Məhkəmə qərarları › İş №2-1(118)-142/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-142/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-142/2025 29.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X5 adına Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 350000 kv.metr torpaq sahəsinə daimi istifadə hüququna dair verilmiş 04 aprel 2008-ci il tarixli A№038587 nömrəli X8 və Ölçüsünün və Daşınmaz Əmlakın Dövlət Reşestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin adına 34 ha torpaq sahəsinə istifadə hüququna dair aparılmış 12 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli qeydiyyatın Qusar rayonu Bədirqala Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 6/2-7 nömrəli qərarına əsasən iddiaçıya satılmış və JN:0415 KOD 30106028 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 0,32 ha torpaq sahəsinə dair hissələrdə ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Bədirqala Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 6/2-7 nömrəli qərarına əsasən iddiaçıya Qusar rayonunun Bədirqala kəndi ərazisindən kənd təsərrüfatı məqsədləri üçün 0,32 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi torpaqların alqı-satqısına dair Akta əsasən yerində təhkim edilmişdir. Həmin 0,32 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən iddiaçının adına 24 aprel 2006-cı il tarixdə JN:0415 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Ötən 18 il ərzində həmin torpaq sahəsindən heç kimin etirazı olmadan istifadə etmiş, həmin torpaq sahəsində yardımçı tikililər inşa etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X5 adına Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 350000 kv.metr torpaq sahəsinə (35 ha) daimi istifadə hüququna dair A №038587 nömrəli X8 və Ölçüsü işlənmişdir. Həmin A №038587 nömrəli X8 və Ölçüsü DT və XK-nin Qusar rayon şöbəsində X9 kitabında 04 aprel 2008-ci il tarixdə 208 nömrəsi ilə dövlət qeydiyyatına (uçota) alınmışdır. Qusar rayonu, Bədirqala Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 6/2-7 nömrəli qərarına əsasən iddiaçıya satılmış və JN:0415 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də heç bir əsas olmadan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X5 adma 350000 kv.metr torpaq sahəsinə işlənmiş A №038587 nömrəli X8 və Ölçüsünə daxil edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X5 adına verilmiş həmin A№038587 nömrəli X8 və Ölçüsünə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin adına 34 ha torpaq sahəsinə istifadə hüququna dair 12 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş, Qusar rayonu Bədirqala Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 6/2-7 nömrəli qərarına əsasən iddiaçıya satılmış və JN:0415 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 0,32 ha torpaq sahəsi də heç bir əsas olmadan həmin Çıxarışa daxil edilmişdir. İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X5 adına Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 350000 kv.metr torpaq sahəsinə daimi istifadə hüququna dair verilmiş A№038587 nömrəli X8 və Ölçüsünün və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin adına 34 ha torpaq sahəsinə istifadə hüququna dair aparılmış 12 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi mənim ərizəmi təmin etməkdəm imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçıya hüquqi yardım edilməsi mümkün olmamışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Bədirqala kəndində yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin adına hazırlanmış torpaq sahəsinə dair **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Qusar rayon Qusar (keçmiş Bədirqala) Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi məhkəmə sorğusuna cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin istifadəsində Qusar rayonu, Bədirqala kəndində 34.0 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlardır və regionların iqtisadi inkişafı proqramına uyğun olaraq ölkədə ərzaq proqramının, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə ayrılmışdır. Sözügedən çıxarış təqdim olunur. X10 X6 X1 rayonu, Bədirqala kəndində yerləşən 34.0 ha torpaq sahəsinin 0,35 ha hissəsi İddiaçı, X7 və X4 tərəfindən zəbt edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X11 iştirak etmiş, izahatında bildirmişdir ki, sərəncam əsasında çıxarış verilmişdir. İddia tələbi əsassızdır. Qusar Rayon İcra Hakimiyyəti və Qusar rayon Qusar (keçmiş Bədirqala) Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X5 adına Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 350000 kv.metr torpaq sahəsinə daimi istifadə hüququna dair verilmiş 04 aprel 2008-ci il tarixli A№038587 nömrəli X8 və Ölçüsünün və Daşınmaz Əmlakın Dövlət Reşestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin adına 34 ha torpaq sahəsinə istifadə hüququna dair aparılmış 12 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli qeydiyyatın Qusar rayonu Bədirqala Bələdiyyəsinin 14 iyun 2005-ci il tarixli, 6/2-7 nömrəli qərarına əsasən iddiaçıya satılmış və JN:0415 KOD 30106028 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 0,32 ha torpaq sahəsinə dair hissələrdə ləğv edilməsini istəyir. Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X9 kitabında xx.xx.2008-ci il tarixdə 208 nömrə ilə uçota alınmış plan-ölçü sənədindən görünür ki, sözügedən plan-ölçü sənədinin tərtib edilməsinə əsas Qusar İHB xx.xx.2007-ci il tarixli 32 saylı və AR NK-nın xx.xx.2007-ci il tarixli 367 saylı sərəncamı olmuşdur. 12 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli çıxarışın verilməsinə əsas Qusar İHB xx.xx.2007-ci il tarixli 32 saylı və AR NK-nın xx.xx.2007-ci il tarixli 367 saylı sərəncamı olmuşdur. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən və yerquruluşu planından çıxarışdan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə - Dövlət sort sınaq məntəqəsinə torpaq islahatı xəritəsinə əsasən ayrılmış torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə qeyd edir ki, Sərəncam hazırda qüvvədə olduğundan dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün deyildir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4№li qərarında qeyd edilmişdir:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İstinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Hazırki tələbində isə iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı və ya müqaviləni deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar