Məhkəmə qərarları › İş №2-1(118)-1434/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1434/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1434/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "xxxx". Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri, Heydər Əliyev prospekti,4-cü məhəllə ünvanında inşa etdiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən, ümümi sahəsi 175,5 kvadrat metr olan 3 otaqlı 66 saylı mənzil (mansard) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar müvafiq reyestr çıxarışının və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək "xxxx". Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4-cü məhəllə ünvanında inşa etdiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən, ümümi sahəsi 175,5 kavdrat metr olan 3 otaqlı 66 saylı mənzil (Mansard) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar müvafiq reyestr çıxarışının və texniki pasportun verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin 10 fevral 2020-ci il tarixli ümumi iclasının 01 saylı protokol qərarına əsasən iddiaçı adı çəkilən Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul edilərək "V.İ.V.” Mənzil- Tikinti Kooperativinin Sumqayıt şəhəri,Heydər Əliyev prospekti,4-cü məhəllə ünvanında inşa etdiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən,ümumi sahəsi 175,5 kvadrat metr olan 3 otaqlı 66 saylı mənzilin (mansardın) payçısı olaraq təsdiq edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli 61 saylı maliyyə arayışından da görünür ki, payçısı olduğu "xxxx" Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri,Heydər Əliyev prospekti,4-cü məhəllə ünvanında inşa etdiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən,ümumi sahəsi 175,5 kvadrat metr olan 3 otaqlı 66 saylı mənzilin (mansardın) pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və onun "V.İ.V.” Mənzil-Tikinti Kooperativinə borcu mövcud deyildir.Qeyd edilən sənədlər əsasında cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək "V.İ.V.” Mənzil-Tikinti Kooperativinə məxsus Sumqayıt şəhəri, Heydər Əliyev prospekti,4-cü məhəllə ünvanında yerləşən 147 saylı binanın ümumi sahəsi 175,5 kvadrat metr olan 66 saylı mənzili (mansardı) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.Lakin cavabdeh müraciətin icrasından əsassız olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən müraciətinə verilmiş 07 may 2024-cü il tarixli,3-21-3-31/2-Q-00xx-xx/2024 saylı cavab məktublarında üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılmasını xahiş etdiyi mənzilin(mansardın) Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş razılaşdırılmış eskiz layihəsində mərtəbə kimi nəzərdə tutulmadığı,həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Ağentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq olunan “İstismara hazırlıq aktı”nda mansard hissənin ayrııqda göstərildiyi və qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu bildirilərək müraciətimin icrasından imtina olunmuşdur.Mən cavabdehin sözügedən mənzil (mansard) üzərində hüququmun dövlət qeydiyyatının aparılmasından imtinasını tamamilə əsassız və qanunazidd sayır. Çünki qeyd edilən mansard Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Z.Fərəcov tərəfindən imzalanmış 17 iyun 2018-ci il tarixli,29 saylı “Tikinti obyektlərinin istismarına İcazə” sənədində öz əksini tapmışdır.Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat nömrəsi 27 mart 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da sözügedən çoxmərtəbəli yaşayış binası sahəsi 7251,2 kvadrat metr olmaqla "xxxx" Mənzil-Tikinti Kooperativinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Kooperativin mülkiiyəti kimi göstərilmiş 7251,2 kvadrat metr sahənin daxilində yaşayış binasının mansard hissələri də göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 13 mart 2019-cu il tarixdə tərtib edilmiş "Çoxmərtəbəli (çoxmənzilli) yaşayış binasının Texniki Pasportu"nda "V.İ.V.” Mənzil- Tikinti Kooperativinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış sözügedən çoxmərtəbəli yaşayış binası 7 mərtəbə+mansad şəklində göstərilmişdir.X3 mənzillər haqqında məlumat və mənzillərin təsnifatı hissələrində 60 ədəd mənzil və 6 ədəd,o cümlədən mənim pay haqqını ödədiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən,ümumi sahəsi 175,5 kvadrat metr olan 3 otaqlı 66 saylı mənzil kimi payçısı olduğu mansard qeyd edilmişdir.Cavabdehin sözügedən mənzili (mansardı) iddiaçının mülkiyyəti kimi qeydiyyata almaqdan imtinası ilə bağlı verdiyi cavab məktubunda mansardın qeyri-yaşayış sahəsi olaraq göstərildiyi barədə bildirdiklərinin ziddinə olaraq adı çəkilən Texniki Pasportda yaşayış binasının mansard hissələri mənzillər şəklində yaşayış sahələri olaraq qeyd olunmuşdur.X2 binanın qeyri-yaşayış sahələri olaraq binanın 1-ci mərtəbəsində sahəsi 764,0 kvadrat metr olan qeyri-yaşayış sahəsi və sahəsi 780,2 kvadrat metr olan zirzəmi olmaqla,ümumilikdə 1544,2 kvadrat metr sahə əks olunmuşdur ki,burdan da bir daha sübuta yetirilir ki,binanın mansard hissələri cavabdehin bildirdiklərinin ziddinə olaraq qeyri-yaşayış sahələri kimi deyil,binanın yaşayış sahələri kimi kooperativin mülkiyyəti olaraq dövlət qeydiyyatına alınmışdır. Bütün bu hallar məhkəməyə təqdim etdiyi hüquq müəyyənedici və texniki sənədlərdən aşkar surətdə görülür.Nəzərə alınsa ki,iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını xahiş etdiyi sahəsi 175,5 kvadrat metr olan 3 otaqlı 66 saylı mənzil (mansard) "V.İ.V.” Mənzil-Tikinti Kooperativinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çoxmərtəbəli binanın yaşayış sahəsinə və mənzillərinə aiddir və həmin mansardın mənzil olması cavabdeh tərəfindən tərtib edilmiş Texniki Pasportda əks olunmaqla bir daha öz təsdiqini tapmışdısaydın olur ki, cavabdehin həmin tikilinin qeyri-yaşayış sahəsi olması və binanın ilkin layihə sənədlərində mənzil kimi göstərilməməsi barədə bildirdikləri həqiqətə uyğun olmamaqla tamamilə əsassızdır.Göründüyü kimi,bütün bu sadalananlardan cavabdehin pay haqqını ödədiyi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etməsinin əsaslarının səhv olduğu anlaşılır. Hesab edir ki,cavabdehin hər hansı hüquqi əsasa söykənmədən sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bütün bu sadalananlara əsaslanaraq cavabdeh tərəfindən pozulmuş hüququnun müdafiəsi üçün müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, sözügedən yaşayış binasına dair Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş “Tikinti obyektinin istismara icazə” sənədində yaşayış binalarının mərtəbələrinin sayı “7+mansard" olaraq qeyd olunsa da, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş razılaşdırılmış eskiz layihədə mansard mərtəbə nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq olunan 05,05.2018-ci il tarixli Ö/001938 nömrəli “istismara hazırlıq aktı”nda da mansard hissə ayrılıqda göstərilmişdir. Bu səbəbdən "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4cü məhəllə ərazisində inşa edilmiş 147 nömrəli çoxmənzilli yaşayış binasının mansard mərtəbəsində yerləşən sahələrinin yaşayış sahəsi kimi nəzərdə tutulub-tutulmamasına münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə 03.11,2023-cü il tarixli 3-21-3-31/2-3839/2023 saylı sorğu ünvanlanmış və ********** qeydiyyat nömrəli ərizənin icra müddəti ərzində sorğuya cavab verilmədiyi üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin 28,12.2023-cü il tarixində idarəyə daxil olmuş 3-18-2/2-11441/2023 saylı cavab məktubunda sözügedən çoxmənzilli yaşayış binasının “İstismara hazırlıq aktı”nda binanın mansard mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: "xxxx" Mənzil Tikinti Kooperativinin 06 oktyabr 2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MTK-nın Sumqayıt şəhəri, Heydər Əliyev prospektində (İV məhəllə) yerləşən kooperativ binasına məxsus olan 147 nömrəli binanın Vİİİ mərtəbəsində, ümumi sahəsi 175.5 kv.m olan 3 otaqlı, 66 saylı mənzilin (mansardın) pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 01 saylı protokolundan 10 fevral 2020-ci il tarixli çıxarışda qeyd edilmişdir ki, İddiaçı müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Sumqayıt şəhəri, Heydər Əliyev prospektində (İV məhəllə) yerləşən kooperativ binasına məxsus olan 147 nömrəli binanın Vİİİ mərtəbəsində, ümumi sahəsi 175.5 kv.m olan 3 otaqlı, 66 saylı mənzilin (mansardın) payçısı təsdiq edilmişdir. 27 iyun 2018-ci il tarixli 29 saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən xx.xx.2018-ci il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir. Reyestr nömrəsi **********42-05301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 147, 149 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. A tikilisinin mərtəbələr üzrə planı və texniki sənəd iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının istismara hazırlıq aktında binanın mansard mərtəbəsi qeyriyaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı "xxxx". Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri, Heydər Əliyev prospekti,4-cü məhəllə ünvanında inşa etdiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən, ümümi sahəsi 175,5 kavdrat metr olan 3 otaqlı 66 saylı mənzil (mansard) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar müvafiq reyestr çıxarışının və texniki pasportun verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, sözügedən yaşayış binasına dair Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş “Tikinti obyektinin istismara icazə” sənədində yaşayış binalarının mərtəbələrinin sayı “7+mansard" olaraq qeyd olunsa da, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş razılaşdırılmış eskiz layihədə mansard mərtəbə nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq olunan 05,05.2018-ci il tarixli Ö/001938 nömrəli “istismara hazırlıq aktı”nda da mansard hissə ayrılıqda göstərilmişdir. Bu səbəbdən "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4- cü məhəllə ərazisində inşa edilmiş 147 nömrəli çoxmənzilli yaşayış binasının mansard mərtəbəsində yerləşən sahələrinin yaşayış sahəsi kimi nəzərdə tutulub-tutulmamasına münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə 03.11,2023-cü il tarixli 3-21-3- 31/2-3839/2023 saylı sorğu ünvanlanmış və ********** qeydiyyat nömrəli ərizənin icra müddəti ərzində sorğuya cavab verilmədiyi üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin 28,12.2023-cü il tarixində idarəyə daxil olmuş 3-18-2/2-11441/2023 saylı cavab məktubunda sözügedən çoxmənzilli yaşayış binasının “İstismara hazırlıq aktı”nda binanın mansard mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 01 saylı protokolundan 10 fevral 2020-ci il tarixli çıxarışda qeyd edilmişdir ki, İddiaçı müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Sumqayıt şəhəri, Heydər Əliyev prospektində (İV məhəllə) yerləşən kooperativ binasına məxsus olan 147 nömrəli binanın Vİİİ mərtəbəsində, ümumi sahəsi 175.5 kv.m olan 3 otaqlı, 66 saylı mənzilin (mansardın) payçısı təsdiq edilmişdir. "xxxx" MTK-nın Sumqayıt şəhəri, Heydər Əliyev prospektində (İV məhəllə) yerləşən kooperativ binasına məxsus olan 147 nömrəli binanın Vİİİ mərtəbəsində, ümumi sahəsi 175.5 kv.m olan 3 otaqlı, 66 saylı mənzilin (mansardın) pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. Cavabdehin imtina əsası – mansard mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, reyestr nömrəsi **********42- 05301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 147, 149 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Təqdim edilmiş texniki sənədlərdən görünür ki, mənzillər haqqında məlumata mansard mərtəbəsində yerləşən mənzillər daxil edilmiş, mənzillərin sayı, mənzillərdəki otaqların sayı qeyd edilmiş, mənzillərin, o cümlədən mansard mərtəbəsindəki mənzillərin ümumi sahəsi və yaşayış sahəsi ayrı-ayrılıqda göstərilmişdir. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 27 iyun 2018-ci il tarixli 29 saylı tikinti obyektinin istismarına icazə sənədində yaşayış binalarının mərtəbələrinin sayı “7+mansard" olaraq qeyd olunmuşdur. Göründüyü kimi mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi əsas mövcuddur. Beləliklə, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx". Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4-cü məhəllə ünvanında inşa etdiyi 147 saylı binanın səkkizinci mərtəbəsində yerləşən, ümümi sahəsi 175,5 kvadrat metr olan 3 otaqlı 66 saylı mənzil (mansard) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar müvafiq reyestr çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar