Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1405/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 (Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48, mənzil 28-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 11 iyul 2013-cii il tarixli 162 saylı sərəncamına əsasən vətəndaş X1 Sumqayıt şəhəri, 9-cu və 13-cü mikrorayonlar arasındakı ərazidə, Ü.Hacıbəyov küçəsində 99 kv m sahədə ticiraət obyektinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam əsasında ticarət obyektinin tikintisi başa çatdırılmışdır. Bundan sonra istismara qəbul aktı verilmişdir. Ticarət obyektinin sahibi X4 həmin obyekti satmaq qərarına gəlmiş və bu məqsədlə İddiaçı ilə ilkin razılığa gəlmişdir. Obyektin dəyəri olaraq 250.000 manat alaraq iddiaçı ilə notarial qaydada təsdiq edilmiş 21.09.2020-ci il tarixli «ilkin alqı-satqı müqaviləsi» bağlamışdır. Həmin müqavilədən sonra tikiliyə mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 25 may 2021-ci il tarixli məktubu ilə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əzizov iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı müraciəti ilə əlaqədar olaraq ona bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri 23 saylı Notariat Ofisinin təsdiq etdiyi 21 sentyabr 2020-ci il tarixli ЗМ-1110 reyestr nömtrəli ilkin alqısatqı müqaviləsi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri İdarəyə təqdim edildikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 25 may 2021-ci il tarixli **********33 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 11 iyul 2013-cü il tarixli 162 nömrəli sərəncamından görünür ki, X1 Sumqayıt şəhəri, 9-cu və 13-cü mikrorayonlar arasındakı ərazidə Ü.Hacıbəyov küçəsində 99 kv m sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş inşaat pasportundan görünür ki, həmin inşaat pasportu X1 məxsus 9-cu və 13-cü mikrorayonlar arasındakı ərazidə yerləşən ticarət obyektinin tikitisinin layihələndirilməsi məqəsdi ilə tərtib edilmişdir. -23.07.2013-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 11 iyul 2013-cü il tarixli 162 nömrəli sərəncamına əsasən aşağıda göstərilən 99 kv m sahəni ölçüb ayrıraraq, bütün naturada qeyd olumuş nişangahlar qoyaraq vətəndaş X1 təhvil verilmiş və onun tərəfində qəbul edilmişdir. -Dövlət Memarlıq-Tikinti Nəzarəti müfəttişliyi tərəfindən tərtib edilmiş 22.07.2014-cü il tarixli tikintiyə icazə sənədindən görünür ki, X2 9-cu və 13-cü mikrorayonlar arasındakı ərazidə yerləşən ticarət obyektinin tikintisinə icazə verilmişdir. -Tikinti-Quraşdırma İşləri başa çatmış obyektinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 20.02.2015-ci il tarixli aktından görünür ki, X2 məxsus 9-cu və 13-cü mikrorayonlar arasındakı ərazidə yerləşən inşası başa çatmış ikimərtəbəli ticarət obyekti istismara yararlı hesab edilmişdir. - 21.09.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı X4 ilə alıcı İddiaçı arasında Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 11 iyul 2013-cü il tarixli 162 nömrəli sərəncamına əsasən satıcının tabeliyində olan 9-cu və 13-cü mikrorayonlar arasındakı ərazidə yerləşən 99 kv m ticarət obyektinin alqı-satqısı barədədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olduğundan və U.Qocayeva ilə İddiaçı arasında yalnız alqı-satqı müqaviləsinin bağlandığından iddia tələbi əsassız hesab edilməlidir. U.Qocayeva mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmadan həmin əmlakı alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsindən imtina edilməsi mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1405/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1405/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver