Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1427/2023 23.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası X3 Universiteti tərəfindən 08 iyun 2021-ci il tarixli qeydiyyat sayı 10344 olan 103004 ******* “Hüquqşünaslıq” ixtisası üzrə verilmiş bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası X3 Universiteti tərəfindən 08 iyun 2021-ci il tarixli qeydiyyat sayı 10344 olan 103004 ******* “Hüquqşünaslıq” ixtisası üzrə verilmiş bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin sentyabr ayında Rusiya Federasiyası X3 Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. 2017-ci ilin iyun ayında l kursi bitirərək, sentyabr ayında həmin universitetin qiyabi şöbəsinə köçürülmüşdür.Rusiya Federasiyası təhsil qanunvericliyində yol verilən hal kimi dekabr ayında bir sessiya (yarım il) ərzində bir tədris ilinin imtahanlarını vaxtından əvvəl verərək ikinci kursi bitirmişdir. Öz ərizəsinə əsasən akademik məsuniyyəti götürüb 2018-ci ilin yanvar aylndan 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikası Silahlı Qvvələrind hərbi xidmətdə olmuşdur. 2019-cu ildə yenidən təhsiklini davam etdirmək üçün təhsil aldığı universitetə müraciət etdikdə Rusiyada hüqiq fakültələrinin qiyabi təhsilinin dayandırıldığı məlum olmuşdur. O, 2020-ci ilin mart ayında birinci yarımilliyin bütün akademik borclarını vermək şərti ilə üçüncü kursa bərpa olunmuş və həmin ilin mart ayından oyul ayınadək l və ll sessiya imtahanlarını verərək 3-cü kursi bitirmişdir. 2020-ci ildə təhsilini davam etdirməkdən ötrü Rusiyaya getməli olduğu halda bütün dünyada olduğu kimi Azərbaycan və Rusiya Federasiyasındakı mövcud sərtləşdirilmiçş karantin qadağalarına görə Rusiyaya gedə bilməmiş və dördüncü kurs təhsilini distant qaydada davam etdirmək məcbiruyyətində qalmışdır. Beləliklə, l semestrin sessiya imthanlarını distant qaydada vermiş və 2021-ci ilin ikinci semestrində artıq universitetin özündə təhsilini davam etmiş, 2021-ci ilin mart ayından iyul ayına kimi təhsil almış, diplomqabağı praktikanı da Həştərxan şəhərində keçmiş və diplom işini müvəfəqqiyətlə müdafiə edərək təhsilini başa vurmuşdur. Ona müvafiq olaraq bakalavr diplomu verilmişdir. O, diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün cavabdeh orqana mürqaciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müraciətinin araşdırılması üçün qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi cavabdehə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığını və ona ixtisasın tannması ilə bağlı müvafiq şəhadətnamənin verilməsini bildirmişdir. Ərizəyə əlavə edilmiş şəhadətnamədən görünür ki, İddiaçı X3 Universiteti tərəfindən verilmiş 103004 ******* saylı bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası X3 Universiteti tərəfindən 08 iyun 2021-ci il tarixli qeydiyyat sayı 10344 olan 103004 ******* “Hüquqşünaslıq” ixtisası üzrə verilmiş bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1427/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1427/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver