Məhkəmə qərarları › İş №2-1(118)-1415/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1415/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1415/2021 04.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz şəhər Bələdiyyəsinə qarşı “iddiaçının Xaçmaz şəhəri, M. S.ünvan 1 ünvanda yerləşən, 06 ha torpağın mülkiyyətə verilməsinə dair daşınmaz əmlakın AN-1 ******* nömrəli, 13.12.2012-ci il tarixli alq-satqı müqaviləsində göstərilən faktiki sahibliyində və istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının AR-11-272600 nömrəli, 11.04.2021-ci il tarixli etibarnamə üzrə nümayəndsi X8 tərəfindən, Xaçmaz şəhəri ərazisində M. S. ünvan 2 ünvanda yerləşən 0.06 ha. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reystrində qeydiyyata alınması və mülkiyyətimdə olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün, Daşınmaz Əmlakın Dövlət Reystrinin 5 saylı Xaçmaz Ərazi idarəsinə 13.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə və həmin daşınmaz əmlaka dair sənədlər təqdim edilmişdir. Onlar Xaçmaz şəhər Bələdiyyəsi adından 11.04.2012-ci tarixli etibarnaməyə əsasən, Xaçmaz rayonu, Xaçmaz şəhəri, A.Səhhət küçəsi ev 17-də yaşayan, 21.08.1950-ci il tarixində doğulmuş ,Xaçmaz RPŞ tərəfindən 02.06.2006 - da verilmiş AZE 05682206 nömrəli ş/v olan, Xaçmaz şəhər Bələdiyyəsinin üzvü X6 çıxış edib. Gələcəkdə satıcı adlanan bir tərəf və Bakı şəhəri, Məhəmməd Had k-si, məhəllə 2942, mənzil 10-da yaşayan İddiaçı adından, Xaçmaz rayon 1 saylı NK-u tərəfindən 09.10.2012-ci ildə təsdiqlənmiş 7E-19189 reyestrli etibarnaməyə əsasən, 01.07.1966-da doğulmuş, xaçmaz şəhəri,Atatürk küçəsi, 25-də yaşayan, Xaçmaz RPŞ tərəfindəni 11.10.2003-cü ildə verilmiş AZE 01572077 nömrəli ş/v olan X4 çıxış edib. Gələcəkdə Alıcı adlanan digər tərəf, həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar : 1 Satıcı Azərbaycan Respublıkası Əmlak Məsələlləri Dövlət Komitəsinin yanında Daşinmaz Əmlakın Dövlət Reystri Xidmətinin Xaçmaz Ərazi İdarəsi 01.11.2012-ci il tarixdə verilmiş 81746 sayli, arayışına əsasən Xaçmaz şəhəri, M. S. ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. 2. Satilan torpaq sahəsi Azərbaycan Respublikasi Əmlak Məcələləri Dövlət Komitəsinin yanında Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi İdarəsi tərəfindən 02.08.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən satıcıya məxsusdur. 3. Müqavilə bağlananadək torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həps altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 4. Satıcı torpaq sahəsini 1200 (bir min iki yüz) manata satdı. Alıcı isə həmin qiymətə aldı. 5. Tərəflər arasında torpqa sahəsinin qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı torpaq sahəsinin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləğini satıcının NCHR000001AZM11 saylı, hesabına 7 nömrəli qəbz ilə 10.12.2012-ci il tarixdə ödəmişdir. 6. Müqavilənin predmeti olan torpaq sahəsinə sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andans ərancam vermək hüququ isə mülkiyyət hüququnun dövlət qeydiyyatı tarixidən əmələ gəlir. Lakin, iddiaçı X2 AR-11- 272600 nömrəli, 11.04.2021-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən, Xaçmaz şəhəri ərazisində M. S. ünvan 2 ünvanda yerləşən 0.06 ha. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarinin dövlət reystrində qeydiyyata alınması və mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə 13.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Hazırda torpaq sahəsi faktiki istifadəsində olsa da sənədlərdə Bələdiyyə torpağı kimi göstərilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanuna görə göstərilən torpaq sahəsi onun mülkiyyəti hesab olunur və ona mülkiyyət sənədi verilməlidir. DƏDRXin 5 saylı Ərazi İdarəsinin 04 May 2021-ci il tarixli **********79 saylı məktubu ilə mülkiyyət sənədinin verilməsindən imtina edilmiş və bildirilir ki, Sənədlərin ekspertizasi və daşinmaz əmlakin müaynəsi zamanı aşkar olunmuşdur ki, ərizənizə əlavə edilmiş Xaçmaz rayon natariat kontoru tərəfindən təsdiq edilmiş 13/12/2012-ci il tarixli, 4Ə -1684 reystr nömrəli alqı-satqı müqaviləsi əsasinda mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı müracət etdiyniz və naturada tələb etdiyniz 0.06 ha torpaq sahəsinin ölçüləri elektron məlumat bazasında olan xəritəyə əsasənsənəd üzrə olan ölçülərdən fərqlidir. Bundan əlavə həmin torpaq sahəsi digər vətandaşiıı adina fərdi yaşayiş evinə dair verilmiş texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin zəpt hissəsi kimi öz əksini tapmışdır. Nəzərimizə çatdırılmışdır ki, Daşınmaz əmlakın dövlət reystri haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüququların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reystri saxlandan məlumata uyuğunluğu yoxlanılmaqla aparılır”. Halbuki, həmin orqan mülkiyyətə aid sənədlərin hazırlanıb verilməsini təmin edən orqandır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsini, üçüncü şəxs qismində Xaçmaz şəhər Bələdiyyəsinin cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Xaçmaz rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 13.12.2012- ci il tarixli, 4Ə-1684 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş və naturada tələb etdiyiniz 0.06 ha torpaq sahəsinin ölçüləri elektron məlumat bazasında olan xəritəyə əsasən sənəd üzrə olan ölçülərdən fərqlidir. Bundan əlavə, həmin torpaq sahəsi digər vətəndaşın adına fərdi yaşayış evinə dair verilmiş texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin zəbt hissəsi kimi öz əksini tapmışdır. Bildiririlir ki, faktiki istifadə edilən torpaq sahəsi Ərazi İdarəsinin xəritəsi üzərində digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 04.05.2021-ci il tarixli **********79 nömrəli məktubla imtina olunmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs və cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə üçüncü şəxsin və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, **********15 saylı, 15.07.2021-ci tarixli etirazı, cavabdehin **********67 saylı, 02.09.2021-ci tarixli məktubu, daşınmaz əmlakın AN-1 ******* nömrəli, 13.12.2012-ci il tarixli alq-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxs tərəfindən hasarladığından və mübahisə edilən torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğundan, ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş materiallarına əlavə olunmuş X3 verilmiş 08.06.2011-ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarış və ona əlavə edilmiş texniki paspordan görünür ki, iddiaçının istifadəsində olan 0.06 ha torpaq sahəsinin ölçüləri üçüncü şəxsin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt hissəsi kimi öz əksini tapmışdır. Həmçinin bu fakt cavabdehin məhkəməyə təqdim etdiyi etirazında da göstərilmişdir (elektron məlumat bazasında olan xəritəyə əsasən) İndiki halda İddiaçı istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə X1 xüsusi mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Belə ki, məhkəmə prosesində müvafiq məsələnin aydınlaşdırılması məqsədilə ekspertizanın keçirilməsi iddiaçıya təkilif olunmuş, lakin iddiaçı ekspertizanın keçirilməsini rədd edərək işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini bildirmişdir. Hal-hazırda məhkəmə tərəfindən tədqiq edilən sübutlardan müəyyən olundu ki, İddiaçı mübahisə predmeti olan 0.06 ha torpaq sahəsini öz adına rəsmiləşdirməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə mümkün deyildir. Nəzərə alınmalıdır ki, İddiaçı sahibliyində olan torpaq sahəsinin bir hissəsinin Oqtay Heydərovun xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik faktiki sahibliyində olan və texniki pasportda zəbt sahəsinin kimi göstərilmiş torpaq sahəsinin üzərində Oqtay Heydərov tərəfindən inşa edilmiş hasarın və ya hər hansı digər tikilinin mövcud olması onun sahiblik hüququna müdaxilə kimi qəbul edilə bilər. Hesab olunur ki, İddiaçı bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin bir hissəsi həqiqətən də Oqtay Heydərov tərəfindən zəbt edilibsə həmin torpaq sahəsindən Oqtay Heydərovun çıxarılması və qeyd olunan torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması məsələsinə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, Oqtay Heydərovun faktiki sahibliyində olan torpaq sahəsi onun mərhum atasının da faktiki sahibliyində olub, yəni qeyd olunan torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmamışdan öncə həmin topraq sahəsi texniki pasportunda öz əksini tapıb. Ona görə də məhkəmə inizbati orqan tərəfindən hazırkı, iddia tələbinə qarşı verilmiş və etirazda göstərilmiş arqumentin araşdırılması məqsədi ilə müvafiq ekspert rəyinin alınmasını zəruri olmasını hesab etmiş, lakin iddiaçı ekspertizanın keçirilməsindən israrla imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə tərəfindən boşaldılması təmin edilmədiyi tədqirdə hazırkı, iddianın təmin edilməsi yolverilməzdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının Xaçmaz şəhəri, M. S.ünvan 1 ünvanda yerləşən, 06 ha torpağın mülkiyyətə verilməsinə dair daşınmaz əmlakın AN-1 ******* nömrəli, 13.12.2012-ci il tarixli alq-satqı müqaviləsində göstərilən faktiki sahibliyində və istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının Xaçmaz şəhəri, M. S.ünvan 1 ünvanda yerləşən, 06 ha torpağın mülkiyyətə verilməsinə dair daşınmaz əmlakın AN-1 ******* nömrəli, 13.12.2012-ci il tarixli alq-satqı müqaviləsində göstərilən faktiki sahibliyində və istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar