Məhkəmə qərarları › İş №2-1(118)-1404/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1404/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1404/2020 30.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 6 saylı Vəkil bürosunda vəkil işləyən, Bakı şəhəri, Binə qəsəbəsi, Kolxozçu küçəsi ev 33, mənzil 33-də yaşayan), Cavabdehin nümayəndəsi X4 (DƏDRX-nin 4 saylı Ərazi İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Ak.F.Qasımzadə küçəsi ev 9 mənzil 28- də yaşayan) iştirakı ilə, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5rşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Abşeron rayonu Bilgəh bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli 063 saylı qərarına və onun əsasında bağlanmış torpaqların alqı-satqı aktına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnıaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 24 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ X2 cavabdeh DƏDRX-nin 4 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnıaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Abşeron rayonu Bilgəh bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli 063 saylı qərarına və onun əsasında bağlanmış torpaqların alqı-satqı aktına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnıaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 112 kv m olan fərdi yaşayış evinə dair iddiaçının adına xx.xx.2020-ci ildə çıxarış və texniki pasport verilmişdir. Həmin torpağa bitişik 1200 kv m torpaq sahəsi Bilgəh bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli 063saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış və Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvəzi ödənilməklə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. bundan sonra xx xxxxx 2005-ci il tarixdə iddiaçı ilə bələdiyyə arasında torpaqların alqı-satqısınadair akt imzalanmışdır. Həmin akta əsasən Bilgəh Zəfəran svxozu ərazisində 1200 kv m torpaq sahəsi əvəzi ödənilməklə iddiaçıya satılmışdır. Torpağa dair eskiz sxem də tərtib olunmuşdur. Torpaq rəsmi şəkildə alındıqdan sonra üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üəzrində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət olunmuş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçıya torpaq sahəsi satılna zaman torpaq sahəsinini satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Belə ki, kəğv edilmiş DYXK-nin Abşeron rayon şöbəsinin və rayon icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin rəyləri ərizəyə əlavə edilməmişdir. Bununla bağlı iddiaçının müraciətinin ətmin olunmasından imtina edilmişdir. İş materialları ilə müəyyən edildi ki, Bilgəh bələdiyyəsinin 063 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə 1200 kv m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı oöluna satılmışdır. Həmin tarixdə İddiaçı tərəfindən bələdiyyənin hesabına 16.320000 manat məbləğində pul ödənilmişdir. xx xxxxx 2005-ci il tarixdə İddiaçı və Bilgəh bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş : -DƏDRX-nin 4 saylı X12 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, torpaqların alqı-satqı aktı “Torpaqların alqı-satqı Qaydaları”na əlavəyə zidd tərtib edilmiş, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin və müvafiq rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri ərizəyə əlavə edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, 0.12 ha torpaq sahəsində yerləşən 112,20 kv m ölçüdə fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş sənədlərdən görünür ki, iddiaçı haıhazırda mülkiyyətində olan 1200 kv m torpaq sahəsi və üzərində yerlışən ərdi yaşayış evini o, 2020-ci ilin iyul ayında alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izah etdi ki, hər iki torpaq sahəsi (1200 kv m + 1200 kv m torpaq sahəsi) eyni hasarın çərçivəsində yerləşir və faktiki olaraq iddiaçının istifadəsindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. İş materilallarından göründüyü kimi torpaq sahəsi iddiaçıya bələdiyyənin qərarı əsasında ayrılmış və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxxxxx” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxxxxx 2016-cı il tarixli qərarında aşağıdakılar təsbit edilmişdir : “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, havelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır”. Mülki Məcəllənin 139-1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Bu qayda “Daşnmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə yuyulmuçdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələv etməyə haqlı deyil. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları təsbit olunmuşdur. Cavabdeh inzibati orqanın öz imtina məktubunda istinad etdiyi əsasların heç biri həmin norma ilə nəzərdə tutulmamışdır, yəni cavabdehin hüquqi mövqeyi göstərilən normaların tələblərinə ziddir. Cavabdeh inzibati orqanın imtina cavabında göstərdiyi dəlillər rayon icra hakimiyyətinin memarlıq xidmətinin və DTXK-nin rəylərinin alınmamasından, alqı-satqı aktının qanunla müəyyən edilmiş qaydada tərtib və təsdiq olunmamasından ibarətdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi 2005-cil ildə iddiaçıya satılmış və torpaq sahəsi həmin vaxtdan hazıradək onun istifadəində və sərəncamındadır. Torpağın alqı-satqı prosedurunun qanunla müəyyən olunmuş ardıcıllığa riayət olunmadan keçirilməsində iddiaçının təqsiri yoxdur və hazırda iddiaçı üçün heç bir mənfi hüququi nəticəyə səbəb olmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, “Daşnmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləlikıə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, cavabdeh DƏDRXnin 4 saylı X8 xx xxxxxxxx 2020-ci il tarixli **********24 saylı imtina cavabı qanunsuz hesab edilməli və Abşeron rayonu Bilgəh bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli 063 saylı qərarına və onun əsasında bağlanmış torpaqların alqı-satqı aktına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərində X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnıaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DDRX-nin 4 saylı X8 üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh DƏDRX-nin 4 saylı X8 xx xxxxxxxx 2020-ci il tarixli **********24 saylı imtina cavabı qanunsuz hesab edilsin və Abşeron rayonu Bilgəh bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli 063 saylı qərarına və onun əsasında bağlanmış torpaqların alqı-satqı aktına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərində X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnıaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DDRXnin 4 saylı X8 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar