Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1432/2025 20.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddia ərizəsinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçıya göndərilmiş 3-21-3/2-G-00xx-xx/2024 saylı, 05 aprel 2024-cü il tarixli imtina qərarı ləğv olunmaqla ona verilmiş 0,15 ha torpaq sahəsinin təyinatının düzgün müəyyən olunması - onun əkin üçün yararlı olmaması ilə bağlı lazımi tədbir görülməsinə dair iddia tələbinin təmin olunması və bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddia ərizəsinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçıya göndərilmiş 3-21-3/2-G-00xx-xx/2024 saylı, 05 aprel 2024-cü il tarixli imtina qərarı ləğv olunmaqla ona verilmiş 0,15 ha torpaq sahəsinin təyinatının düzgün müəyyən olunması - onun əkin üçün yararlı olmaması ilə bağlı lazımi tədbir görülməsinə dair iddia tələbinin təmin olunması və bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçı hüquqi yardımın edilməsi məqsədilə məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlüyü yoxlanıldığı hallarda iddiaçının hüququnun pozulub-pozulmadığı halların qiymətləndirilməsi zamanı iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmaması da nəzərə alınmalıdır. Bununla yanaşı iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etməmədiyi yoxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında ona ayrılmış torpaq sahəsinin kateqoriyasından deyil, ayrılmış torpaq sahəsindən, torpaq sahəsinin vəziyyətindən narazı olduğunu bildirmişdir. Belə ki, mübahisə predmeti olan Şamaxı rayonu, Qaleybuğurt kəndində yerləşən torpaq sahəsi iddiaçıya Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarına əsasən ayrılmışdır. Belə olan halda, məhkəmə bildirir ki, iddiaçı inzibati məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq, düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Məhkəmə qeyd edir ki, keçmiş X2 tərəfindən qəbul edilmiş qərarların mübahisələndirilməsinə dair iddialar üzrə cavabdeh qismində müvafiq icra hakimiyyətləri (Şamaxı Rayon İcra Hakimiyyəti) olmalıdır. Məhkəmə həmçinin hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıya izah olunsun ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarının mübahisələndirilməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddia ərizəsinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçıya göndərilmiş 3-21-3/2-G-00xx-xx/2024 saylı, 05 aprel 2024-cü il tarixli imtina qərarı ləğv olunmaqla ona verilmiş 0,15 ha torpaq sahəsinin təyinatının düzgün müəyyən olunması - onun əkin üçün yararlı olmaması ilə bağlı lazımi tədbir görülməsinə dair iddia tələbinin təmin olunması və bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1432/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1432/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver