Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1408/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “cavabdehin üzərinə onun Vəkillər Kollegiyasında təşkil ediləcək imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “cavabdehin üzərinə onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi barədə öhdəliyin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək cavabdehin üzərinə onun Vəkillər Kollegiyasında təşkil ediləcək imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin qoyulması dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, artıq neçənci dəfədir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq istəyən bir hüquqşünas kimi namizədliyimi irəli sürmüş, yazılı test imtahanlarında iştirak etmişdir. Əvvəllər onun yazılı test imtahanlarında 60-a yaxın: 57-59 bal topladığı bildirilsə də əslində həmin məlumatlar tam həqiqəti əks etdirmirdi və 60-dan guya az bal toplamağı əsnasında onu imtahanın şifahi mərhələsinə buraxılması təmin edilmirdi. 31 mart 2019-cu il tarixində o, növbəti dəfə Dövlət İmtahan Komissiyası və Vəkillər Kollegiyası tərəfindən birlikdə təşkil edilmiş yazılı test imtahanından kompyüter vasitəsilə 78 bal toplamasına rəğmən həmin imtahanın şifahi müsahibə olmalı mərhələsində guya biliyinin qeyri-məqbul hesab edilməsi nəticəsində qərəzli və qeyri-obyektiv olaraq Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməmişdir. O, o zaman Azərbaycan Respublikası Vəkillər X1rşı inzibati məhkəmə instansiyasında onun Vəkilllər Kollegiyasının üzvlüyünə qəbul edilməsi öhdəliyinin cavabdeh Vəkillər X3 üzərinə qoyulması tələbilə iddia tələbi qaldırmışdır. Paralel olaraq "Vəkillər və vəkillik fəaliyyəti haqqında" 28 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin Vİİİ bəndinə müvafiq olaraq 1 il müddət keçdikdən sonra yenidən vəkiliyə namizədliyini irəli sürmüşdür. Bu dəfə də kompyüter vasitəsilə keçirilən yazılı test imtahanından əvvəlkinə yaxın-76 bal toplamışdır. Artıq bu dəfə cavabdehin onun biliklərinə obyektiv münasibət sərgiləyəcəyinə, onu Vəkillər Kollegiyasına üzvlüyə qəbul edəcəyinə inamı əbəs imiş. Bu dəfə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyası qeyriobyektivlik sərgiləyərək növbəti dəfə onun cavablarını sonradan ona məlum olduğu kimi qeyri-məqbul qiymətləndirərək onun vəkil olmaq istəyinin qarşısına qərəzli surətdə yenidən sədd çəkmişdir. Hansı ki, imtahanın şifahi müsahibə olmalı, əslində elə qeyriobyektiv imtahan formasında həyata keçirilən bu növbəti mərhələnin də o bütün 5 suala kifayət qədər məqbul cavablar vermiş, yenə də İxtisas Komissiyasının qeyriobyektivliyinin, qeyri-dürüstlüyünün qurbanına çevrilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 vəkil olmaq və vəkillik fəaliyyəti göstərmək hüququnu artıq neçənci dəfədir ki, qərəzli surətdə pozur, bu hal heç bir hüquqa, heç bir etik normalara adekvat deyildir və bu səbəbdən də məhkəmə instansiyasında mübahisələndirməsi labüddür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı "iddiaçının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması və onun vəzifəli şəxslərinin, rəhbərliyinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin mövcudluğu nəzərə alınmaqla xüsusi qərardad çıxarılmaqla prokurorluğa xəbər verilməsi və cavabdeh barədə cinayət-hüquqi xarakterli tədbirlərin görülməsi" tələbinə dair 2-1(118)-1408/2022 saylı inzibati iş vardır. İddiaçı 21 dekabr 2021-ci il tarixli iddia tələblərinin mahiyyətinə dair iddiaçının şəxsi mövqeyini ifadə edən mülahizə ilə məhkəməyə müraciət etmişdir. Mülahizədə göstərilənləri aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edirlər. İddia ərizəsindən göründüyü kimi iddanın əsas məqsədi cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi, yəni iddiaçının vəkilliyə qəbulu barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasıdır.İddia tələblərini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edirlər. İddiaçının "Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi ödəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması" tələbi əsassızdır. Subyektiv hüququ olmadığına görə iddiaçı bu tələbi irəli sürə bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən Vəkillər Kollegiyası üzvlüyünə qəbul şərtləri və qaydası ardıcıllıqla aşağıdakı kimidir: 1. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin 1 hissəsində irəli sürülmüş tələblərə cavab verilməsi (ali hüquq təhsili, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı); 2. Həmin maddənin İİ hissəsində göstərilmiş halların olmaması (ikili vətəndaşlığın, digər dövlətlər qarşısında öhdəliklərin olmaması, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmama, əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmama, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğun ödənilməməsi və ya götürülməməsi barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması); 3. ixtisas imtahanının yazılı test mərhələsinin müvəffəqiyyətlə verilməsi; 4. ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilmədi; 5. ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticəsi əsasında Vəkillərin İxtisas Komissiyasının Vəkillər Kollegiyasının Rəyasət Heyyətinə müvafiq rəyin təqdim edilməsi tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası) icbari təlimə buraxılma, icbari təlimin müvəffəqiyyətlə bitirilməsi və müvafiq şəhadətnamənin verilməsi; 7. namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar (Qanunun 8-ci maddəsinin 1 və İ hissələri) aşkar edilmədikdə. Vəkillər X3 namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin (andiçmə, reyestrə daxil edilməsi və s) görülməsini təmin etməsi. Göründüyü kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu, bundan sonra icbari təlimi müvəffəqiyyətlə bitirmək labüd (“olmazsa olmaz”) şərtdir və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir. Belə olan halda iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki və həqiqi olaraq mövcud olmadığı halda, həmçinin məzmunu və müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə razılaşdırmaqla dövlət təhsil standartları əsasında tərtib edilən təhsil proqramları ilə müəyyən edilmiş vəkilliyə namizədin peşə fəaliyyətinə buraxılması haqqında şəhadətnamə alınmadan üzvlüyə qəbul edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edilə bilməz. Həmçinin bütün bu proseslər bitdikdən sonra namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar (Qanunun 8-ci maddəsinin İ və İİ hissələri) ortaya çıxa və ya yarana bilər кi, bu da heç şübhəsiz vəkil statusu almağa mane olmaqla hazırkı mübahisə çərçivəsində “üzv qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinin məhkəmə baxışını predmeti olmasını istisna edir. Bundan savayı nəzərə alınmalıdır ki, iddiaçı 08 aprel 2017-ci il tarixli ərizəsində ixtisas imtahanlarına buraxılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının ilkin yazılı xahişi üzvlüyə qəbul deyil, onun imtahana buraxılması ilə bağlıdır və o imtahana buraxılmışdır. Üzvlüyə qəbul ilə bağlı yazılı müraciət mövcud olmadığından məcburetmə iddiası çərçivəsində cavabdehin üzərinə vəzifə qoyulması həm də bu əsasla mümükün deyil və “üzv qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinin əsassızlığının əlavə sübutudur. Hesab edirlər ki, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması tələbi mümkün hesab edilməməlidir. Belə ki, iddiaçının bu tələblər üzrə subyektiv hüququ yoxdur. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək Nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Vəkillər X3 İddiaçı ünvanladığı 01 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının tələbi cavabdehin üzərinə onun Vəkillər Kollegiyasında təşkil ediləcək imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin qoyulmasından ibarətdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Həmin Qanunun 11-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ hissəsində irəli sürülmüş tələblərə cavab verilməsi (Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər); Həmin maddənin İİ hissəsində göstərilmiş halların olmaması (ikili vətəndaşlığın, digər dövlətlər qarşısında öhdəliklərin olmaması, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmama, əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmama, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğun ödənilməməsi və ya götürülməməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması); İxtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi; İxtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticəsi əsasında Vəkillərin ixtisas Komissiyasının Vəkillər X4 müvafiq rəyin təqdim edilməsi; Namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar (Qanunun 8-ci maddəsinin İ və İİ hissələri) aşkar edilmədikdə, Vəkillər X3 namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin (andiçmə, reyestrə daxil edilməsi və s.) görülməsini təmin etməsi. Beləliklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir. Məhkəmə qeyd edir ki, Vəkillərin İxtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni təftiş etmək tələbi özü-özlüyündə vəkilliyin əsaslarından birini təşkil edən özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi - prinsipi ilə bir araya sığmır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Həmin maddənin İİİ hissəsinə əsasən vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; həmçinin özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi vəkilliyin əsaslarını təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Həmin maddənin V hissəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini Vəkillər Kollegiyası həll edir. Həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir. Həmin Qanunun 13-cü maddəsinin İ hissəsinə əsasən Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Vəkillər X3 7 iyul 2008-ci il tarixli Qərarı ilə "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin V hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti müvafiq rəy təqdim edir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən, komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X4 təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsinin birgə müəyyənləşdiridiyi iki hüquqşünas alim tərəfindən vəkilliyə namizədlərin icbari təlimin yekunu üzrə bilikləri qiymətləndirilir. Biliklərin qiymətləndirilməsi icbari təlim ərzində keçirilmiş mövzular üzrə həyata keçirilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər X4 təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma üzrə ixtisas imtahanının şifahi müsahibə mərhələsi müstəsna olaraq Vəkillərin İxtisas Komissiyası tərəfindən həyata keçirilir, imtahan nəticələri müvafiq komissiyanın üzvləri tərəfindən “məqbul” və ya “qeyriməqbul” kimi qiymətləndirilir, nəticələr “məqbul” qiymətləndirildikdə Vəkillər X4 müvafiq rəy təqdim edilir, nəticələr “qeyri-məqbul” qiymətləndirildikdə isə müvafiq rəy verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1 inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2 inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Beləliklə normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin normanın iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X4 müvafiq rəy təqdim edir. Normanın məzmunundan isə göründüyü kimi, namizədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz). Beləliklə vəkilliklə bağlı imtahanın keçirilməsi, namizədlərin biliyinin qiymətləndirilməsi müvafiq orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla həmin orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin qəbul etdiyi qərar qeyd edilmiş maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “cavabdehin üzərinə onun Vəkillər Kollegiyasında təşkil ediləcək imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “cavabdehin üzərinə onun Vəkillər Kollegiyasında təşkil ediləcək imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1408/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1408/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver