Məhkəmə qərarları › İş №2-1(118)-1403/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1403/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1403/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.06.2021-ci il tarixli **********006400 nömrəli Qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 02.06.2021-ci il tarixli **********006-100 nömrəli Qərara əsasən 2019-eu ilin gəlir vergisi üzrə 7177,18 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar qəbul edilməzdən əvvəl göndərilmiş uyğunsuzluq məktubundan avdııı olur ki, hesablamava əsas 132997,03 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərclərin müəyyən edilməsi olmuşdur. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qabul edilmiş "Vergilarin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması harada" 02.06.2021 ci il tarixli **********006400 nömrali qaran qanunsuz va asassız hesab edirlər. Qeyd etdi ki, tərəflərindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində malların təqdim edilməsindən ümumı gəlir 171104,11 manat, ümumi gəlirdən çıxılan xərclər isə 142837,0.3 manat (o cümlədən xammal \ə materiallar 142837,03 manat), vergivə cəlb edilən gəlir 714 1,86 manat, gəlir vergisi isə 1428,37 manat bəyan edilmişdir. Bəyannaməmdə xərclərə dair uvğunsıızluqla bağlı bildirirəm ki, mən, alminium profillər alaraq, havalandırma sistemləri üçün reşotka, müxtəlif ölçülü dəmir məmulatları alaraq yanacaqdaldurma dolabları hazırlayıb satır. Materialları Dərnəgül bazarından və Sədərək ticarət mərkəzindən aldığı üçün sənəd əldə edə bilməmişdir. Cəmi 9840 manat dəyərində mal sənəd ilə ala bilmiş, Sənəd ala bilməməyimin səbəbi mal aldığı şəxslərin bundan imtina etməsi olmuşdur. 2019-cu il ərzində 171404,44 manat dəyərində hazır məhsul hazırlayaraq sənəd əsasında satmışdır. 2019-cu il üzrə təqdim etdiyi Gəlir vergisi bəyannaməsininin xərclər bölməsində hazır məhsulun əldə olunması üçün materiallara taktiki olaraq xərc çəkdiyi və həmin materilların alış sənədləri olmadığı üçün Nazirlər kabinetinin 55 nömrəli qərarına uyğun olaraq 142837,03 manat malın dəyərini xərc olaraq göstərmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ei maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən miiəvvən edilmiş qavdalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması QavdalarCnın l-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdivi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Qaydaların 6.1. l-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar.əldə etdiyi gəliri (ODV nəzərə alınmadan) əsasında müəyyən edir: Göründüyü kimi, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyim xərclərə dair təsdiqedici sənədim olmadığından, hesabat ili üzrə ödəməli olduğu gəlir vergisini AR Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq hesablayıb, buna dair gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etsəm də, vergi orqanı bəyannamədə göstərilən xərcləri tam həcmdə silərək mənə əlavə vergi məbləği hesablamışdır ki, bu da vergi qanunvericiliyinin kobud şəkildə po/ulması ilə n əticələnmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 7177.48 manat gəlir vergisi hesablanmışdır. Belə ki, iddiaçının təqdim etdiyi bəyannamənin xərc maddələrinin vergi orqanında mənbəyi bəlli olan əlaqəli məlumatlarla müqayisəsi nəticəsində 132997.03 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 1912 noyabr 2020-ci il tarixli **********049100 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçı tərəfindən göndərilmiş 12 noyabr 2020-ci il tarixli **********182500 nömrəli cavab məktubunda xərc sənədlərinin olmadığı, bu səbəbdən xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinə əsasən müəyyən etdiyini bildirmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanılması vergi orqanlarının hüquqlarına aid edilmiş, vergi ödəyiciiərinin belə bir hüquqdan istifadə etmələri müəyyən edilməmişdir. Eyni zamanda həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyiciiərinin vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə 26 noyabr 2020-ci il tarixli **********348100 nömrəli və 2 iyun 2021-ci il tarixli **********006400 nömrəli “Vergilərin hesablaması barədə qərar"larla 7177.48 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər: - İddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş Gəlir vergisi bəyannaməsində hesabat dövrünün gəlirləri 171404,44 manat, gəlirdən çıxılan xərclər 142837.03 manat, vergiyə cəlb edilən gəlir 28567,41 manat (171404,44 – 142837.03), vergiyə cəlb edilən gəlir üzrə azadolma və güzəşt 21425,55 manat (28567.41 * 75% güzəşt), azadolma və güzəşt çıxılmaqla vergiyə cəlb edilən gəlir 7141,86 manat (28567.41 – 21425.55), ödənilməli gəlir vergisi isə 1428,37 manat (7141.86 * 20%) bəyan edilmişdir. - 2019-cu ilin Gəlir vergisi üzrə kameral vergi yoxlaması bəyannaməsinə əsasən hesabat dövrünün gəlirləri 183581,44 manat, gəlirdən çıxılan xərclər 11464,40 manat, vergiyə cəlb edilən gəlir 172117.04 manat (183581.44 – 11464.4), vergiyə cəlb edilən gəlir üzrə azadolma və güzəşt 129078.78 manat (172117.04 * 75% güzəşt), azadolma və güzəşt çıxılmaqla vergiyə cəlb edilən gəlir 43029.26 manat (172117.04 – 129078.78), ödənilməli gəlir vergisi isə 8605.85 manat (43029.26 * 20%) müəyyən edilmişdir. - Təqdim edilmiş mallara görə göndərilmiş elektron qaimə-fakturalar barədə məlumata əsasən 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək iddiaçı tərəfindən ümumilikdə 183581.44 manat məbləğində elektron qaimə-faktura göndərilmiş, lakin daha sonra 12177 manat məbləğində 24.09.2019-cu il tarixli EBAA seriyalı 289639 nömrəli elektron qaimə faktura ləğv edilmişdir. Yekunda iddiaçının göndərilmiş və qüvvədə olan elektron qaimə-fakturaların dəyərinin 171404.44 manat olması müəyyən edilmişdir. - 02.06.2021-ci il tarixli **********006400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortasının hesablanması barədə” Qərara əsasən iddiaçıya 2019-cu ilin Gəlir vergisi üzrə 7177,48 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Cavabdeh vergi orqanı hesablamaya əsas kimi 2019-cu ilin Gəlir vergisi bəyannaməsində öz əksini tapmış 142837.03 manat xərclərin sənədlərlə təsdiqini tapmamasını göstərmişdir. İddiaçı isə cavabdehin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, 2019-cu il ərzində müxtəlif mənbələrdən (“qara bazardan”) mallar almış və daha sonra həmin malları elektron qaimə-faktura əsasında "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" ASC-yə satmışdır. Lakin malların alışına dair təsdiqedici sənədlər (elektron qaimə-faktura) olmadığından, həmin il üzrə gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2019-cu ilin gəlir vergisinə dair kameral vergi yoxlaması bəyannaməsinə əsasən cavabdeh vergi orqanı iddiaçının həmin il üzrə gəlirini ümumilikdə 183581.44 manat müəyyən etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən satılmış mallar ilə bağlı göndərilmiş elektron qaimə-fakturalara barədə məlumatdan aydın olur ki, iddiaçının 2019cu il ərzində ümumi satışı 171404,44 manat olmuş, lakin vergi orqanı ləğv edilmiş 12177 manat məbləğində 24.09.2019-cu il tarixli EBAA seriyalı 289639 nömrəli elektron qaimə fakturanı da nəzərə alaraq iddiaçının ümumi gəlirini səhvən 183581.44 manat müəyyən etmişdir. Bundan başqa, 2019-cu ilin gəlir vergisinə dair kameral vergi yoxlaması bəyannaməsinə əsasən cavabdeh vergi orqanı iddiaçının həmin il üzrə gəlirindən çıxılan xərclərini ümumilikdə 11464.40 manat, o cümlədən malın dəyərini 9840 manat müəyyən etmişdir. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı hesab etmişdir ki, iddiaçı 2019-cu il ərzində aldığı 9840 manat dəyərində malları 183581.44 manata satmışdır ki, bu da hər hansı məntiqə uyğun deyildir. Halbiki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstürlar əsasında hesablayır. Eyni zamanda məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. İş materiallarından, eləcə də 2019-cu il Gəlir vergisi bəyannaməsindən göründüyü kimi, iddiaçı 2019-cu il üzrə gəlirini Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən hesablamışdır: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir – 171404.44 R — şərti rentabellik norması (20 faiz) Mənfəət = 171404.44 (100 + 20) / 20 = 28567.41 manat İddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1241-ci sətrində vergiyə cəlb olunan gəlir 28567.41 manat göstərilmişdir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırlmalı olduğu halda, əksinə iddiaçının vəziyyətini daha da ağırlaşdıran yol seçərək onun faktiki olaraq çəkdiyi xərcləri görməzdən gəlmiş, 2019-cu il üzrə gəlir vergisini Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş qaydalara əsasən hesablamalı olduğu halda, bundan imtina etmiş və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən 02.06.2021-ci il tarixli **********006400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortasının hesablanması barədə” Qərarı əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.06.2021-ci il tarixli **********006400 nömrəli Qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar