Məhkəmə qərarları › İş №2-1(118)-1410/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1410/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1410/2025 03.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XN iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus SX seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın M/V seriyalı, 11708N nömrəli İddiaçı məxsus “müharibə veteranı”nın vəsiqəsi.

3. N8 oktyabr N15-ci il tarixli, AA seriyalı, 346N5 nömrəli İddiaçı məxsus “Məcburi köçkün vəsiqəsi”.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 1N dekabr NN3-cü il tarixli, 13346 nömrəli arayışından görünür ki, İddiaçı 1N dekabr NN3-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmişdir.

5. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi N saylı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin 3 iyul NN4-cü il tarixli, 1477 nömrəli arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün düşmüş İddiaçı bina N, mənzil N ünvanında yerləşən Abşeron rayon “Stansı Sumqayıt” ərazisində inşa olunmuş yaşayış kompleksində müvəqqəti məskunlaşmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N7 fevral NN4-cü il tarixli, 3-N3-e/N-H-N816-1/NN4 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanının N5 dekabr NN3-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ərizəsi komanda üzrə məruzə edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.

7. 19 mart NN4-cü il tarixli, 013504 nömrəli İddiaçı dair tərtib edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin “Tibbi arayışı”.

8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin N5 sentyabr NN4-cü il tarixli, **********9N4 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışdan görünür ki, İddiaçı 30 aprel N14-cü il tarixdən 1 oktyabr N15-ci il tarixədək, 30 may N17-ci il tarixdən N yanvar NN4-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli, 8 nömrəli əmrindən çıxarışdan görünür ki, 5-ci taborun 13-cü bölüyünün 3-cü taqım komandirinin müavini gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azəbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin e bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N yanvar NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmiş; Gizir İddiaçı NN3-cü il yanvar-dekabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq “Tik-tok” platformasında hərbi geyim formasında foto və video görüntülər paylaşdığına görə birdəfəlik pul mükafatının 50 faiz həcmdə almağa layiq olduğu, N nömrəli hərbi hissə komandirinin N9 dekabr NN1-ci il tarixli, 01N7 nömrəli əmri ilə “N-ci məharət dərəcəsi” təsdiq olunmuşdur, NN3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib NN3-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatın ödənilməsi göstərilmişdir. Əsas “N1 nömrəli hərbi hissə komandirinin N5 dekabr NN3-cü il tarixli, 0131gm nömrəli əmrindən çıxarış və üzülüşmə vərəqəsi №N” olaraq göstərilmişdir.

10. N nömrəli hərbi hissənin “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”ndan görünür ki, İddiaçı N yanvar NN4-cü il tarixdə sənədi təhvil almışdır.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N1 nömrəli hərbi hissənin N6 dekabr NN4-cü il tarixli, 1404N nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - N1 nömrəli həri hissə komandirinin N noyabr NN3-cü il tarixli, 531 nömrəli əmrindən görünür ki, hərbi hissəni özbaşına tərk edərək hərbi xidmət üzrə vəzifələrinin icrasından yayındıqlarına görə gizir İddiaçı, N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3cü taqım komandirinin müavini xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmışdır. - N8 noyabr NN3-cü il tarixli N nömrəli hərbi hissə komandirinin İddiaçı dair “Təqdimat”. - İddiaçı dair “Birinci söhbət vərəqəsi”ndən görünür ki, söhbətin qısa məzmunu və verilən suallar: “buraxılmanın əsası və səbəbləri: xidmətdə ciddi nöqsanlara yol verərək xidmət yerinə gəlməkdən boyun qaçırtdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrin İntizam nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə və Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) müvafiq olaraq ehtiyyata buraxılmağa təqdim olunması.”, söhbət aparan şəxsin cavab və mülahizələri “bəli, xəbərim var. Bağlaşma birtərəfli ləğv edərək, ehtiyata buraxılmağına etirazım yoxdur”, hərbi qulluqçunun xahiş və sualları “ehtiyata buraxılmağına köməklik göstərilməsi” olaraq göstərilmişldir. - İddiaçı dair “ikinci söhbət vərəqəsi”ndən görünür ki, söhbət aparan şəxsin cavab və mülahizələrində heç bir şikayətin olmadığını, hərbi hissəni özbaşına tərk etməyin səbəbi ailə vəziyyəti ilə əlaqədar olduğu, hərbi qulluqçunun xahiş və suallarında ehtiyata buraxılmağına köməklik göstərilməsi qeyd edilmişdir. - Müdafiə Nazirinin müavini – Quru Qoşunların komandanının N5 dekabr NN3-cü il tarixli, 0131gm nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq, N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsinə göndərilmişdir. Əsas “Müdafiə nazirinin müavini – X3 N noyabr NN3-cü il tarixli, 531 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin N8 noyabr NN3-cü il tarixli təqdimatı” olaraq göstərilmişdir. - İddiaçı dair “Xidməti xasiyyətnamə”. - İddiaçı dair “Xidmət vərəqəsi”.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri:

12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən SX ******* nömrəli hərbi biletdə qeyd edilmiş N5 dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilərək, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələr sıralarında hərbi xidmətinin davam etməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1996-cı il tarixdə anadan olmuş, 30 aprel N14-cü il – 1 oktyabr N15-ci il tarixlərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra, yəni 30 yanvar N17-ci il tgarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində Gizir hazırlıq kursuna qəbul olunmuşdur. 15 aprel N17-ci il tarixdə N saylı hərbi hissədə Gizir rütbəsində hərbi xidmətə başlamışadır. N1 saylı hərbi hissə Komandanlığının N5 dekabr NN3-cü il tarixli, 0131 nömrəli Əmri əsasında Azərbaycan Respublikası Silahlı X1 təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin “ə” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı N1 saylı hərbi hissə tərəfindən verilmiş əmrlə razılaşmır. Bildirilir ki, müqavilə tələblərini pozmadığı halda ayrı-ayrı vaxtlarda məlumatı olmadan xidməti vərəqəsinə İntizam Nizamnaməsinin tələblərini pozaraq cavabdeh tərəfindən intizam cəzası yazılmışdır. Paralel tarixlərdə həvəsləndirmələri xidməti vərəqəsində əksini tapmamışdır. 9 oktyabr NNN-ci il tarixdə korpus komandirinin xidmətkeçmə haqqında əsasnamənin “b” bəndini rəhbər tutaraq əmr vermiş, lakin həmin əmrə əsasən iddiaçı yüksək vəzifəyə təyin olunmuşdur. O, tutduğu vəzifəyə bərabər vəzifəyə təyin olunmalı idi. Xidmətkeçmə haqqında əsasnamənin tələblərini pozaraq xidmətkeçmə haqqında əsasnamənin “a” bəndinə uyğun olaraq vəzifəyə təyin olunmuşdur (“b” bəndinə əsasən təyin edilməli olduğum halda). Bu səbəbdən də təyin olunmuş vəzifənin öhdəsindən gələ bilməmiş və bu barədə rəhbərliyə şifahi və yazılı şəkildə məlumat vermişdir. Lakin rəhbərlik müraciətini nəzərə almamış, onunla şəxsi-qərəzlik etməyə başlamışdır. Bunun nəticəsində 7 il qüsursuz xidmət və döyüş yolunda göstərdiyi xidmətə baxmayaraq, xidmətdən azad edilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

16. İddiaçı daha sonra məhkəməyə vəsatəti ilə müraciət edərək, N5 dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilərək, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətinin davam etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizənin vaxtında verilməməsini üzürlü hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir.

17. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus SX ******* nömrəli Hərbi biletdə qeyd edilmiş N5 dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilməsi barədə məhkəməyə vaxtında müraciət etməməyinin səbəbi xəstə olmağı idir. Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının şəhadətnaməsi təsdiq edir. İddiaı ayağında olan səpki və qaşınmalara görə uzun müddət müalicə almışdır. Adı çəkilən şəhadətnamədə qeyd edildiyi kimi, Hərbi Həkim Komissiyasının qərarına görə burun arakəsmələrinin əyriliyi, burun tənəffüsün əhəmiyyətli dərəcədə pozulması qeyd olunmuşdur. Tibbi şəhadətnaməyə gorə həmin xəstəliklər hərbi xidmət dövründə alınmışdır. İddiaçı xəstəliyilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə müraciət etmişdir. Yuxarıda qeyd olunan səbəblərə gorə N5 dekabr NN3-cü il tarixli, 0131 saylı əmrin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin müraciət edilməsi müddətini gecikdirərək məhkəməyə vaxtında müraciət etməmişdir.

18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

20. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim (elan) olunduğu vaxtdan 30 gündən artıq müddət keçdiyinə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-4543/NN4 nömrəli, 4 iyul NN4-cü tarixli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, iddiaçı hərbi xidmətdə olarkən, hərbi hissəni (xidməti yerini) özbaşına tərk edərək, hərbi xidmət üzrə vəzifələrinin icrasından yayındığına görə ona N1 nömrəli hərbi hissə komandirinin N noyabr NN3-cü il tarixli, 531 nömrəli əmri ilə ona “xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası elan edilmiş, buna görə də o, N1 nömrəli hərbi hissə komandirinin N5 dekabr NN3-cü il tarixli, 0131gm nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmışdır. İddiaçının ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6Nci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. İddiaçının N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təyinat vərəqəsi N yanvar NN4-cü il tarixdə göndəriş vərəqələrinin qeydiyyatı kitabında imza elətməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının 15 may NN4-cü il tarixədək bu barədə şikayəti daxil olmamışdır. Yuxarıda qeyd olunan sübutlardan göründüyü kimi, İddiaçı onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə N yanvar NN4-cü il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

22. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsini müdafiə edərək, xəstəlikləri xidməti dövründə yarandığını və barəsində heç bir tədbirlər görülmədiyini, bu səbəbdən də hərbi həkim komissiyasının rəyinin əsas kimi götürülməməsini bildirmiş, təyinat vərəqəsi əmrlə tanış olmaq kimi qəbul olunmadığını, söhbətləşmənin əmr qəbul edildikdən sonra olduğunu qeyd etmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri müdafiə edərək, iddiaçının X3 əmri ilə ehtiyata buraxıldığını, N yanvar NN4-cü il tarixdə iddiaçının şəxsi heyət siyahısından çıxarıldığını, təyinat vərəqəsini götürərək hərbi komissarlığa getdiyini, N gün müddətində müalicədə olduğunu, uzun müddətli müalicədə olmadığını bildirmiş, iddiaçı tərəfindən müddətin ötürüldüyünü qeyd etmişdir. Həmçinin, təyinat vərəqəsi təqdim edilən zaman hərbi qulluqçuya ehtiyata buraxılma səbəbinin izah olunduğunu, iddiaçının xəstəliyi ilə əlaqədar deyil, hərbi xidmət yerini özbaşına tərk etdiyi üçün ehtiyata buraxıldığını, gizirlərin məxfi əmrlə tanış olmasının mümkün olmadığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

24. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - N.0.N-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

26. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

27. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

28. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N15-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

29. İPM-in 1N.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ehtiyata buraxılmasının qanunsuz olmasını əsas gətirərək, əmrin ləğv edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına bərpa olunmasını xahiş etmişdir. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in N.N.1-ci maddəsi).

32. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

34. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə N5 yanvar N00-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

37. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər.

38. İddiaçı mübahisələndirilən N5 dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilməsi barədə məhkəməyə vaxtında müraciət etməməyinin səbəbi xəstə olduğunu və bu halın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının şəhadətnaməsi ilə təsdiq olduğunu bildirir. Həmçinin, izahatında qeyd etmişdir ki, həmin əmr barədə məlumatı hərbi biletin ona təqdim edilən zamanı almışdır.

39. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli əmri ilə qanunvericiliyə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. İddiaçının N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təyinat vərəqəsi N yanvar NN4-cü il tarixdə göndəriş vərəqələrinin qeydiyyatı kitabında imza elətməklə, ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir.

40. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”nın surətindən görünür ki, “N71. xx.xx.NN4. İddiaçı. Füzuli SHXÇDX. xx.xx.NN5-ci il tarixdə “sənədi qəbul edənin imzası, adı, soyadı və tarix” bölməsində ad və soyadını yazmış və öz imzası ilə təsdiq etmişdir.”

41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 sentyabr NN3-cü il tarixli, N-1(10N)-1871/NN3 saylı qərarında qeyd olunmuşdur ki, “N9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”

42. İş materialının araşdırılması ilə müəyyən olunur ki, iddiaçı ilə söhbət vərəqələrində iddiaçı buraxılmanın əsası və səbəbləri barədə məlumatlı olduğunu, bağlaşmanın birtərəfli ləğv edərək, ehtiyata buraxılmağına etirazın və heç bir şikayətin olmadığını, hərbi hissəni özbaşına tərk etməyin səbəbi olaraq ailə vəziyyəti ilə əlaqədar olduğunu bildirmiş, ehtiyata buraxılmağına köməklik göstərilməsini xahiş etmişdir.

43. Müdafiə Nazirinin müavini – Quru Qoşunların komandanının N5 dekabr NN3-cü il tarixli, 0131gm nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq, N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsinə göndərilmişdir.

44. Göründüyü kimi, mübahisə predmeti olan inzibati akt iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir.

45. İddiaçının müddətin buraxılma səbəbinin səhhəti ilə əlaqədar olduğuna münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının arayışından iddiaçının 1N dekabr NN3-cü il tarixdə həmin poliklinika tərəfindən şəhadətləndirildiyi, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin arayışından isə 19 mart NN4-cü il tarixdən N1 mart NN4-cü il tarixədək müayinədə olunduğu aşkar olunmuşdur. Buna baxmayaraq, iddia ərizəsi iddiaçı tərəfindən 16 may NN4-cü i tarixdə qaldırılmışdır. Odur ki, qeyd edilən səbəb məhkəmə tərəfindən üzrlü hesab edilə bilməz.

46. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı məsələyə münasibətdə həmçinin, iddiaçı tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.

47. İPM-in: N4.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; N4.N-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; N4.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; N4.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; N4.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; N4.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N01-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

55. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

56. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

57. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

58. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən SX ******* nömrəli hərbi biletdə qeyd edilmiş N5 dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilərək, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələr sıralarında hərbi xidmətinin davam etməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar