Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1408/2021 30.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı atası X2 verilmiş 02.12.2005-ci il tarixli AZ-1 115641 saylı ölüm haqqında şəhadətnaməsində adına düzəliş edilərək, “Barzani” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq atası X2 verilmiş 02.12.2005-ci il tarixli AZ-1 115641 saylı ölüm haqqında şəhadətnaməsində adına düzəliş edilərək, “Barzani” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X3 10 sentyabr 2005-ci ildə dünyasını dəyişmişdir. X5 Respublikası, Kəngərli rayonu Vətəndaş vəziyyəti aktlarının Dövlət qeydiyyatı şöbəsi tərəfindən verilən 02.12.2005-ci il tarixli Az-1 115641 saylı ölüm haqqında şəhadətnaməsində adı yanlış olaraq “Bəhrəzani” olaraq qeyd edilmişdir. Qeyd edilən səhvliyin düzəldilməsi üçün Cavabdehnə müraciət edilmiş və 02.06.2021-ci il tarixli, 05/Q-727/15 nömrəli cavab məktubunda səhvliyin düzəldilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Atasına məxsus Ermənistan SSR, Ararat rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.11.1970ci il tarixli, 078279 nömrəli doğum haqqında şəhadətnaməsində, 20.06.1985-ci il tarixli, 047991 nömrəli orta məktəb şəhadətnaməsində, 26.06.1987-ci il tarixli, 010243 nömrəli attestatda, 01.09.2000-ci il tarixli, 354520 nömrəli nikah şəhadətnaməsində adı X3 olaraq qeyd edilmişdir. Həmin sənədlərin Cavabdehnə təqdim edilməsinə baxmayaraq səhvliyin düzəldilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı şöbəyə atasının doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 07.11.1970-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuş X1 ölüm haqqında akt qeydində ölən şəxsin adı Bəhrəzani qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktalrının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Cavabdehin nümayəndəsi iddiaya məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 02.06.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -İ-ЗЖ 078279 saylı doğum haqqında şəhadətnamədən, Vİİ-ЖГ 354520 saylı, 01 sentyabr 2000-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən, attestatdan, 8 illik təhsil haqqında şəhadətnamədən görünür ki, həmin sənədlərdə iddiaçının atasının adı “Barzani” kimi qeyd edilmişdir. -AZ-İ 115641 saylı, 02 dekabr 2005-ci il tarixli ölüm haqqında şəhadətnamədə iddiaçının atasının adı “Bəhrəzani” kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı atasının ölüm haqqında şəhadətnaməsində adına düzəliş edilərək “Barzani” kimi qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında şəhadətnamədə iddiaçının atasının adına düzəliş edilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının hansı sənəddəki qeydə əsasən və hansı əsasla “Bəhrəzani” kimi yazılmasının səbəbini göstərməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı münasibətində də qeyd olunan məsələyə dair hər hansı bir münasibət bildirməmişdir. Əksinə işə əlavə olunmuş, yuxarıda adları qeyd olunmuş sənədlərdə - İ-ЗЖ 078279 saylı doğum haqqında şəhadətnamədə, Vİİ-ЖГ 354520 saylı, 01 sentyabr 2000-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədə, attestatda, 8 illik təhsil haqqında şəhadətnamədə iddiaçının mərhum atasının adı “Barzani” kimi qeyd edilmişdir. İddiaçının mərhum atasının adının “Bəhrəzani” kimi qeyd olunduğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum atası X2 verilmiş 02.12.2005-ci il tarixli AZ-1 115641 saylı ölüm haqqında şəhadətnamədə adına düzəliş edilərək, “Barzani” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum atası X2 verilmiş 02.12.2005-ci il tarixli AZ-1 115641 saylı ölüm haqqında şəhadətnamədə adına düzəliş edilərək, “Barzani” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1408/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1408/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver