Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1421/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun barəsində Şamaxı rayonu, Göylər kənd icra nümayəndəliyində 22.07.1949-cu il tarixdə 57 nömrə ilə qeydə alınmış doğum akt qeydlərində anasının soyadının “Qurbanova”dan “Rəhimova” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 iyul 1949-cu il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuş, hazırda Rusiya vətəndaşıdır. Bir neçə ay əvvəl Rusiyadan azərbaycana qayıtmış, müvəqqəti qeydiyyata alınmaq niyyətindədir. Göylər kəndində bacıları yaşayır, onların evinə qeydiyyata alınmaq istəyir. Belə olan halda Miqrasiya idarəsi onu müvəqqəti qeydiyyata ala bilər. Sənədlərini Miqrasiya idarəsinə təqdim edəndə məlum olmuş ki, onun doğum haqqında şəhadətnamədə ata qrafası ümumiyyətlə boşdur. Ana qrafasında isə anasının soyadı Qurbanova kimi yazılmışdır. Bacılarının doğum haqqında şəhadətnamələrində isə ana qrafalarında soyadları Rəhimova kimi yazılmışdır. Bu səbəbdən də onlar bacı-qardaş kimi nəzərə almırlar. Atasının soyadı Rəhimovdur. Bütün təsərrüfatbaşına kitablarda, valideynlərinin nikahları barədə şəhadətnamədə də anasının soyadı Rəhimova kimi qeyd olunmuşdur. Odur ki, onun doğum şəhadətnaməsində anasının soyadı niyə Qurbanova kimi qeyd olunmuşdur, bilmir. Əslində onun qızlıq soyadı da Xudaverdiyeva olmuşdur. Yəni Qurbanova soyadı hansısa səhv ucbatından yazılmışdır. Bu düzgün deyildir. İddiaçı bu səhvin düzəldilməsi üşün Cavabdehnə müraciət etmiş, Qeydiyyat şöbəsi 12.02.2022-ci il tarixdə 05/Q-07/66 saylı məktubla doğum akt qeydində düzəliş etməkdən imtina etmişdir. Hesab edir ki, məhkəmə onun doğum akt qeydində aparılmış qeydiyyatın düzgün olmamasını müəyyən etməli və düzgün aparılmamış qeydiyyat ləğv edilərək dəyişdirilməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun barəsində Şamaxı rayonu, Göylər kənd icra nümayəndəliyində 22.07.1949-cu il tarixdə 57 nömrə ilə qeydə alınmış doğum akt qeydlərində anasının soyadının “Qurbanova”dan “Rəhimova” soyadına dəyişdirilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş 12.02.2022-ci il tarixdə 05/Q-07/66 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş arayışlar, Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Göylər kənd İnzibati Ərazi Dairəsinin verdiyi 29.09.2021-ci il tarixli 335 nömrəli arayış, Şamaxı rayon Polis şöbəsi tərəfindən verilmiş 11.05.2022-ci il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində 07.07.1949-cu il tarixdə Göylər kənd icra nümayəndəliyində tərtib edilmiş 57 saylı doğum haqqında akt qeydində anasının soyadı “Qurbanova” kimi qeyd edilmişdir. Halbuki, iddiaçının anasının soyadı Rəhimovadır. Belə ki, bacılarının doğum haqqında şəhadətnamələrinin ana qrafalarında soyadları Rəhimova kimi yazılmış, atasının soyadı Rəhimovdur. Bütün təsərrüfatbaşına kitablarda, valideynlərinin nikahları barədə şəhadətnamədə də anasının soyadı Rəhimova kimi qeyd olunmuşdur. X1 doğum aktı qeydində olan əlyazmadan müəyyən olunur ki, Gülbala və onun valideyinləri haqqında məlumatlar anasının şifahi göstərişinə əsasən qeyd olunmuşdur. İddiaçı özünə doğum haqqında şəhadətnamə əldə etmək istəyir, lakin ona veriləcək doğum haqqında şəhadətnamədə anasının soyadının Qurbanova kimi qeyd olunmasından ehtiyat edir. Bunula bağlı iddiaçı Cavabdehnə müraciət edərək, anasının soyadının Qurbanovadan Rəhimovaya dəyişdirilməsini istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının mərhum anasının soyadının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, Şamaxı rayonu, Göylər kənd icra nümayəndəliyində 22.07.1949-cu il tarixdə 57 nömrə ilə qeydə alınmış doğum akt qeydlərində iddiaçının anasının soyadının “Qurbanova”dan “Rəhimova” soyadına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamaxı rayonu, Göylər kənd icra nümayəndəliyində 22.07.1949-cu il tarixdə 57 nömrə ilə qeydə alınmış doğum akt qeydlərində İddiaçı anasının soyadının “Qurbanova”dan “Rəhimova” soyadına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1421/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1421/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver