Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1423/2022 02.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, XN Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1i ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Müharibə veteranı” vəsiqəsinin alması tələbinə dair barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiriləsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür. 09 iyul NNci ildə həqiqi hərbi xidmətə çağrılmış və N saylı hərbi hissədə sürücü kimi xidmət etmişdir. N saylı hərbi hissədə sürücü işləyərkən, dəfələrlə cəbhə bölgələrinə uzaqmənzilli raketlər və digər döyüş silahlan aparmışdır. 4 il həqiqi hərbi xidmət keçmişdir. Bundan başqa “981” və “431” saylı hərbi hissələrdə olsa da, “431” saylı hərbi hissədə xidməti barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sənəd daxil etməmişlər. Bundan başqa Nazirlər Kabinetinin N1-ci il avqust -N4-cü il may ayının 10-dək cəbhə bölgələrində xidmətdə olan, hətta hərbi hissələrdən ezam olunanlara belə, veteranlıq sənədinin verilməsi barədə qərar olsa da, o Müharibə veteranları komissiyasına müraciət etməsinə baxmayaraq, ona veteranlıq statusu verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.NN-ci il tarixdə həqiqi hərbi xidmətə çağrıldığı, N saylı hərbi hissədə sürücü kimi xidmət etdiyini göstərərək ona müharibə veteranı vəsiqəsinin ala bilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Lakin iddiaçının döyüş bğlgəsinə ezam olunmasını təsdiq edən əmrlər aşkar edilmədiyindən onun müraciətinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan : - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.N019-cu il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N4-31 1N.N8, səh.3N, sıra- 346) İddiaçı Cabir oğlunun xx.xx.NN-ci il tarixdə Xaçmaz RHK-dan çağırılması, N nömrəli hərbi hissədən gəlməsi, komandirin xx.xx.N5-ci il tarixli 67 №-li əmrilə doldurucu vəzifəsinə təyin olunması və hərbi hissəni tərk etdiyi üçün komandirin xx.xx.N6-cı il tarixli 36 №-ii əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N7xx.xx.N5-ci il tarixli 67 №-li əmrində (əsas: səh.66, §6, sıra-1, qeyd: əmrdə atasının adı tam yazılmamışdır, əmri rus əlifbası ilə yazılmışdır) sıravi İddiaçı doldurucu vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Cabir oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixii müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 36 №-li əmrilə (əsas səh.4, §1, sıra- 66) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq Xaçmaz rayon hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyul NN-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Cabir oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Ərizədə İddiaçı Cabir oğlunun xidmət etdiyi dövr dəqiq (ay və il) ayrı-ayrılıqda qeyd olunmadığından barəsində əlavə araşdırmanın aparılması mümkün deyildir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N-845 saylı arayışından görünür ki, Xaçmaz RHK-dən çağırılmış 1974-cü il təvəllüdlü X1 N50 №- lı hərbi hissə komandirinin N iyul NN-ci ıl tarixli 6 №-lı əmrilə (əsas: § 1, sıra 7, səh 1 b, əmrdə atasının adı Cabir yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün nov təminatlarla təmin edilərək "sıravi’ hərbi rütbəsi verilməklə sürücü vəzifəsinə təyin olunmuşdur. N50 №-li hərbi hissə komandirinin 0N sentyabr NN-ci il tarixli 44 №-li əmrində M.Əmırquliyevın (əsas: § 1, sıra 34, səh 3, əmrdə adı tam və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) Giləziyə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N50 N-li hərbi hissə komandirinin 1N oktyabr NN-ci il tarixli 76 N-li əmrində İddiaçı (əsas: § N, sıra 1N. səh.N, əmrdə ad, tam və atasının adı yazılmamışdır hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) kartof yığımı üçün Gədəbəy rayonuna ezamıyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N50 N-li hərbi hissə komandirinin N7 oktyabr NN-ci il tarixli 90 N-li əmrində İddiaçı (əsas § 1, sıra N3, səh N8, əmrdə adı tam və atasının adı yazılmamışdır hərbi rütbəsi və vəzifəsi göstərilməyib) Gədəbəy rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək xx.xx.NN-ct il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N50 №-li hərbi hissə komandirinin N mart N3-cü ıl tarixli 54 №-lı əmrində İddiaçı (əsas § 3, sıra 10, səh.3N, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməmişdir) xx.xx.N3-cü il tarixdən bütun növ təminatlardan çıxarılaraq xidmətini davam etdirilməsi üçün N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, N №-li hərbi hissədən göndərilmiş, N50 N-li hərbi hissənin hərbi qulluqçu - İddiaçı N №-li hərbi hissə komandirinin N mart N3-cu il tarixli 55 N-li əmrində (əsas: § 1, sıra 6. səh. 45 əmrdə adı və atasının adı tam yazılmamışdır, atasının adı baş hərfi ”D' yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr rus əlifbası ilə vazılmışdır) qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 1N may N3-cü il tarixli 104 N-li əmrində sıravi İddiaçı (əsas: § N sıra 3. səh 37, əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissəyə ezamiyyətə göndərilərək qazan təminatından N №-li hərbi hissə komandirinin N8 iyun N3-cu il tarixli 139 N-li əmrində sürücü sıravi İddiaçı (əsas: § 3, bənd N, sıra 1N əmrdə adı tam və atasının adı yazılmamışdır) şəxsi heyətin siyahısında adı qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən N1-ci il oktyabrın 9-dan N4-cu il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mühairbə veteranı statusunun alınması üçün iddia tələbinin əsası kimi döyüş bölgəsində ezamiyyətdə olmasını bildirir. Lakin onun məhz döyüş bölgəsində olması və döyüş tapşırığını icra etməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1423/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1423/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver