Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1402/2025 17.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: tədiyyə bildirişinin ləğv edilməsi, ödədiyi pulun və ona hesablanmış gündəlik faizlərin ödədiyi gündən hesablanaraq iddiaçıya qaytarılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Xırdalan şəhər Bələdiyyəsi tərəfindən verilmiş seriya №**********5248 nömrəli 132.32 manat əmlak və torpaq vergisinin hesablanması barədə tədiyyə bildirişinin ləğv edilməsi, ödədiyi pulun və ona hesablanmış gündəlik faizlərin ödədiyi gündən hesablanaraq iddiaçıya qaytarılması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Xırdalan şəhər Bələdiyyəsi tərəfindən verilmiş seriya №**********5248 nömrəli 132.32 manat əmlak və torpaq vergisinin hesablanması barədə tədiyyə bildirişinin ləğv edilməsi, ödədiyi pulun və ona hesablanmış gündəlik faizlərin ödədiyi gündən hesablanaraq iddiaçıya qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 25 mart 2024-cü ildə Xırdalan şəhər bələdiyyəsindən mobil telefonuna Xırdalan bələdiyyəsinə 293,26 manat əmlak vergisi borcu olması və onu 5 gün ərzində ödəməli olduğu barədə SMS məlumatı gəlmişdir. 27 mart 2024-cü ildə Xırdalan bələdiyyəsində olarkən yuxarıda göstərdiyi məbləğdə əmlak vergisi borcu olması barədə seriya nömrəsi **********5248 olan tədiyə bildirişi təqdim edilmişdir. Bu zaman keçmiş Xırdalan şəhər bələdiyyəsinin sədri tərəfindən 22 noyabr 2016-cı ildə tərtib edilib imzalanmış və iddiaçıya məxsus torpaq vergisinin (400 m2 x 0,50) = 2 manat və əmlak vergisinin (120 m2- 30 m2)x 0,30= 27 manat vergi ödəməli olduğu, lakin müharibə veteranı olmağı barədə 006027 №-li vəsiqəni təqdim etdikdən sonra tədiyə bildirişində 30 manat güzəşt olunması barədə Xırdalan bələdiyyəsinin vergi müfəttişi tərəfindən qeydiyyat aparılmış vergi tədiyəsini təqdim etməklə əmlak vergisi ödəməkdən azad olunduğunu bildirmişdir. İddiaçı Xırdalan şəhər bələdiyyəsinin hüquqşünası və vergi qrupunun rəhbəri ilə əmlak vergisinin hansı əmlak sahəsindən tutulmalı olduğu və sairə barədə mübahisənin əbəs olduğunu görüb rəsmi ərizə ilə Xırdalan bələdiyyəsinin sədrinə müraciət edərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 54.0, 54.0.1, 54.0.2, 55, 55.1.3, 59, 59.1, 59.2, 198, 198.1 və 198.1.1-ci maddələrinin tələbləri pozulmaqla 293 manat vergi borcum yarandığı barədə düzgün olmayan tədiyə bildirişi tərtib edildiyini bildirmişdir. Bundan sonra Xırdalan şəhər bələdiyyəsinin vergi xidmət rəisi Tural Orucovun imzası ilə ərizəsinə cavab olaraq iddiaçıya məktub və yenidən tərtib edilmiş tədiyə bildirişi göndərilmişdir. Bu tədiyə bildirişində AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən ona 25,98 manat əmlak vergisi, AR Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 2 manat torpaq vergisi, ötən illər üzrə vergi borcu 79,94 manat, faiz məbləği 24,40 manat, cəmi ödəniləcək məbləğ 132,68 manat hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********05-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Seriya №**********5248 nömrəli 132.32 manat əmlak və torpaq vergisinin hesablanması barədə tədiyyə bildirişinə əsasən iddiaçıya 25,98 manat əmlak vergisi, 2 manat torpaq vergisi, ötən illər üzrə vergi borcu 79,94 manat, faiz məbləği 24,40 manat, cəmi ödəniləcək məbləğ 132,32 manat hesablanmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 01 aprel 2025-ci il tarixli, 301 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2021-ci ildən vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə bələdiyyə büdcəsinə əmlak vergisinə görə 128 manat, torpaq vergisinə görə 5 manat vəsait ödəmişdir. Əmlak və torpaq vergisinin hesablanması qaydası vergi məcəlləsinin 198.1.1., 203. 204, 205 və 206.3 maddələrinə uyğun olaraq hesablanır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, seriya №**********5248 nömrəli, xx.xx.2024-cü il tarixli tədiyyə bildirişinə əsasən iddiaçıya 25,98 manat əmlak vergisi, 2 manat torpaq vergisi, ötən illər üzrə vergi borcu 79,94 manat, faiz məbləği 24,40 manat, cəmi ödəniləcək məbləğ 132,32 manat hesablanmışdır. İddiaçı tədiyyə bildirişinin ləğv edilməsi, ödədiyi pulun və ona hesablanmış gündəlik faizlərin ödədiyi gündən hesablanaraq iddiaçıya qaytarılmasını istəyir. Cavabdeh qeyd edir ki, fiziki şəxs bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət sənədi əldə etdikdən sonra 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində görsədildiyi kimi, əmlak vergisi əmlakın ümumi sahəsindən hesablanır (Yaşayış sahəsinə münasibətdə-onların 30 kvadratmetrdən artıq olan hissəsinin) Yəni qeyri-yaşayış sahəsi olduqda 30 kvadratmetr çıxılmır, ancaq yaşayış olduqda 30 kvadratmetr çıxılır). Çıxarışda ümumi sahə 216.6 kvadrat görsədir. Torpaq 0.04 ha. 216.6-30=186.6 186.6x0.3=55.98 Müharibə veteranı olduğuna görə 30 manat güzəşt olunur. 55.98-30=25.98 4 sot da torpaq: 4x0.5=2 Vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 % məbləğində faiz tutulacaq Gecikmə faizi : 24.4 Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış vergi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) Gəncə, Sumqayıt şəhərləri və Abşeron 0,3 rayonu Reyestr nömrəsi **********05-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin ümumi sahəsi 216.6 kv.m-dir. Topraq sahəsi isə 0.04 ha-dır. Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə uyğun olaraq əmlak vergisi əmlakın ümumi sahəsindən hesablanır (Yaşayış sahəsinə münasibətdə-onların 30 kvadratmetrdən artıq olan hissəsinin) İddiaçıya məxsus yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsi-216.6- 30=186.6 kv.m-dir. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müəyyən edilmiş dərəcəyə uyğun olaraq 186.6x0.3=55.98 Müharibə veteranı olduğuna görə 30 manat güzəşt olunur. 55.98-30=25.98 Göründüyü kimi iddiaçıya hesablanmış əmlak vergisi əsaslıdır. Vergi məcəlləsinin 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, Yaşayış fondlarının, həyətyanı rabitə, ticarət-məişət xidməti sahələrin torpaqları və və digər xüsusi təyinatlı vətəndaşların bağ sahələrinin Yaşayış torpaqlar (manatla) tutduğu torpaqlar (manatla) məntəqələri 10000 m²- dən 10000 m²-dən 10000 m²- dək 10000 m²- dək yuxarı olan yuxarı olan olduqda olduqda hissə üçün hissə üçün Gəncə, 8 16 0,5 1,0 Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.04 ha olmasını nəzərə alaraq Vergi Məcəlləsinin 206.3-cü maddəsinə uyğun olaraq (Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 10000 m²- dək 0,5) 4x0.5=2 manat torpaq vergisi də əsaslı olaraq hesablanmışdır. Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən: 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həm torpaq vergisi, həmçinin də əmlak vergisinin məbləği düzgün hesablanmışdır. Bundan əlavə, iddiaçı ərizəsində Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində “onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur” ifadəsinə istinad edərək əmlak vergisinin binanın ümumi sahəsindən deyil, binanın yaşayış sahəsindən 30 kv. metr çıxmaqla əmlak vergisinin hesablanmalı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmır və Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir neçə maddələrinə nəzər salınmasını zəruri hesab edir: Maddə 150. Ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası 150.1. Vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.9. fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci, 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius; 150.1.13. aşağıdakılar istisna olmaqla, fiziki şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar: Maddə 219. Vergitutma obyekti 219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Göründüyü kimi, Vergi Məcəlləsində “torpaq”, “yaşayış sahəsi” və “qeyri-yaşayış sahəsi” anlayışları vergitutma obyekti kimi fərqləndirilir. Verginin ödənilməsi qaydası və dərəcəsini müəyyən edən 198.1.1-ci maddəsində qeyd edilən “yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin” ifadəsi isə vergitutma obyekti kimi məhz yaşayış sahələrinə münasibətdə əmlak vergisinin hesablanması qaydasını müəyyən edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1402/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1402/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver