Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1411/2025 05.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli №3-13/Ə/ş//h3842/2023 nömrli əmri ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsindən polis mayoru xüsusi rütbəsi ilə öz razılığı ilə xidmətdən xaric olunmuşdur. Xidmət müddəti DİN-nin qeyd olunan əmrinə əsasən ümumilikdə 30 il 04 ay 23 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 07 gün müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə ona Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən 74.67 faizlə 1286.56 manat əmək pensiyası təyin olunmuşdur. Lakin təyin olunmuş pensiyanın hesablanmasında iddiaçının imtiyazlı hesablama ilə xidmətinin 31 il 04 ay 07 gün hesablandığı halda ona 30 il 04 ay 23 gün xidmət ilinin pensiyası, ümumilikdə əmək haqqının 74.67 %-i həcmində pensiya hesablansa da, güzəştli xidmət illinin yəni, 11 ay 14 günün pensiyası hesablanmamışdır. Qeyd olunan müddətin nəzərə alınmaması səbəbindən hal-hazırki vaxtadək pensiyanı kəsir formasında almaqda davam edir. Lakin qeyd olunan güzəştli xidmət illinin yəni, 11 ay 14 günün pensiyası hesablanarsa ona ümumilikdə əmək haqqının 77.42 %-i həcmində pensiya hesablanmalı idi. Bunanla əlaqədar cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyamın yenidən hesablanıb və güzəştli xidmət illinin (11 ay 14 günün) də hesablanması üçün xx.xx.2024-cü il tarixdə rəmi ərizə ilə müraciət etsə də, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-14-49992/2024 tarixli məktubunda ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsi xatırlanaraq, hərbi xidmətdən 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xilmətin (hərbi xidmətin güzəştli hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərclərinin 2 faizi miqdarında əlavə olunması qeyd göstərilərək, 17 noyabr 2023-cü il tarixdə xidmətdən tərxis olunmağı ilə bağlı Mərkəzi Filiala təqdim olunmuş məlumat vərəqəsində iddiaçının xx.xx.2017-ci il tarixədək 24 il 11 ay 21 gün,01 iyul 2017-ci il tarixdən sonrakı 6 il 4 ay 16 gün olmaqla ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün, güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilərək əmək pensiyasının -xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə -20 il üçün - təminat xərcinin 50 faizi, -4 il üçün (aylar nəzərə alınmadan,(belə ki xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər il üçün 3 faizi olmaqla 12 faizi xx.xx.2017- xx.xx.2023-cü il tarixləri arasındakı 6 il 4 ay 16 gün müddəti üçün isə -6 il üçün - təminat xərcinin 12 faizi. - 4 aya görə -təminat xərcinin 0,67 faizi miqdarında müəyyən edildiyi göstərilmişdir. Lakin əmək pensiyasını xx.xx.2023-cü il tarixdə qazandığından və qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsində 20 ildən yuxarı hərbi xilmətin (hərbi xidmətin güzəştli hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərclərinin 2 faizi miqdarında əlavə olunması qeydi göstərilmişdir. “X5 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda qanunun geriyə qüvvəsi anlayışı qeyd olunmuş və qanunun 87.1-ci maddəsində Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci hissəsində isə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında birbaşa göstərilib- göstərilməməsindən aslı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsi göstərilmiş,bu da qeyd olunan qanunvericiliklərin tələbinə görə əmək pensiyamın yenidən hesablanmasında güzəştli xidmat ilimə (11 ay 14 gün) də şamil edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması xx.xx.2017-ci il tarixinədək qanunvericilikdə nəzərdə tutulmamasını əsas kimi göstərməsi isə tam yanlış olduğundan, xx.xx.2024-cü il tarixdə əmək pensiyamın yenidən hesablanması və güzəştli xidməti ilimin (11 ay 14 gün) xx.xx.2017-ci il tarixdən əvvəli tarixdə qazannıldığında həmin aylar üçün əmək pensiyamın 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən hər ilə 3 faiz olmaqla hesablandığından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təkrar ərizə ilə müraciət edib «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanun 20.14.1 maddəsinin də, əmək pensiyasının hesablanması zamanı il tamam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmasını maddənin qeyd hissəsində birmənalı şəkildə göstərilməsini və X5 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələbinin rəhbər tutularaq pensiyamın yenidən hesablanmasına da şamil olunmasını xahiş etmişəm. Cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə göndərilən xx.xx.2024-cü il tarixli 3-17-1/2-m- 87524/24 tarixli məktubunda əvvəlki məktublarında qeyd olunmuş eyni məzmunlu cavab göndərərək əmək pensiyamn yenidən hesablanmasından imtina edilməsi və əsas kimi xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunda təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması nəzərdə tutulmadığı göstərilmiş,lakin X5 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87.1-ci maddəsində Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci maddərinə münasibətdə isə heç bir münasibət bildirilməmişdir. Hesab edir ki, pensiyasının düzgün hesablanmaması nəticəsində ona xeyli miqdarda ziyan dəymiş və əldə edəcəyi pensiya təminatından məhrum edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun ziahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən ona təyin edilmiş əmək pensiyasının nəzərə alınmamış 11 ay 14 gün də daxil edilməklə 31 il 4 ay 77,42 faiz olmaqla yenidən hesablanmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.14.1 -ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; -1 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydasına 21 noyabr 2023-cü il tarixində əlavə edilmiş 5.10-cu bəndə əsasən Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Göründüyü kimi, sözügedən Qaydaya xx.xx.2023-cü il tarixində əlavə edilmiş 5.10-cu bənddə 2017-ci iyulun 1-dək olan dövr üzrə xidmət ili tam olmadıqda natamam ildəki ayların sayının nəzərə alınması göstərilməmiş, yalnız həmin tarixdən sonra ayların sayının nəzərə alınması qeyd edilmişdir İddiaçının xidmət etdiyi orqandan 17 noyabr 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti 1 iyul 2017-ci il tarixədək 24 il 11 ay 21 gün. 1 iyul 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcliyinin 50 faizi: 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. xx.xx.2017-17.11,2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; 4 aya görə - təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi -1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13- Ə/Ş/H/3841/2023 saylı əmrilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə müvafiq olaraq 135-ci maddənin 1-ci bəndilə öz arzusu ilə polis mayoru İddiaçı Quba rayon X4 bölməsinin təhqiqatçısı istefada olan polis mayoru sayılmaqla xx.xx.2023-cü il tarixdən xidmətdən xaric edilmişdir. 15 noyabr 2023-cü il tarixə xidmət müddəti təqvim hesablama ilə 30 il 04 ay 21 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 05 gün təşkil edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsini istəyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.14.1 -ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; -1 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydasına 21 noyabr 2023-cü il tarixində əlavə edilmiş 5.10-cu bəndə əsasən Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Göründüyü kimi, sözügedən Qaydaya xx.xx.2023-cü il tarixində əlavə edilmiş 5.10-cu bənddə 2017-ci iyulun 1-dək olan dövr üzrə xidmət ili tam olmadıqda natamam ildəki ayların sayının nəzərə alınması göstərilməmiş, yalnız həmin tarixdən sonra ayların sayının nəzərə alınması qeyd edilmişdir İddiaçının xidmət etdiyi orqandan 17 noyabr 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti 1 iyul 2017-ci il tarixədək 24 il 11 ay 21 gün, 1 iyul 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcliyinin 50 faizi: 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. xx.xx.2017-17.11,2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; 4 aya görə - təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi -1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi hazırki mübahisə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tətbiqi ilə bağlıdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “X5 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87.1-ci maddəsinə istinad edərək 20.14.1-ci maddəyə edilmiş dəyişikliyin (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) hissəsinin ona münasibətdə tətbiq edilməli olduğunu, qeyd edilən normanın digər hissəsi olan iki faiz hissəsinə münasibətdə isə iddia etdiyi “11 ay 14 gün” müddətinin xx.xx.2017-ci ildən əvvəl qazandığından normanın 2017-ci ilədək olan redaksiyasına uyğun olaraq üç faiz hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının qeyd edilən mövqeyini əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması ilə bağlı qaydaları müəyyən edir ki, hər hansı hüquq münasibətini tənzim edən, hesablama qaydasını müəyyən edən normanın bir hissəsinin geriyə tətbiq edilərək digər hisəsinin tətbiq edilməməsi hüquqi müəyyənlik prinsiplərinə ziddir. “X5 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən: Maddə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Qeyd edilən normalardan görünür ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X5ın geriyə qüvvəsi nəzərdə tutulur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin yeni redaksiyada tətbiqi iddiaçıya münasibətdə müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavəni istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1411/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1411/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver