Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-142/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi əvvəl iddiaçının valideymləri, daha sonra isə iddiaçının istifadəsində olmuşdur. Valideynləri həmin torpaq sahəsini 1989-cu ildə Didenko soyadlı şəxsdən almışdır. Bundan əlavə həmin torpaq sahəsində yerləşən sovxoza məxsus şüşə ambarı əmlak payı kimi mərhum anası X3 və ona əmlakdan pay haqqı kimi verilməsi barədə 24.03.2000-ci il tarixli 93 saylı aktla verilmişdir. 2007-ci ildə həmin torpaq sahəsinin ona satılması üçün bələdiyyəyə müraciət edərək 700 manat pul da ödəmişdir. həmin pulun 352 manata aid qəbzi iddiaçıdadır. Bələdiyyə sədri sənədləşdirməni həyata keçirəcəyinə söz vermişdir. Bu səbəbdən iddiaçı həmin əraziyə daş tökərək ev tikməyə başlamışdır. Uzun müddət ərzində torpaq vergisini ödəyərək torpağa sahiblik etmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995ci il tarixli 4 nömrəli qərarı ilə mübahiəsli torpaq sahəsi X2 ayrılmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, mübahisələndirilən torpaq sahəsi ona satılarkən boş sahə olmuş və heç kimin istifadəsində və yaxud hasarın daxilində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, 2017-ci ildə alqı-satqı qaydasında bələdiyyə tərəfindən ona satılmışdır. Bundan sonra iddiaçı həmin ərazini hasarlamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı iddia tələbinin əsası kimi əmlakdan pay haqqının verilməsinə dair 93 saylı 24.03.2000-ciil tarixli aktını təqdim etmişdir. Həmin aktda Allahverdiyeva Qəmər və İddiaçı əmlak payı kimi “sklad” yazılan yardımçı tikilinin ayrıldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli qərarı ilə X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır və sonuncu torpaq sahəsi üzərində 21.07.2011-ci il tarixdə mülkiyyət hüququnu əldə etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından aydın oldu ki, Şabran rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(031)-92/2019 saylı qətnaməsi ilə İddiaçıı cavabdeh X4 qarşı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi, torpağa mülkiyyət hüququnu müəyyən edən çıxarışın və plan və ölçü sənədinin verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 10.01.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyidirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbinin əsası kimi 24.03.2000-ci il tarixdə ona və anasına əmlak payı kimi yardımçı anbarın verilməsi və həmin tikilinin mübahisəli torpaq sahəsində yerləşdiyinə istinad edir. Bundan başqa iddiaçı hər hansı sübut və əsas təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, əvvəla mübahiəsli torpaq sahəsi üçüncü şəxsə hələ 1995-ci ildə, yəni torpaq islahatları keçirilməzdən əvvəl ayrılmışdır. İddiaçıya sonradan əmlak payının ayrılması və həmin tikilinin mübahisəli torpaq sahəsində yerləşməsi iş materialları ilə təsdiq edilmir və təsdiq olunsa belə bu hal iddiaçıya hazırki iddianı qaldırmaq üçün hüquq vermir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Şabran rayon XDS Rəyasət Heyətinin 28 fevral 1995-ci il tarixli 4 nömrəli qərarının X2 Ağalıq kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-142/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-142/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver