Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-143/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Xaçmaz rayon Çaykənarı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı 1969-1973-cü illərdə Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 1995-1998-ci illərdə Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin DSMF-nin 2 saylı Regional Ərazi filialına həvalə edilməsinə tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xaçmaz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 1969-1973-cü illərdə Xaçmaz rayin “İliç yolu” sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin protokol qərarı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1969-1973-cü illərdə Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 1995-1998-ci illərdə Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin DSMFnin 2 saylı Regional Ərazi filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, xx.xx.1954-cü il təvəllüdlüdür. 2020-ci ildə ona DSMF-nin Xaçmaz rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan 25 illik sığorta stajının yaranmaması ilə bağlı pensiyanın ödənilməsi dayandırılmışdır. Belə ki, cavabdeh inzibati orqan onun 1969-1973-cü illərdə Xaçmaz rayonu “İliç yolu” sovxozunda, 1988-1995-ci illərdə işlədiyi Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi dövrü onun sosial sığorta stajına daxil etmkdən imtina edir. Həmin dövrdə fəhlə kimi işləməsi barədə iş stajı ona məlum olmayan səbəblərə görə əmək kitabçasına yazılmamışdır. Lakin 1969-1973-cü illər ərzində Xaçmaz rayonun ‘‘İliç yolu” sovxozunda işləməsi 28 fevral 2018-ci il tarixli 121 nömrəli arxiv arayışında qeyd edilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və bildirdi ki, Fondun 2 saylı regional ərazi filialı 24.02.2020-ci il tarixli **********8 nömrəli məktubu ilə 1969-1973-cü illərdə “İliç yolu” sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün şöbənin əmək pensiyası təyin edən komissiyası tərəfindən əmək pensiyanın təyin olunması mümkün olmadığını və ödənişin dayandırılmasını iddiaçıya bildirilmişdir. İş materiallarından aydın olur ki, iddiaçının hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan dövr daxil olmaqla ümumi iş stajı 20 il 9 ay 9 gün təşkil edir. 1969-cı il tarixdən 1973-cü il tarixədək “İliç yolu" sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən, eyni zamanda həmin dövr onun təhsil aldığı illərlə üst-üstə düşdüyündən, həmçinin əmək kitabçasında qeyd olunan müəyyən dövrlərdə əmək haqqı almadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanununamüvafiq hesab edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş: - AZE ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəlüdlüdür. -iddiaçının adına açılmış 25.07.1975-ci il tarixli əmək kitabçasından görünür ki, o, 21.07.1975-ci ildə əmək fəaliyyətinə başlamış və 05.06.1998-ci il tarixədək müxtəlif işlərdə və peşələrdə işləmişdir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.02.2018-ci il tarixli 121/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1969, 1970, 1971, 1972-ci illərdə işə girməsi barədə əmrləri qeyd olunmamış, 23.05.1973-cü il tarixli 33 saylı əmərə əsasən hərbi xidmətə çağırılması ilə bağlı işdən azad edilmişdir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.02.2018-ci il tarixli 121 nömrəli arxiv arayışından və məhkəmənin sorğusuna əsasən 06 mart 2021-ci il tarixli 264 saylı cavab məktubundan görünür ki, “İliç yolu” sovxozunun əmək haqqı cədvəllərinə əsasən İddiaçı 1969-cu ilin iyul-avqust, 1970-ci ilin iyul-avqust, 1971-ci ilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr,1973-ci ilin yanvar-may ayları həmin sovxozda işləmiş və əmək haqqı almışdır. -Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 511 saylı 06.05.2011-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1969-cu ilin iyul-avqust, 1970-ci ilin iyul-avqust, 1971ci ilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr,1973-ci ilin yanvar-may aylarında, 1988- 1996-cı illərdə, 1997-ci ilin yanvar ayında və 1998-ci ilin fevral ayında “İliç yolu”, “V.İ.Lenin adına” sovxozlardan və Alekseyevka BKT-dan əmək haqqı almışdır. -2389 nömrəli attestatdan görünür ki, İddiaçı 1971-1972-ci illərdə 41 nömrəli Sumqayıt Texniki Peşə Məktəbində “elektrik qaynaqçı “ peşəsi üzrə tam kursu bitirmişdir. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 512 saylı cavab məktubundan görünür ki, İddiaçı 02.06.1969-cu il tarixli 52 saylı əmrlə “İliç yolu” sovxozuna mövsümi fəhlə, 01.06.1972-ci il tarixli 154 saylı müvəqqəti olaraq fəhlə işinə qəbul edilmiş, 23.05.1973-cü il tarixli 33 saylı əmrlə hərbi xidmətə çağırılması ilə bağlı işdən azad edilmiş, 02.01.1988-ci il tarixli 1 saylı əmrlə “V.İ.Lenin adına” sovxozun yaradılması ilə bağlı “İliç yolu” sovxozundan “V.İ.Lenin adına” sovxoza köçürmə yolu ilə keçirilmiş, 08.06.1998-ci il tarixli 12 saylı əmrlə Alekseyevka BKTnın fəaliyyətinə 05.06.1998-ci il tarixdən etibarən xitam verildiyi üçün işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yuxarıda göstərilən iş stajının sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. DSMF-nin Xaçmaz rayon şöbəsi 24.02.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı 1963-1973-cü illərdə işlədiyi müddətin əmək kitabçasında qeyd olunmadığından müraciətinin təmin olunmasından imtina olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsində qeyd edilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş. xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əmək kitabçasında qeyd olunan məlumatlara görə İddiaçı 30 may 1973-cü il tarixdən 20 iyun 1975-ci il tarixədək hərbi xidmətdə olmuş, 21.07.1975-ci il tarixdən 25.09.1975-ci il tarixədək (2 ay 04 gün), 05.11.1975-ci il tarixdən 16.09.1976-cı il tarixədək (03 ay 11 gün), 19.02.1976-cı il tarixdən 12.05.1976-cı il tarixədək (02 ay 23 gün), 17.05.1976-cı il tarixdən 25.10.1976-cı il tarixədək (05 ay 08 gün), 09.12.1976-cı il tarixdən 24.08.1977-ci il tarixədək (08 ay 15 gün), 10.10.1977-ci il tarixdən 05.06.1998-ci il tarixıədək (19 il 07 ay 25 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1971-ci ilin sentyabr ayından 1972-ci ilədək Sumqayıt şəhər 41 saylı texniki peşə məktəbində təhsil almışdır. Məhkəmə təhsil ilinin sentyabr ayında başladığını və 1972-ci ilin iyul ayının 13-də iddiaçıya attestat verildiyini əsas tutaraq hesab edir ki, iddiaçının təhsil müddəti 10 ay təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən dövr (20 il 09 ay 01 gün), hərbi xidmət dövrü (02 il 20 gün) və təhsil aldığı müddət (10 ay), ümumilikdə 23 il 07 ay 21 gün təşkil edir. Məhkəmə mübahisəli olan 1969-1973-cü və 1995-1998-ci illərə aid dövrlə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olduğundan onun 15 yaşı 11.08.1969-cu il tarixdə tamam olmuşdur. Bununla bağlı onun 1969-cu ilin iyun ayından işə qəbul edilməsi barədə əmr mövcud olsa da, həmin ilin iyun-iyul aylarında işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməməlidir. Bundan sonra işlədiyi və əmək haqqı aldığı 1969-cu ilin avqust, 1970-ci ilin iyul – avqust, 1971-ciilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr ayları və 1973-cü ilin yanva-may aylarında, 14.04.1995-ci il tarixdən 1997-ci ilin fevral ayınadək “Alekseyevka BKT-da işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçının həmin dövrlərdə işləməsi əmrlər və əmək haqqı cədvəlləri ilə təsdiq edilir. 1969cu ilin iyul-avqust və 1997-ci ilin yanvar ayından sonrakı müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Məhkəmə cavabdehin 1971-1972-ci illərin iddiaçının təksil aldığı dövrlə üst-üstə düşməsi barədə dəlilimə münasibətdə qeyd eidr ki, iş materiallarına görə iddiaçı 1971-ci ilin sentyabr ayından 1972-ci ilin iyul ayınadək işləməmiş və əmək haqqı almamışdır. O, 1972ci ilin iyul ayında təhsilini başa çatdırdıqdan sonra həmin ilin sentyabr ayında işləyərək əmək haqqı almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı Ş.Qurbanovun 25 ildən yuxarı sosil sığorta stajına malik olması və bununla da yaşa görə əmək pensiyası almaq hüququnun yaranması sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı 1970-ci ilin iyul-avqust, 1971-ci ilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr, 1973-cü ilin yanvar-may aylarında Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 14.04.1995-ci il tarixdən 1997-ci ilin fevral ayınadək Xaçmaz rayon Alekseyevka kənd BKT-da işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyi ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1970-ci ilin iyul-avqust, 1971-ci ilin iyun-avqust, 1972-ci ilin sentyabr-dekabr, 1973-cü ilin yanvar-may aylarında Xaçmaz rayonunun “İliç yolu” sovxozunda və 14.04.1995-ci il tarixdən 1997-ci ilin fevral ayınadək Xaçmaz rayon Alekseyevka kənd BKTda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyi ƏƏSMn tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-143/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-143/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver