Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1430/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və onun Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və onun Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 03.08.2021-ci il tarixdə məhkəməyə vəsatət ilə müraciət etmiş cavabdeh orqan bildirmişdir ki, İddiaçı barəsində nazirlik tərəfindən verilmiş əmr ləğv edilmiş və iddiaçı Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına geri qaytarılmışdır. Bu səbəbdən də müvafiq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, mövcud mübahisə öz həllinin tapdığından cavabdehin vəsatəti qəbul edilməli və 2-1(118)-1430/2021 nömrəli işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və onun Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1430/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1430/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver