Məhkəmə qərarları › İş №2-1(118)-1402/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1402/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1402/2022 30.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və X11 Dövlət Mineral X1rşı “cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X5 tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli, 63269 nömrəli, 27 yanvar 2022-ci il tarixli, 000632 saylı aktlar əsasında İddiaçı MMC-yə hesablanmış əsassız borcun silinməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X5 tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli, 63269 nömrəli, 27 yanvar 2022-ci il tarixli, 000632 saylı aktlar əsasında İddiaçı MMC-yə hesablanmış əsassız borcun silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı- vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İlk öncə qeyd edirlər ki, Quba Rayon İcra Hakimiyyəti Başçısının 01 noyabr 2001-ci il tarixli, 157 nömrəli sərəncamı ilə Qum-çınqıl karxanasının yaradılması üçün Vəl- Vələ çayı yatağından 2 ha ərazi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X9 tərəfindən İddiaçı MMC-yə X7 X8 keçməsi barədə A- 12010 nömrəli , 18 noyabr 2020-ci i tarixli Çıxarış verilmişdir. Həmçinin İddiaçı MMC-yə Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 29 aprel 2019-cu il tarixli Lisenziya sənədi verilmişdir. Həmçinin Quba rayon Vəl-Vələ Bələdiyyəsi ilə İddiaçı MMC-nin təsisçisi Rahim Əliyev arasında Vəl-Vələ çay kənarı ərazisində yerləşən 4,9 ha torpaq sahəsi ilə bağlı 12 iyul 2001-ci il tarixli Torpaq sahəsinin uzunmüddətli icarə müqaviləsi imzalanmışdır. İddiaçı MMC maddi vəziyyəti yaxşı olmadığından, MMC-yə məxsus avadanlıqların köhnə və yararsız vəziyyətdə olduğundan fəaliyyət göstərə bilməmişdir. Bununla bağlı bir necə aralıqlarla fəaliyyətinin müvəqqəti dayandırılması barədə Vergi orqanlarına müvafiq məlumat verilmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X5 tərəfindən İddiaçı MMC-yə əsassız olaraq 16 oktyabr 2020-ci il tarixli, 63269 saylı, 27 yanvar 2022-ci il tarixli, 000632 saylı aktlar tərtib edilmişdir. Belə ki, Agentlik tərəfindən 16 oktyabr 2020-ci il tarixində aparılmış monitorinq zamanı guya İddiaçı MMC-nin qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman "XANİM” MMC-nin 0,15 ha ərazidən 13.500 m3 qum-çınqıl materiallarının çıxarılması aşkar edilmişdir. Agentlik tərəfindən 27 yanvar 2022-ci il tarixində aparılmış manitorinq zamanı isə guya İddiaçı MMC-yə ayrılmış əraziyə baxış keçirilən zaman İddiaçı MMC tərəfindən qanunsuz olaraq 111.972 m3 qum-çınqıl xammal materiallarının hasil etdiyi aşkarlanmışdır. Hesab edirlər ki, Agentlik tərəfindən tərtib edilmiş aktlar tamamilə əsassız və qanunsuzdur. İlk olaraq bildirirlər ki, Agentlik tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il və xx.xx.2022- ci il tarixlərdə məlumatları olmadan və iştirakları təmin edilmədən “VƏL-VƏLƏ” çay yatağı ünvanında yoxlama keçirilmiş və eyni tarixli aktlar tərtib edilmişdir. Həmin aktlar onlara təqdim edilməmişdir. iddiaçı həmin aktları Agentliyə ərizə ünvanlayaraq xx.xx.2022ci il tarxində özləri rəsmən əldə etmişdir. Aktlarda göstərilir ki, guya İddiaçı MMC qanunsuz fəaliyyət göstərir. Bildirirlər ki, İddiaçı MMC qanunsuz olaraq yox, tam qanuni əsaslarla fəaliyyət göstərmişdir. Lakin Agentlik tərəfindən aktlar tərtib edilən ərəfələrdə MMC fəaliyyət göstərməmişdir. Fəaliyyətini dayandırmışdır. Digər tərəfdən Agentliyin əməkdaşları monitorinq keçirən zaman MMC-yə məxsus ərazidə işlərin getdiyini aktlarında qeyd etsələr də, həmin işlərin kim və ya hansı şirkət tərəfindən aparıldığı araşdırmamışlar. Belə ki, onlara ayrılmış yataqdan bir neçə dəfə başqa şəxslərin qanunsuz olaraq çınqıl çıxardığı aşkar edilmişdir. Bununla bağlı tərəflərindən Quba rayon polis Şöbəsinə dəfələrlə şikayət ərizəsi ünvanlanmışdır. Quba rayon Polis Şöbəsində iddiaçının şikayəti əsasında bir neçə Cinayət işi açılmışdır. Digər tərəfdən Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli aktda qeyd edilir ki, guya MMC-nin nümayəndəsi Həsənzadə isaq adlı şəxs aktı imzalamışdır. Bununla bağlı bildirir ki, MMC-nin İsaq Həsənzadə adlı hər hansı işçisi olmamışdır. Həmçinin bildirir ki, iddiaçı özü 14 oktyabr 2020-ci il tarixdən 09 yanvar 2021-ci il tarixlərdə inzibati həbsdə olmuşdur. Həmin ərəfələrdə “XANİM" MMC heç bir fəaliyyət göstərməmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Abonent saldosuna nəzər yetirilsə görünür ki, həmin ərəfələrdə yəni akt tərtib edilən ayda "XANİM” MMC-yə Azərişıq ASC tərəfindən 1.198,80 manat işıq pulu hesablanmışdır. Çınqıl çıxartma zamanı texnikaların sərf etdiyi enerji sətfiyyatı ilə həmin məbləği qarşılaşdırdıqda açıq-aydın görünəcək ki, MMC fəaliyyət göstərməmişdir. Belə ki, çınqıl çıxartma işi ilə məşğul olan karyerlərin aylıq enerji sərfiyatına nəzər yetirilsə görünər ki, fəaliyyət zamanı ən azı aya 7000-8000 manat məbləğində işıq pulu hesablanır Yaranmış ziddiyyətlərdən də görünür ki, cavabdeh orqanın araşdırması və apardığı bütün monitorinqlər tamamilə əsassız və qanunsuzdur. Hesab edirlər ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X5 tərəfindən İddiaçı MMC-yə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 63269 saylı və xx.xx.2022-ci il tarixli 000632 sayı aktlar əsasında hesablanmış cərimə əsassız və qanunsuz olduğundan silinməlidir. Onuda qeyd edir ki, cavabdeh tərəfindən aparılmış heç bir yoxlama zamanı iştirakları təmin edilməmiş, onlara məlumat verilməmiş, birtərəfli qaydada araşdırma aparılmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin tələbinə görə (İnzibati icraatda maraqlı şəxslərin iştirakı) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə görə, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi inzibati orqan Qanunvericiliyin tələbinə əməl etməmiş, qərar qəbul edərkən iştiraklarını təmin etməməmişdir, bu isə qanunvericiliyin tələbinə görə inzibati orqanın tərəfindən qəbul edilmiş inzibati aktın ləğvi üçün əsas yaradır. Bundan əlavə, “Yerin təki haqqında" AR Qanunun 1-ci maddəsinə görə, yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Göründüyü kimi, yerin təki dedikdə, yer səthinin dibində yerləşən qatı nəzərdə tutulur ki, tərəflərindən yer səthinin dibində yerləşən, yerin üst səthindən 3 metr dərinlikdən aşağıda olan qatına hər hansı zərər vurulması mümkün hal deyildir. Tərəflərindən göstərilən sahədə istehsal prosesində torpaq sahələrinin yerləşdiyi planda göstərilən hüdudlardan kənarda heç bir hasilat edilməmişdir, ekologiyaya heç bir ziyan vurulmamışdır. Bundan əlavə, hasilat barədə aidiyyatı orqanlara vaxtı-vaxtında tələb olunan hesabatlar verilmiş və yaranmış öhdəliklə bağlı ödənişlər həyata keçirilmişdir. Bundan əlavə, iddiaçıdan əvvəl və sonra da həmin sahə başqası tərəfindən istismar olunmuş, sözügedən sahə istifadələrində olmasına baxmayaraq Quba Rayon İcra Hakimiyyəti Başçısı həmin ərazini başqa şəxslərə satmışdır. İddiaçı MMC tərəfindən “Yerin təki haqqında" AR Qanununun, Torpaq Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmuş, 3 metrdən artıq dərinlikdə və ya bizə ayrılmış ərazidən kənarda qazıntı işləri aparılmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinin tələbinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinin tələbinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasına təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1,2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılmasını, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının qannvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Cavabdeh tərəfindən "XANİM” MMC-də yoxlamanın aparılması üçün həmin yoxlama Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır, bununla da Qanunun tələbi pozulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edirlər ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. AR İPM-nin 2.1-ci maddəsinin tələbinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. AR İPM-nin 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Həmin qanunun 38.1 -ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Yerin təki haqqında” Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağmədən ayırması statusu verilərkən müəyyən edilir. Göründüyü kimi, yer təki istifadəçisi faydalı qazıntı istismarını qanuni həyata keçirməsi üçün ilk növbədə müvafiq icazə sənədinə yəni - “Dağ-mədən ayırması” aktına sahib olmalıdır. Lakin iddiaçı heç bir icazə sənədi olmadığı halda tam qanuni əsaslarla fəaliyyət göstərdiyini iddia etmişdir. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. İddia ərizəsinin əsaslarından birini təşkil edən 16 oktyabr 2020-ci il tarixli 63269 nömrəli baxış aktına münasibətdə bildirirlər ki, həmin akt Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyildir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən “inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir". Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və ya sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməmişdir. Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. İddia ərizəsində qeyd olunan ikinci baxış aktı olan - 27 yanvar 2022-ci il tarixli 000632 nömrəli aktla bağlı bildirirlər ki, bu akt Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma ilə bağlı olaraq həmin idarənin əməkdaşının iştirakı ilə keçirilən baxış zamanı tərtib olunmuşdur. Bu akt da digəri kimi inzibati akt deyildir. Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, "xxxx" MMC fəaliyyətində o cümlədən yerin təkindən istifadə qaydaları pozulması bağlı cinayət tərkibi olduğu müəyyənləşdirilərək Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması üçün İstintaq idarəsinə göndərilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması iddiası ilə bağlı bildirirlər ki, Agentlik öz səlahiyyətləri daxilində faydalı qazıntı yataqlarına monitorinq keçirmiş və bu nəzarət tədbiri Nizamnamə ilə Agentliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlıdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Yəni yerin təki dövlətə məxsusdur hər hansı sahibkarın mülkiyyətində deyildir, buna görə də ona keçirilmiş baxış sahibkarın maraqlarına toxunmur. Eyni zamanda iddiaçının yerin təkindən istifadədə ifadə olunan sahibkarlıq fəaliyyəti müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları (publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. İddia ərizəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar haqqında qanunvericiliyin normaları yazılmaqla onlara istinad olunmuşdur. Lakin işin mahiyyətinə diqqət yetirdikdə və yuxarıda qeyd olunanlara nəzər saldıqda aydın olur ki, sahibkarlıq sahəsində aparılan yoxlama hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının hər hansı icazə sənədi yoxdur. Yəni ona qanunla nəzərdə tutulmuş qaydada yer təki sahəsi ayrılmamış və onun istifadəsinə verilməmişdir. Belə olan halda isə sahibkar necə iddia edə bilər ki, onun sahəsində yoxlama aparılmış və bu yoxlama vahid məlumat reyestrinə daxil edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 34.1-ci maddəsinə görə, yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Qanunun normasından da göründüyü kimi yoxlayıcı orqanın qərarı mübahisələndirilə bilərdi. Bununla bağlı bildirirlər ki, iddiaçının Agentliyə ünvanlandığı məktuba cavabda qeyd olunmuşdur ki belə bir qərar yoxdur. Akt yalnız faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparılması üçün tərtib edilmişdir. Əlavə olaraq bildirirlər ki, yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Bununla yanaşı bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1- ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu başa düşülür. Məlumat üçün bildirirlər ki, Agentlik tərəfindən baxış keçirildikdən sonra, iddiaçıya münasibətdə hər hansı məcburi tələblər irəli sürülməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, iddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır və Agentlik tərəfindən aparılan yatağa baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin iddia ərizəsində iddiaçı bildirmişdir ki, inzibati aktın ləğv edilməsi və dəyişdirilməsi barədə məhkəmədən tələb etmək hüququna və mübahisələndirmə haqqında iddiaya inzibati aktın ona təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırma hüququna İMP-nin müvafiq maddələrini qeyd edərək istinad etmişdir. Lakin iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir ki, mübahisənin predmeti hansı inzibati aktdır. Yəni hansı inzibati aktın ləğvini və ya dəyişdirilməsini istəyir və hansı inzibati akt ona təqdim edilmişdir. Həmçinin iddia ərizəsinin məzmununda qeyd olunanlar və iddiaçının yekunda məhkəmədən olan tələbi arasında nəinki hüquqi hətta məntiqli əlaqədə qurula bilməmişdir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia ərizəsində iddiaçının məqsədi aydın olmur, belə ki baxış aktları əsasında hesablanmış borcun silinməsinin xahiş etmişdir. Buna cavab olaraq bildirirlər ki, iddaçı ilə cavabdeh arasında olan mülki və ya inzibati münasibətlərdən yaranan borc yoxdur. Sadəcə "xxxx" MMC-nin qanunsuz fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan var. “Yerin təki haqqında” Qanunun 48-ci maddəsinə görə vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Bir daha göründüyü kimi iddianın predmeti nə inzibati akt nə də ki hər hansı borc məbləği deyildir. Eyni zamanda iddia ərizəsi mübahisələndirmə haqqında da deyildir. Bu da öz növbəsində iddianın mümkünsüz hesab edilməsinə gətirib çıxarır. Mövcud halda məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək izah olunmalıdır ki, mübahisələndirilən akt inzibati akt deyildir və iddia tələbi inzibati məhkəmə icraatında mübahisənin predmeti ola bilməz. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh orqanın da qeyd etdiyi kimi iddia ərizəsinin əsaslarından birini təşkil edən 16 oktyabr 2020-ci il tarixli 63269 nömrəli baxış aktı Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyildir. İddia ərizəsində qeyd olunan ikinci baxış aktı olan - 27 yanvar 2022-ci il tarixli 000632 nömrəli aktla bağlı bildirirlər ki, bu akt Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma ilə bağlı olaraq həmin idarənin əməkdaşının iştirakı ilə keçirilən baxış zamanı tərtib olunmuşdur. Bu akt da digəri kimi inzibati akt deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, inzibati icraatla bağlı qanunvericiliyin ümumi prinsiplərini nəzərə alanda, bir aktın inzibati akt sayıla bilməsi üçün inzibati orqanın öz hakimiyyət səlahiyyətlərindən istifadə edə bilməsi hüququ olmalı və tənzimlənən məsələ isə ümumi (publik) hüquq sahəsinə aid olmalıdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən akt yaratdığı hüquqi nəticəyə görə inzibati akt hesab oluna bilməz. Habelə İddiaçı MMC-yə hesablanmış əsassız borcun silinməsini istəyir ki, cavabdeh orqan tərəfindən belə bir borcun hesablanması müəyyən olunmur. Bundan əlavə Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X2rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçı məhkəmədə iddia olaraq qaldırdığı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X5 tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli, 63269 nömrəli, 27 yanvar 2022-ci il tarixli, 000632 saylı aktlar əsasında İddiaçı MMC-yə hesablanmış əsassız borcun silinməsi tələbini ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən aktın hüquqi nəticəsi olmadığına görə, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar