Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1439/2023 21.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mizəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 müraciət edərək 29 oktyabr 2021-ci il tarixindən ona əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində imtina olunmuş və həmin imtinada qeyd olunur ki, xx.xx.2022-ci il tarixli ərizənizə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında baxılmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşma çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kaputalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən sizin sığorta stajınız 18 il, 05 ay, 12 gün təşkil edir. Bu hal Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından sizə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məlumat üçün bildririk ki, sizin xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyiniz dövrün yerində qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajınızın yoxlanılması mümkün olmamış və bu səbəbdən də həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktik halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədləri və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, fiziki və hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun X3 müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci amddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdmədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı hazırki qanunvericiliyin tələbləri ödənildiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1 iyul tarixinədək yaşa görə mək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçaları, hərbi bilet və diplomun surətinə əsasən iddiaçının mübahisəsiz sığorta stajı 18 il 05 ay 12 gündür. İddiaçının əmək kitabçasında xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə “8 №-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.-ci bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin “8 №-li Təmir tikinti” sahəsinin və "xxxx" müəssisəsinin hal-hazırda fəaliyyəti, ənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (08 il 03 ay 15 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq, tərəflərindən mübahisləndirilmiş, ümumi əmək stajına qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. “X8 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisələr ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********704900 nömrəli məktubda “8 №-li Təmir tikinti” sahəsinin (VÖEN **********) xx.xx.2002-ci il tarixdə 8/5-39 nömrə ilə və "xxxx" müəssisəsinin xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatından keçdiyi qeyd olunmuşdur. Belə olan halda: • “8 №-li Təmir tikinti” sahəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçdiyini nəzərə alaraq, xx.xx.1995-xx.xx.1999-cu illər (04 il 05 gün) sosial sığorta stajına daxil edilə bilməz. • "xxxx" müəssisəsinin dövlət qeydiyyatı mövcud olmasına baxmayaraq hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından xx.xx.2000xx.xx.2004-cü illər (04 il 03 ay 10 gün) sığorta stajına daxil edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli **********00 nömrəli, İddiaçı işə daxilolma, işdən azad edilmə əmrləri, əməkhaqqı cədvəlləri, məzuniyətdə olduğu dövrlər barədə məlumatların təqdim edilməsinə dair sorğular göndərilməsinə baxmayaraq, cavablar gəlməmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığrota hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından tələbi təmin edilə bilməz.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. - İddiaçı məxsus xx.xx.1974-cü il tarixdə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilədək, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan SSR tərəfindən verilmiş ИВ № 046359, 23 sentyabr 1983-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1977-ci ildə S.M.Kriov adına X10 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı coğrafiya fakültəsi üzrə 1983-cü ildə bitirmişdir. - Məhkəməyə sorğu əsasında Milli Gəlirlər İdarəsinin X9 Qeydiyytı İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə 8315 nömr ilə dövlət qeydiyyatından keçmişdir və məhkəməyə "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri göndərilmişdir. - Məhkəməyə sorğu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində 8 nömrəli Təmir Tikinti Sahəsinin xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, tikinti Sahəsi xx.xx.2002-ci il tarixdə ********* dsylı eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır, hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır, vergi məlumat bazasına əsasən 8 nömrəli Təmir Tikinti Sahəsi “Azərmənzilsənaye”Tikinti-Təmir Birliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 19 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı ünvan 1ə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 19 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxxxxx 1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə “8 №-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi dövrlər cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə iddiaçıya yaşa görə pensiya təyini ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək pensiyaları haqqında Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh iddiaçının stajını hesablayan zaman iddiaçının xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə “8 №-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməmişdir.Cavabdeh orqan tərəfindən həmin dövrlərin iddiaçının onun sosial sığorta stajına daxil ediməməsinin səbəbi kimi həmin müəssisələrin hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamasının mümkün olmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dəlili tamamilə əsassızdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə “8 №li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi dövrlərin araşdırılması və 8 nömrəli təmir tikinti sahəsinə və "xxxx" müəssisəsinə dair təsis sənədlərinin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında Milli Gəlirlər İdarəsinin X8 Qeydiyyatı İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş sorğuya cavab məktubunda "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatından keçdiyi qeyd edilmişdir və məhkəməyə "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri göndərilmişdir. Həmin təsis sənədlərindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir, lakin 2004-cü il tarixindən yeni VÖEN alınması üçün orqana müraciət etməmişdir. Məhkəməyə sorğu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş sorğuya cavab məktubunda edilmişdir ki, dövlət reyestrində 8 nömrəli Təmir Tikinti Sahəsinin xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olduğu, tikinti Sahəsi xx.xx.2002-ci il tarixdə ********* saylı eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alındığı, hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmadığı, vergi məlumat bazasında əsasən 8 nömrəli Təmir Tikinti Sahəsi “Azərmənzilsənaye”Tikinti-Təmir Birliyinin tabeçiliyində fəaliyyət göstərdiyi qeyd edilmişdir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli “sorğunun cavablandırılması haqqında xidməti məktubu”nun surətindən görünür ki, X1 pensiya təyinatı aparılan zaman onun 8 Nömrəli Xətai Təmir Tikinti sahəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilmişdir. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsndən imtinasının əsası kimi göstərdiyi dəlil məhkəmə tərəfindən araşdırılmışdır. Əldə edilmiş sorğulara cavab məktublarından görünür ki, cavabdehin imtinası formal dəlillərə əsaslanmışdır. Belə ki, iddiaçının əmək kitabçasında öz əksini tapdığı xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə işlədiyi “8 №-li Təmir tikinti” sahəsi, xx.xx.2000xx.xx.2004-cü il tarixlərdə işlədiyi "xxxx" müəssisəsi həqiqətən möcvud olmuşdur və fəaliyyət göstərmişdir. Eyni zamanda iddiaçının qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır. Eyni zamanda yuxarıda adıçəkilən məktubdan görünür ki, cavabdeh orqan eyni müəssisədə işləmiş digər vətəndaşın işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etmişdir. Eyni müəssisədə işləmiş şəxslərdən birinin işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi, digərinin işlədiyi dövrlərin daxil edilməməsi isə bərabərlik hüququnun pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin birinci hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva