Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1429/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 23.07.2021-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq inzibati iş üzrə icraata xitam verilməsini etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 16.06.2021-ci il tarixli müvafiq əmri ilə iddiaçı E.H.X1 Xidmətinin şəxsi heyətinin sıralarından çıxarılaraq Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısına daxil edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyində müvafiq vəzifəyə təyin edilmişdir. Daha sonra iddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia tələbinin cavabdeh təşkilat tərəfindən təmin edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1429/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1429/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver