almışdır. Halbu ki, bu cür halda qeydiyyat orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən zəruri olan mərçəkmə və inventarlaşma aparılması hüququ var idi. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır ki, işin araşdırılması zamanı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27890 saylı xx xxxx 2020-ci il tarixli rəyinə əsasən İddiaçı adına verilmiş JN-759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı xx xxxxxx 2016-cı il tarixli aktda qeyd edilmiş torpaq sahəsinin koordinatlarının Daşınmaz əmlakın dövlət reyesterində RX seriyalı ******* saylı çıxarış əsasında X3 adına qeydiyyata alınmış çıxarışa əlavə olunmuş plan ölçü sənədlərindəki koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Anoloji rəyi Məhkəmə Ekspertiza Mərkəzi xx xxxx 2018-ci ildə 12283 saylı rəyində qeyd etmişdir. Belə ki, iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)-8125/18 saylı qərarında göstərilmişdir ki, İddiaçı cavabdeh X13 qarşı iddia tələbinin araşdırılması zamanı ekspertiza keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 12283 saylı xx xxxx 2018-ci il tarixli rəyinə əsasən İddiaçı adına verilmiş JN-759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin tanıdılması üçün yerquruluşu planı əsasında tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli aktda qeyd edilən koordinatlarla X3 adına verilmiş RX seriyalı ******* nömrəli Çıxarış ilə üst-üstə düşür. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində İddiaçı hüquqları pozulmuşdur. Ona görədə məhkəmə hesab edir ki, İddiaçın Şamaxı rayonu Nağaraxana kəndinin ərazisində ayrılmış 0.11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyesterində aparılmış qeydiyyat ləğv edilməli və DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* nömrəli Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X20 İddiaçı sahibliyində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin və onun adına DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-14/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-14/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver