Məhkəmə qərarları › İş №2-1(118)-141/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-141/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-141/2020 13.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı Abşeron rayonu İddiaçıli kiçik müəssisəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı İddiaçıli kiçik müəssisəsinin mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi təklif olunan prosesdə dəyər qiyməti qanunla düzgün təyin edilmədiyindən qanunla qorunan maraq və hüquqlarının pozulmasını nəzərə alıb mülkiyyətində olan 16.5 sot torpaq sahəsinin özəlləşdirilməsini cavabdehin üzərinə qoyulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolleqiyasının xx xxxxxxxx 2016-cı il tarixli 2-1(102)-1210/16 saylı qərarı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icra olunmadığı üçün inzibati tədbir görülməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıli kiçik müəssisəsi Abşeron rayon XDS-in xx xxx 1991-ci il tarixli 86 saylı qərarı ilə əvvəllər fəaliyyət göstərmiş «xxxxxxxx» kooperativinin balansında təşkil edilmişdir. Müəssisə 1995-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınaraq 25633 saylı şəhadətnamə almışdır. Müəssisə Xırdalan şəhəri, 26-cı məhəllə, bina-5 ünvanında yerləşir. Abşeron rayon XDS İK-nın xx xxxx 1989-cu il tarixli 066 saylı qərarı ilə İddiaçıli kiçik müəssisəsinə Xırdalan şəhəri qeyri yaşayış sahəsində, istifadəyə yararlı, qrunt sularına məruz qalan və bataqlığı qurutmaq şərti ilə 26-cı məhəllə, 5 saylı çoxmərtəbəli binaya yaxın ünvanda 16,5 sot torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsini qurutmaq məqsədi ilə müəssisə 100 maşından çox torpaq daşıyaraq bataqlığı qurutmuş və burda inzibati bina, sex və anbar tikmişdir. Bütün görülən bu işləri müəssisə öz vəsaiti hesabına etmişdir.Torpağın yararlı hala salınmasına müəssisə 100 000 min manata yaxın vəsait xərcləmişdir. Buna baxmayaraq torpaq sahəsi indi də yaxşı vəziyyətdə deyildir. Müəssisənin mülkiyyəti xx xxxxxx 2001-ci il tarixində Abşeron rayon 2 saylı Reyestri Xidməti İdarəsində qeydə alınmış və mülkiyyəti təsdiq edən 283 saylı vəsiqə və texniki pasport alınmışdır. Sonradan bu hüquqi sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz tələbləri ilə dəyişdirilərək xx.xx.2013-cü il tarixində Abşeron rayon 4 saylı idarəsində Reyestr nömrəsi **********-12301 texniki pasport, Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. İstifadəsində olan 16,5 sot torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə xx xxxxxx 2010-cu il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edir. Əmlak Məsələləri Dövlət Komitəsində açıq-aşkar hökm sürən rüşvətxorluq və süründürməçilik sahibkarlıq və insan hüquqlarını pozmuş, tələb olunan rüşvəti verməyə imkanı olmadığından mülkiyyətində olan torpaq sahəsini özəlləşdirmək mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi gözdən pərdə asmaq məqsədi ilə şişirildilmiş qiymətlərlə torpağın özəlləşdilməsini xx xxxxxxxx 2016-cı il tarixində **********04 sayiı bildiriş vermişdir. Belə yüksək qiymətə torpaq sahəsini almaq mümkün olmadığından komitə müəssisəni bir daha süründürməçiliyə məruz qoymuşdur.Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi torpağın özəlləşdirilməsinə bildiriş verərkən qanunveriçiliyin tələblərinə uyğun əsaslandırılmamış qiymət qoymuş, torpağın əvvəlki vəziyyətini, istifadəyə yararsız şəraitini, iqtisadi zonasını, normativ qiymətini və əmsalını nəzərə almadan torpaq sahəsi özəlləşdirilməsin deyə 132 000 min manat dəyərində qiymətləndirmişdir. Hazırda bataqlıq torpaq sahələrinin dəyəri yüksək qiymətlərlə bazar qiymətlərinə nəzərdə tutulmur. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən yeni verilmiş qərarlar əvvəl verilmiş qərarların tələbinə qanunla təsir etmir. Abşeron rayonu ikinci iqtisadi zona olduğundan bu əmsalla da torpağın dəyər qiyməti qiymətləndirilməlidir. Nazirlər Kabinetinin xx xxx 2000-ci il tarixli 89 saylı qərarı ilə əmsal və zona torpağı sahəsinin özəlləşdirilməsində komitə tərəfindən qiymətləndirmə əmsalı müəssisəyə tətbiq olunmamış və bu qərarla təsdiq edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin alqı-satqı zamanı torpaq sahəsi bazar qiymətindən aşağı olduqda, bazar qiymətinin 2 %-i əvvəlki əmsala əlavə olunur. Əmlak Məsələləri Dövlət Komitəsinə xx xxxxxx 2010-cu il tarixində torpaq sahəsini özəlləşdirmək məqsədi ilə müraciət olunmuşdur. Komitə yuxarıda göstərilən səbəblərdən qanunsuz olraq mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmiş, iş məhkəmə mübahisə predmentində olmuşdur. Altı ilə yaxın davam edən məhkəmə prosesi nəhayət ki, xx xxxxxxxx 2016-cı il tarixində bir çox qanun pozuntularına baxmayaraq ədalətsiz qərar qəbul olunmuşdur. Ali Məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli 2-1(102)-1210/16 saylı qərarından xx xxx 2017ci il tarixində X5 Məhkəməsinə şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kolleqiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2-1(102)- 1210/2016 saylı qərarında İddiaçıli kiçik müəssisəsinin istifadəsində olan 16,5 sot torpaq sahəsinin özəlləşdirilməsində Agentliyin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyini qoymuşdur. Qərar xx xxxxxx 2016-cı il tarixədək icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. Ali Məhkəmənin qərarı icra olunmadığından xx xxxxxxx 2016-cı il trixində, A-97 nömrəli məktubumla Agentliyə müraciət etmişdir. Agentlik məktuba cavab verməyərək müxtəlif bəhanələrlə qərarın icrasından imtina etmişdir. Sonra məlum olmuşdur ki, Agentliyin aparatında aparılan struktur dəyişikləri ilə əlaqədar olaraq qeyd olunan funksiyaların icrasını Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq şöbələri həyata keçirir. xx xxxxxx 2016-cı il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kolleqiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2- 1(102)-1210/2016 saylı qərarının icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərmişdir. Qərarın icrası komitə tərəfindən təmin olunmamışdır.Bununla əlaqədar xx xxxx 2017-ci il tarixli A-23 saylı və xx xxxx 2017-ci il tarxli 25 nömrəli məktubla Ali Məhkəmənin İnzibati-İqisadi Kolleqiyasının xx xxxxxxxx 2016-cı il tarixli 2-l(102)-1210/ 16 saylı qərarının icrasının təmin olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Komitə qərarın icrasından imtina etmiş və məktublarıma cavab verməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə və şikayət etdiyi hüquq orqanlarına və Dövlət başçısına yanlış cavab verərək bildirir ki, İddiaçıli kiçi məssisəsinə satın alınması üçün 16,5 sot torpaq sahəsi təklif edilmişdir. İddiaçıli kiçik müəssisəsi tərəfindən torpaq sahəsinin satın alınması ilə bağlı güya heç bir tədbir görülmür.Komitənin bu təklifi bütün sahibkarlara ünvanlandığı kimi İddiaçıli kiçik müəssisəsinə də ünvanlanmışdır. Bütün torpaq sahələrinin istifadəçiləri bu təklifi qəbul etməmiş və torpağın dəyər qiyməti 100 dəfədən çox komitə tərəfindən tələb olunur. Müəssisənin qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi hüququ Ali Məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli qərarının çıxarıldığı tarixdən əmələ gəlmişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə təstiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə xx xxxx 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçıli kiçik müəssisəsinin istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur.Eyni zamanda, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri özəlləşdirilərkən həmin torpaq sahələrinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət, müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında əsasnamə”yə uyğun olaraq müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli qərarı ilə yuxarıda qeyd edilən Əsasnaməyə 6-1-ci hissə əlavə edilmiş və həmin 6-1-ci hissəyə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaıaq həyata keçirilir.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, torpaq sahəsinin normativ qiyməti bazar dəyərindən aşağı olduqda, onun qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.İddiaçıli kiçik müəssisəsi tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 132 000 manat təşkil edən 1650.0 kv. metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün xx.xx.2016-cı il tarixli, **********04 nömrəli bildirişlə iddiaçıya təklif olunmuşdur.Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəsinə götürməsi üçün İddiaçıli kiçik müəssisəsinə təklif olunmuşdur.Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirilmiş, lakin iddiaçının hərəkətsizliyi səbəbindən özəlləşdirmə həyata keçirilməmişdir.İddiaçıli kiçik müəssisəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən onun hüquqlarını pozan qərar qəbul edildiyini və ya hərəkətə (hərəkətsizliyə) yol verildiyini sübut edə bilməmiş, Komitəyə qarşı əsassız tələblər irəli sürmüşdür.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati rqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən ləkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin mətnindən göründüyü kimi, iddiaçının inzibati icraat raydasında verdiyi iddiada inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırıldığı hallarda iddia mümkün sayılır.Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən iddia mümkün sayılmaması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Texniki Pasportu, Çıxarış, Əmlakın plan və ölçüləri, Abşeron rayon XDS İK-nın xx xxxx 1989-cu il tarixli 066 saylı qərarın surəti, cavabdehin etirazı, xx.xx.1995-ci il tarixli, 25633 nömrəli Təsərrüfat Subyektinin Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1210/16 saylı xx xxxxxxxx 2016-cı il tarixli qərarı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə qərarına əsasən Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndlərində yerləşən torpaq sahələrinin 100 kv.metrinin bazis qiyməti 90 manat müəyyən edilmişdir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 6-cı bəndinə əsasən sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətlərinə vurmaqla müəyyən edilir. Həmin Əsasnaməyə xx.xx.2016-cı ildə 6-1 bəndi əlavə edilmiş və həmin bəndin tələblərinə əsasən-torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon Xalq deputatlar Sovetinin İcrayyə Komitəsinin xx xxxx 1989-cu il tarixli,66 saylı qərarı ilə Xırdalan qəsəbəsinin 26-cı məhəlləsindəki 4 nömrəli evin şərq tərəfində yerləşən 1650 m2 sahəsi olan torpaq sahəsi İddiaçıli kiçik müəssisəsinin sələfi olmuş “xxxxxxxx” kooperativinə təhkim edilmişdir. xx xxx 1991-ci ildə “xxxxxxxx” kooperativinin bazasında İddiaçıli kiçik müəssisəsi təsis edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə İddiaçıli kiçik müəssisəsi Azərbaycan Respublikası ƏMDK yanıında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş, lakin müsbət cavab almadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Bir müddət davam edən məhkəmə çəkişmələrindən sonra Ali Məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası ƏMDK yanıında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin üzərinə İddiaçıli kiçik müəssisəsinin müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin qərarında təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi qoyulmuşdur. Ali Məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli qərarı icra olunmadığı üçün İddiaçıli kiçik müəssisəsi xx.xx.2017-ci ildə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarilxi 2-1(85)-148/2018 saylı qərardadı ilə əvvələr qeyd olunan iddia tələbinə baxılması səbəbindən iddia tələbi qeyri mümkün hesab edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərardadında birinci instamnsiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas kimi göstərmişdir ki, öncədən qaldırılmış iddia tələbində əmlakın özəlləşdirilməsi zamanı tətbiq olunacaq normativ qiymət mübahisələndirilməmiş və əvvələr qaldırılmış iddia tələbi başqa quruma qarşı qaldırılmışdır. Qeyd olunanlara əsasən inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə geri göndərilmişdir. Məhkəmə araşdırması zamanı oda müəyyən olunmuşdur ki, ƏMDK-si “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməsinə xx.xx.2016-cı ildə əlavə edilmiş 6-1 bəndini əsas gətirərək,yəni qeyd olunan torpaq sahəsi üçün müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olması səbəbindən torpaq sahəsinin dəyəri müstəqil qiymətləndiricinin rəyinə uyğun müəyyən edilmiş qiymətə özəlləşdirmək niyyətindədir. Məhkəmə yuxarıda müəyyən olunan hallara əsas gətirərək hesab edir ki, cavabdeh təşkilatın hazır ki, iddia tələbi üzrə gətirdiyi arqumentlər əsassızdır. Nəzərə alınmalıdır ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə xx.xx.2016-cı ildə 6-1 bəndi əlavə edilmiş və həmin bəndin tələblərinə əsasən-torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçıli kiçik müəssisəsinin istifadəsində olan 16,5 ha torpaq sahənin özəlləşdirilməsi hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən müəyyən edilmişdir. Yəni qeyd olunan əsasnaməyə 6-1-ci bənd əlavə olunana qədər iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi hüququ artıq yaranmışdır. Belə olduğu tədqirdə iddiaçının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı normativ qiymətin müəyyən edilməsi üçün qiymətləndiricinin rəyinə istinad etmək əsassızdır. Hesab olunur ki, iddiaçının istifadəsində olan 16,5 ha torpaq sahəsinin özəlləşdirilməsi zamanı qeyd olunan Əsasnamənin 6-cı bəndinə uyğun olaraq torpağın normativ qiyməti müəyyən olunmalıdır. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanununn 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə xx xxxx 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçıli kiçik müəssisəsinin istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar