Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1419/2022 10.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “ölüm haqqında” akt qeydindəki X3 qeydini, Nüsrət ata adı, “Nüsü” ata adına, Fazil oğlunu, “Fəzi oğlu” kimi, yəni X2 düzəlişinin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum atası X5 məxsus miras əmlaklara dair Notariat əməliyyatları aparılarkən məlum olmuşdur ki, atasının adı və ata adı “Ölüm haqında şəhadətnamə”də, habelə paylı mülkiyyət hüququ ilə ona aid “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-074A nömrəli Şəhadətnamədə və JN-0021 nömrəli Dövlət aktında isə adı yanlış qeyd edilmişdir. Bu səbəblərdən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-074A nömrəli Şəhadətnamədə və JN-0021 nömrəli Dövlət aktında mərhum atasına, yəni X5 münasibətdə olan səhvlərə görə hal-hazırda iddiaçı, ümumi birgə mülkiyyətdə ona çatacaq, həm öz torpaq payından, həm də miras əmlakdan çatacaq paydan məhrum olmuş və bu pay üzərində hər hansı mülkiyyət hüquqularını həyata keçirə bilmir. Bu səbəbdən Siyəzən rayon Qeyydiyat şöbəsinə müraciət edərək, atası X4, 14.09.2011-ci ildə vəfat etməsi, onun haqqında 20.09.2011-ci il tarixdə “Ölüm haqqında şəhadətnamə” alınması, lakin şəhadətnamədə mərhumun adı və ata adı düzgün qeyd edilmədiyindən hazırda vərəsəlik hüquqlarını həyata keçirə bilmədiyi bildiririlmişdir. Lakin cavabdeh mövcud problemin məhkəmə qaydasında həll olunacağını deyərək, tələbini təmin etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın və iddia tələbinə etirazlarının olmadığını bildirmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş 07.02.2022-ci il tarixdə 49 nömrəli imtina məktubu, Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətləri, Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Siyəzən rayon Polis şöbəsi tərəfindən verilmiş 13.05.2022-ci il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası X4 barəsində 20.09.2011-ci il tarixdə Siyəzən rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib edilmiş 463040 nömrəli “Ölüm haqqında şəhadətnamə”də mərhumun adı Nüsrət, atasının adı isə yanlışlıqla Fazil kimi qeyd edilmişdir. Halbuki, iddiaçının atasının adı Nüsü, atasının adı ilə Fəzidir. Belə ki, “Ölüm haqında şəhadətnamə”də ata və baba adı yanlış qeyd edilmişdir. Bu səbəblərdən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-074A nömrəli Şəhadətnamədə və JN-0021 nömrəli Dövlət aktında mərhum atasına, yəni X5 münasibətdə olan səhvlərə görə hal-hazırda iddiaçı, ümumi birgə mülkiyyətdə ona çatacaq, həm öz torpaq payından, həm də miras əmlakdan çatacaq paydan məhrum olmuş və bu pay üzərində hər hansı mülkiyyət hüquqularını həyata keçirə bilmir. Belə ki, iddiaçı atasından qalmış mövcud mirası qəbul etmək üçün mülikyyət hüquqlarını əldə etmək istəyir, lakin ona veriləcək rəsmi sənədlərdə mərhumun adı Nüsrət, atasının adı isə yanlışlıqla Fazil kimi qeyd olunduğundan hüquqlarını həyata keçirə bilmir. Nəzərə alınmalıdır ki, iddiaçının qardaş və bacılarının doğum haqqında şəhadətnaməsində o, cümlədən valideyinlərinin nikah haqqında şəhadətnaməsində mərhum atasının adı Nüsü baba adı isə Fəzi kimi qeyd olunmuşdur. Bunu görə də iddiaçı Cavabdehnə müraciət edərək, “ölüm haqqında” akt qeydindəki X3 qeydini, Nüsrət ata adı, “Nüsü” ata adına, Fazil oğlunu, “Fəzi oğlu” kimi, yəni X2 düzəlişinin edilməsini istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının adının, ata adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, Siyəzən rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib edilmiş 463040 nömrəli “Ölüm haqqında şəhadətnamə”də X1 adı Nüsü, atasının adı isə Fəziyə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Siyəzən rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib edilmiş 463040 nömrəli “Ölüm haqqında şəhadətnamə”də X1 adı Nüsüyə, atasının adı isə Fəziyə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1419/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1419/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver