Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1418/2022 02.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X7 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayonu, Quşçu kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı Şamaxı rayonu Quşçu kənd soveti tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli 03 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı imtinanın əsassız hesab edilməsi, onun dətəndaşlıq vəziyyəti aktlarının qeydində “ölmüş” qeydinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sona iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək barəsində cavabdehin üzərinə Şamaxı rayonu Quşçu kənd soveti tərfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli 03 saylı ölüm haqqında akt qeydinin ləğv olunması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 mart 1970-ci il tarixdə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdurm, hazıra kimi çobançılıqla məşğul olduğundan şəxsiyyət vəsiqəsi almadan yaşamışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq istəyir. Lakin şəxsiyyət vəsiqəsilə bağlı qeydiyyat şöbəsinə müraciət olunan zaman məlum olmuşdur ki, onun barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında 23 fevral 1972-ci il tarixdə 03 nömrə ilə ölüm akt qeydi tərtib edilmişdir. Bu səhvi düzəltmək üçün Şamaxı Regional Cavabdeh Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Halbuki, onun doğum haqqında şəhadətnaməsi, nihal şəhadətnaməsi və övladları var. Onların da doğum şəhadətnamələrində ata qrafasında onun adı və soyadı yazılmışdır. Bu qeydiyyat heç bir əsas olmadan səhvən aparılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdmişvə iddia tələbinin dəlillərinə uyğun zahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : - Şamaxı rayonu İHB Quşçu kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli 194 nömrəli fotoşəkilli arayışdan görünür ki, xx.xx.1970-ci ildə Şamaxı rayonu,Quşçu kəndində anadan olmuş İddiaçı fotoşəkildəki şəxslə eyni şəxsdir. -AЗ№1890014 seriyalı doğum haqqında şəjhadətnamədən görünür ki, İddiaçı 05 mart 1970-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X2 qeyd edilmişdir. -Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-452/69 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1971-ci ildə ölmüşdür.Ölüm haqqında 23 fevral 1972ci il tarixli 03 nömrəli akt qeydi tərtib olunmuşdur. -Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-456/69 satlı arayışdan görünür ki, İddiaçı 05 mart 1970-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur.Bu barədə 17 mart 1970-ci ildə Şamaxı rayonu Quşçu kənd icra nümayəndəliyində 24 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X1r. - V-ЖГ № 426842 seriyalı nikahın bağlanması haqqında Cəbiyev X5 Mahirə Oruc qızı ilə xx.xx.1991-ci ildə rəsmi nikaha daixl olmuşdur. - XVİİ-ЖГ №250868 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X10 qeyd olunmuşdur. - AZ-İİ № 835874 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1995-ci ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X10 qeyd olunmuşdur. - Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-57/13 saylı məhkəmənin sorğusuna cavab məktubuna əlavə edilmiş xx.xx.1972-ci il tarixli 03 saylı ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə ölmüşdür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı hazıradək sağ-salamat olduğu halda onun ölümü barədə 1972-ci ilin fevral ayında akt qeydi tərtib edilmişdir. Halbuki, həmin şəxs xx.xx.1991-ciu il tarixdə nikaha daxil olmuş, 1992-ci il və 1995-ci il təvəllüdlü iki uşağı vardır. Məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin əsassız olduğu aşkar surətdə aydın olduğundan iddia tələbi təmin edilərək xx.xx.1970-ci il təvəllüdlü İddiaçı barəsində Şamaxı rayonu Quşçu kənd sovetliyi tərəfindən tərtib olunmuş 03 saylı xx.xx.1972-ci il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində Şamaxı rayon Quşçu kənd sovetliyi tərəfindən tərtib olunmuş 3 saylı, 23 fevral 1972-ci tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh X16 Xidmət Mərkəzi qeydiyyat şöbəsinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1418/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1418/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver