Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1435/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 4 ev 2-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (Abşeron rayon Xırdalan bələdiyyəsində Hüquq sektorunun müdiri işləyən,Bakı şəhəri, 9-cu mikr-n, Mir Cəlal küçəsi ev 127 mənzil 49-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayon Xırdalan bələdiyyəsinin 07 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Xırdalan bələdiyyəsinin 07 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 07 fevral 2022-ci il tarixli qərarına əsasən iddiaçıdan 654,86 manat məbləğində pul vəsaiti tutularaq Abşeron rayon Xırdalan bələdiyyəsinin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı həmin qərarı əsassız və qasnunsuz hesab edir. Belə ki, “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı” Metodiki Vəsaitin 3.7-ci bəndinə əsasən bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə tədiyyə bildirişi tərtib olunmalı və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılmalıdır. Lakin bu müddət ərzində iddiaçıya heç bir tədiyyə bildirişi təqdim edilməmişdir. Bundan əlavə hesablama zamanı ididaçının mülkiyyətində olmayan, faktiki istifadəsində olan torpaq sahəsinə görə də torpaq və əmlak vergisinə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və bildirdi ki, Xırdalan bələdiyyəsi tərəfindən 07 fevral 2022-ci il tarixli, 01/06-33 nömrəli qərar qəbul olunmamışdan əvvəl İddiaçı dəfələrlə şifahi və rəsmi olaraq tədiyyə bildirişi ilə məlumatlandırılmışdır. Ona sonuncu dəfə 2022-ci il tarixli tədiyə bildirişi təqdim edilmiş, lakin o, həm tədiyə bildirişini qəbul etməkdən, həm də vergi ödəməkdən imtina etmişdir. İddiaçı iddia ərizəsində ona əmlak vergisi hesablanarkən yaşayış sahəsinə görə nəzərdə tutulan 30 kv m güzəşt tədbiq edilmədiyini, sözügedən yaşayış sahəsinə görə ondan güzəşt tətbiq edilməli olan 30 kv m görə də vergi tələb edildiyini bildirmişdir. Vergi ödəyicinə dair məlumatlar bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminə qeyd edildiyi tarixdən sözügedən məlumat sistemi vergi ödəyicisə dair əmlak və torpaq vergisini avtomatik hesablayır. Əgər vergi ödəyicisi yaşayış sahəsinə münasibətdə vergi ödəyicisidirsə, ona məlumat sistemi tərəfindən avtomatik olaraq 30 kv m güzəşt tədbiq edilir. Ona görə də iddiaçının arqumentlərinin heç bir hüquqi əsası yoxdur.Belə olduğu halda İddiaçı vergi subyekti olaraq mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə əmlak və torpaq vergisini ödəməlidir. İş materiallarında olan : -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX N ******* saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 169.6 kv m, yaşayış sahəsi 106.2 kv m, yardımçı sahəsi 63,4 kv m olan ikimərtəbəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. - -**********14 seriyalı tədiyyə bildirişindən görünür ki, İddiaçı tərəfindən əmlak vergisi üzrə 158.88 manat, torpaq vergisi üzrə 17.5 manat, xx.xx.2022-ci il tarixədək 88.19 manat, xx.xx.2022-ci il tarixədək 88.19 manat, ötən dövrlər üzrə 352,76 manat, 40 manat maliyyə sanksiyası olmaqla ödəniləcək cəmi məbləğ 654,86 manat təşkil edir. - -xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 2020-2021-ci illər üzrə hesablanmış əmlak torpaq vergisini könüllü surətdə ödəməkdən imtina etmişdir. - -Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı əmlak və torpaq vergisinin ödənilməsi təklif edilmişdir. - -xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Xırdalan bələdiyyəsinin vergi orqanı Xırdalan bələdiyyəsindən İddiaçı əmlak və torpaq vergi öhdəliyni yerinə yetirmədiyi üçün barəsində qərar qəbul olunaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi xahiş etmişdir. - -Xırdalan bələdiyyəsinin 01/06-33 nömrəli qərardan görünür ki, İddiaçı borc öhdəlikləri icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi və ümumilikdə hesablanmış 654,86 mant borc mələğinin İddiaçı tutularaq Xərdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. -Xırdalan bələdiyyəsinin 142 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış 390.00 kv m əmlak, 200.00 kv m torpaq sahəsinə görə hesablanmış bir illik əmlak, torpaq vergisi 13300 manat təşkil edir. Həmçinin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi-yaşayış 169.6 kv m əmlak, 300.00 kv m torpaq sahəsinin bir illik əmlak, torpaq vergisi 43,38 manat təşkil edir. 2020-2021ci illərdən qalan əmlak, torpaq vergisi 352.76 manat, vergiləri vaxtında ödənilmədiyi üçün ödənilməmiş məbləğin gündəlik 0.1% faiz hesablanaraq -107.42 faiz borcu, cəmi 676.56 manat təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsi mübahisələndirilən qərarla borcun iddiaçının mülkiyyətində 169,6 kv m yaşayış evi və 300.0 kv m torpaq, həmçinin istifadəsində olan 390.0 kv m qeyri-yaşayış, 200.0 kv m torpaq sahəsinə görə hesablanması; göstərilən əmlaklıara görə cari il üçün 158,88 manat əmlak, 17.5 manat torpaq sahəsinə görə, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 352,76 manat, faiz üzrə 85,72 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə isə 654,86 manat ümumi borcunun olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla müəyyən edildi ki, İddiaçı mülkiyyətində 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 169.6 kv m, yaşayış sahəsi 106.2 kv m, yardımçı sahəsi 63,4 kv m olan ikimərtəbəli fərdi yaşayış evi vardır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində və ya istifadəsində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədi. "Bələdiyyə torpaqlannın idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : -197.1, 197.1.1-ci maddələrinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutmna obyektləri sayılır . -205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Bununla bağlı məhkəmə qeyd edir ki, bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun İddiaçı mülkiyyətində Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən 300 kv m torpaq sahəsi və 169 kv m olduğunu, daha sonra isə “həmçinin istifadəsində olan 390 kv m qeyri-yaşayış və 200.0 kv m torpaq sahəsinə görə” hesablandığını qeyd etmişdir. Halbuki, 390 kv m qeyri-yaşayış və 200.0 kv m torpaq sahəsinin iddiaçının istifadəsində olmasını və hansı əsasla olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi izahatında qeyd etdi ki, əraziyə baxan müfəttiş ünvanlara gedərək vətəndaşlara bildirişlər çatdırır. Hazırki işdə iddiaçı təqdim edilən bildirişi qəbul etməkdən imtina etdiyi üçün çatdırılmas barədə sənəd mövcud deyildir. Budan başqa cavabdehin nümayəndəsi izah etdi ki, əraizdə əmlakların inventarizasiyası keçirilərək sistemə işlənir və sistem tərəfindən borc avtomatik olaraq hesablanır. Cavabdeh tərəfindən tərtib edilən tədiyyə bildirişində vergi borcunun “ötən dövrlər üzrə” 352.76 manat olduğu qeyd edilmişdir, lakin həmin borcun hansı dövrləri əhatə etməsi açıqlanmamışdır. Məhkəmə qeyd edir ki, mübahiəsləndirilən qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qərar barədə icra məmuru vasitəsi ilə 2022-ci ilin mart ayında xəbər tutduğunu izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsinin 07 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1435/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1435/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver