Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-142/2023 25.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı Xaçmaz rayonu Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyiəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 5203 saylı xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və icarə hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyiəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 5203 saylı xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və icarə hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Çarxı dəmir yolu stansiyasından ayrılan 1.0 km uzunluöunda olan dəmir yolu xətti cavabdehin balansında olmamışdır. Həmin xətt sonradan, ayrı-ayrı vətəndaşların vəsaitin hesabına çəkilmiş olmaqla müəyyən müddət istifadə edilmiş, sonradan yararsız hala düçmüşdür. 2005-ci ildə iddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək həmin dəmir yolui xəttindən istifadə etmək arzusunda olduğunu bildirmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçsının xx.xx.2005-ci il tarixli 365/1 saylı sərəncamına əsasən həmin dəmir yolu xəttinin altındakı 2.0 ha torpaq sahəsi iddiaçının uzunmüddətli (99 il) icarəsinə verilmişdir. Bundan sonra tərəflər arasında 29 dekabr 2005-ci il tarixdə torpaq icarəsi müqaviləsi bağlanmışdır. İddiaçı həmin dalan dəmir yolu xətti üzərində əsaslı təmir və abadlaşdırma işlərini aparmışdır. Təxminən 10 ildən sonra cavabdeh tərəfindən iddiaçının dəmir yolu xəttindən istifadə etməsinə maneçilik törədilməsinə başlanılmışdır. Çoxsaylı yazışmalardan sonra məum olmuşdur ki, hazırda mübahisələndirilən əmrlə cavabdeh dalan xəttini QAC-nin İnfrastruktur Departamenitnin balansına vermişdir.Bu fakt özü həmin xəttin heç kimin balansında olmasını təsdiq edir. Bununla bağlı iddiaçı ilkin olaraq Xaçmaz rayon Məhkəməsində iddia qaldırmışdır, daha sonra iddia aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsində uzunmüddətli araşdırma aparılsa da, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu izah edilmişdir. Daha sonra iddiaçı Bakl İnzibati Məhkəməsinə iddia ilə müraciət etmişvə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək dəmir yolu xətləri üzərində "xxxx" QSC-nin müstəsna mülkiyyət hüququnun olduğunu izah etdi. Yerli icra hakimiyyəti orqanı dəmir yolu xəttinin yerləşdiyi torpaq sahəsini vətəndaşa icarəyə vermək səlahiyyətində olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Belə ki, iddiaçı ən geci xx.xx.2020-ci il tarixli məktubdan mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. Lakin iddianı iddia müddətini ötürməklə qaldırmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibayti Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edərək iddiaçının nümayəndəsinə iddia müddətini bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. lakin iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixli məkyubu adlıqdan dərhal sonra Xaçmaz rayon Məhkəməsində iddia qaldırıldığını, daha sonra Nəsimi rayon Məhkəməsində araşdırma aparıldığını bildirmiş və iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarınə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Məhkəmə qeyd edir ki, həm iddia ərizəsindən, həm də iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, iddiaçı mübahisələndirilən əmr xx.xx.2020-ci il tarixli məktubdan xəbərdar olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı həmin əmrdən xx.xx.2020ci il tarixli məktubdan xəbərdar olduğunu təsdiq edir. Hazırki iddia Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Bbeləliklə, iddiaçı mübahisələndirilən əmrdən xəbər tutduğu vaxtdan 1 il keçdikdən sonra inzibati məhkəmə icraatında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının bundan əvvəl ümumi məhkəməyə müraciət etməsi və həmin məhkəmədə araşdırmanın aparılması iddia müddətinin ötürülməmiş hesab edlməsi üçün əsas deyildir. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı Xaçmaz rayonu Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyiəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 5203 saylı xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və icarə hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-142/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-142/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver