Məhkəmə qərarları › İş №2-1(118)-1434/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1434/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1434/2023 16.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı rayonu Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan X3, X6, X10, X4 və X7 adının çıxarılması, öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təqdim edilmiş şıxarışdan 5 nəfərin adının çıxarılmasına barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xızı rayonu Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan X3, X6, X10, X4 və X7 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X19, X20, X24, X12, X16, X21,X13 və X17 üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 avqust 1995-ci ildə Xızı rayon Yeni Yaşma kənd İcra Nümayəndəliliyi tərəfindən 08 avqust 1995-ci il tarixli No 04 protokola əsasən No 266 saylı order ilə Yeni Yaşma kənd ərazisində 0.20 ha torpaq sahəsi üzərində tikilmiş 2 otaqlı 54 kv m sahəsi olan ev order əsasında ona və ailə üzvlərinə verilmişdir. Həmin orderdə ailə üzvlərinin tərkibi belə göstərilmişdir: İddiaçı, X19, X20 və X24. O, həmin torpaq sahəsinə çıxarış almaqdan ötrü 2016-ci ilin iyun ayında cavabdeh idarəyə müraciət etmişdir və ona seriya RX No 0881889, qeydiyyat nömrəsi ********** olan xx.xx.2016-ci il tarixli çıxarış və plan və ölçü sənədi təqdim edilmişdir. X35 Xidmətinin 2 saylı ərazi İdarəsindən təqdim olunun çıxarışda tamamilə tanımadığı 5 (beş) nəfərin adları səhvən yazılmışdır: X12, X16, X21, X13 və X17. O, həmin adlaırın çıxarılması üçün cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aidiyyəti üzrə araşdırılmış və yaranmış zərurətlə əlaqədar olaraq "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə ********** nömrəli sorğu ünvanlanmışdır.‘Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin müvafiq sorğuya cavab məktubuna istinadən bildiririlmişdir ki, ümumi birgə mülkiyyət hüququ üzrə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda adları qeyd olunan 9 nəfər Xızı rayon Aqrar islahat Komissiyası tərəfindən təsdiq edilmiş Xızı rayonunun Yeni Yaşma kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid 30 mart 2001-ci il tarixli cədvəl üzrə xəritədə nömrəsi "283' olan 0.20 ha torpaq sahəsinə dair siyahıda ailə üzvləri qismində göstərilmişdir. Əlavə olaraq Xızı rayon Aqrar islahat Komissiyası tərəfindən təsdiq edilmiş sözügedən cədvəl ilə ********** qeydiyyat nömrəli çıxarışda olan məlumatların müqayisəsi zamanı mülkiyyətçilərdən X18 və X8 ata adlarının dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhv buraxılması nəticəsində “Əziz” kimi qeyd olunduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş: -RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Xızı rayonu Yeni Yaşma kəndində 0.20 ha torpaq sahəsi İddiaçı, X19,X20 ,X24 ,X12, X1 Arzu Həsən qızı,X13 və X7 ümumbirgə paylı mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki,həmin sənəd İddiaçı və qeyrilərinin xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsi barəsindədir. -Xızı rayon İHB Yeni Yaşma kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Ailə tərkibi X19, X20 ,X24 və X14 ibarətdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən ünvan 3i ünvanında yerləşən **********86 qeydiyyat nömrəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş sənədləri məhkəməyə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Xızı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xızı rayonu Yeni Yaşma kənd icra nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 04 nömrəli protokolunun, Xızı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 08 nömrəli qərarının, Yeni Yaşma kənd icra nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan X9 məxsus təsərrüfatın (ev N-283), Yeni Yaşma kənd icra nümayəndəliyi üzrə 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabdan X9 məxsus təsərrüfatın (ev N-283) və İddiaçı məxsus təsərrüfatın (ev N-266) təsdiq edilmiş arxiv surətləri, Xızı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş “Xızı rayonunun Yeni Yaşma kəndində həyətyanı torpaq sahəsi mövcud olan, sənədləşməsi tamamlanmayan ailələrin adlı siyahısı” nın İddiaçı qızma və X9 aid hissələrindən arxiv çıxarışları məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində mövcud olan ünvan 3i üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X12 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində və "xxxx" MMC-də mövcud olan arxiv materiallarına əsasən X3, X6, X10, X4, X7 adlarına ünvan 3ində qeydiyyata alınmış daşınmaz əmlaklara dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə tədim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən İddiaçı adma qeydiyyata alınmış 28 iyun 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və onun verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xızı rayon İcra Hakimiyyəti Başçısı tərəfindın xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş Xızı rayonunun Yeni Yaşma kəndində həyətyanı torpaq sahəsi mövcud olan, sənədləşməsi tamamlanmayan ailələrin adlı Siyahısında 266 sıra nömrəsi altında İddiaçı adı qeyd edilmişdir. Onun adının qarşısında – 4 nəfər ailə tərkibi və 0.20 ha torpaq sahəsi göstərilmişdir. Eyni siyahıda 283 sıra nömrəsi altında X3 adı qarşısında 7 nəfər ailə tərkibi və 0.20 ha torpaq sahəsi göstərilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən sənədlərdə İddiaçı adınını qarşısında 4 nəfər ailə tərkibi, X3 adının qarşısında isı 9 nəfər ailə tərkibinin olması göstərilmişdir. Bundan başqa məhkəmə İddiaçı adına çıxarışın verilməsi üçün əsas olmuş sənədləri tələb etmişdir. Həmin sənədlərdə yalnız plan və ölçü sənədi və Xızı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 08 saylı qərarı təqdim edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X3 və ailə üzvlərinin adları İddiaçı verilmiş çıxarışda qeyd edilmişdir, kənd təaərrüfatı təyinatlı pay torpağına aid verilmiş dövlət aktında isə yalnız onun özünün və ailə üzvlərinni adları salınmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X5 və ailə üzvlərinin adları İddiaçı ailə üzvü olmadıqları və hər hansı hüquqi əsası olmadığı halda sözügedən çıxarışa adları qeyd edilmişdir və hazırda həmin adların çıxarılması üşün məhkəmə qərarı tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya verilmiş çıxarışa başqa şəxslərin adlarının qeyd edilməsinin əsaslı olması ilə bağlı hər hansı sübut təqdim edə bilmədi. Hakbuki, həmin məlumatların dolğunluğuna və dəqiqliyinə inzibati orqan cavabdehdir və bu hal iddiaçının və ailə üzvlərinin mülkiyyət hüqunun pozulmasına gətirib çıxarmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsasını təsdiq edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xızı rayonu Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan X3, X6, X10, X4 və X7 adının çıxarılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xızı rayonu Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan X3, X6, X10, X4 və X7 adının çıxarılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar