Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1443/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, Qəçrəş yolu ərazisində yerləşən iki mərtəbəli yaşayış evi və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Quba rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş 02 aprel 2005-ci il tarixli, 4-Ə-36 və 4- Ə-37 reyestr nömrəli müqavilələr və Quba rayon İcra Hakimiyyəti başçsının Quba şəhəri üzrə nümayəndəsinin 08 noyabr 1999-cu il tarixli, 141 saylı sərəncamları əsasında hüquqların dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Quba şəhəri, Qəçrəş yolu ərazisində yerləşən iki mərtəbəli yaşayış evi və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum anası X18 şəhər sakinləri X2 və X3, onların mülkiyyətində olan Quba şəhərində “Qəçrəş yolu” yaşayış massivində yerləşən ümumilikdə 1000 kv.metr torpaq sahəsini aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş 02 aprel 2005-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən satın almışdır. Həmin torpaq sahələri qeyd olunan şəxslərə Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 08 noyabr 1999cu il tarixli, 141 nömrəli sərəncamı ilə fərdi ev tikintisi məqsədilə ayrılmışdır. Qeyd olunan torpaq sahələrinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edildiyi zaman oradan cavab olaraq bildirmişlər ki, Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 aprel 2005-ci il tarixli, 4-Ə- 36 və 4-Ə-37 reyestr nömrəli müqavilələrdə göstərilən daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə, müqavilələrdə göstərilən torpaq sahələri Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin sərəncamı ilə ayrılmışdır. Lakin qanunvericiliyə əsasən icra nümayəndəliklərinin torpaq ayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Buna görə də, ərizənin icrası mümkün olmamışdır. Həmin imtinaya etiraz edərək bildiririk ki, qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Qanunla müəyyən edilmiş qaydada reyestr xidmətinə müraciət edilirsə, həmin müqavilələr və sərəncam məhkəmə tərəfindən etibarsız hesab edilməmişdirsə reyestr xidməti heç bir halda həmin qeydiyyatın aparılmasından imtina edə bilməz. Reyestr xidməti sadəcə olaraq qeydiyyat orqanıdır və o, qanunda göstərilən əsaslarla hüquqları dövlət qeydiyyatına alır. Sərəncamların hansı əsaslarla verilməsi, qanuni olub-olmaması, predmetin və məbləğin müəyyən edilməsi və digər texniki məsələlər reyestr xidmətinin səlahiyyətlərinə aid deyildir və xidmət həmin məsələdə tərəf sayılmır. O, sadəcə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən qeydiyyat məsələsini həll etməlidir. Reyestr xidmətinə təqdim edilmiş sənədlər qanuna uyğun formada müəyyən edilmişdir. Torpaq sahələri vicdanlı şəkildə notariat orqanının təsdiqi əsasında əldə edilmişdir. Dövlət orqanları arasında olan anlaşılmazlıq, hər-hansı bir nümayəndəliyin səlahiyyət məsələsindən doğan pozuntu vətəndaşların hüquqların pozulması ilə nəticələnə bilməz. Anası həmin dövrdə qanunla müəyyən edilmiş qaydada əmlak əldə etmiş və hazırda həmin əmlakın dövlət qeydiyyatına alınmasını tələb edir. İmtina üçün göstərilən hallar formallıqdan başqa bir şey deyildir. Buna görə də, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən X9 nümayəndəsi X11 şəhəri, Qəçrəş yolu ərazisində yerləşən yarımçıq daşınmaz əmlaka dövlət reyestrindən reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə 24.05.2021-ci il tarixli **********58 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin, Quba şəhəri, Qəçrəş yolu ərazisində yerləşən daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 06.05.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə olunmuş Quba rayon notariat kontoru tərəfindən təstiq olunmuş 02 aprel 2005-ci il tarixli, 4-Ə-36 və 4-Ə-37 reyestr nömrəli müqavilələrdə göstərilən daşınmaz əmlak üzərində » mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Bundan əlavə, aşkar olunmuşdur ki, müqavilələrdə göstərilən torpaq sahəsi Quba RİH- ti başçısının Quba şəhəri üzrə nümayəndəsinin sərəncamı ilə ayrılmışdır. Torpaq qanunvericiliyində icra nümayyəndəliklərin torpaq ayırma səlahiyyətlərinə malik olması nəzərdə tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Bununla bağlı iddiaçıya 25.11.2019-cu il tarixli **********61 nömrəli məktubla münasibət bildirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad yoxdur. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 141 saylı, 08 noyabr 1999-cu il tarixli sərəncamı ilə Quba şəhəri, Muxtadir küçəsi 63 saylı evdə yaşayan X4 fərdi ev tikintisindən ötrü Quba şəhərinin “Qəçrəş yolu” ərazisindən 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 141 saylı, 08 noyabr 1999-cu il tarixli sərəncamı ilə Quba şəhəri, M.Rəsulzadə küçəsi 93 saylı evdə yaşayan X5 fərdi ev tikintisindən ötrü Quba şəhərinin “Qəçrəş yolu” ərazisindən 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 02 aprel 2005-ci il tarixli, 4-Ə-36 nömrə ilə qeydə alınmış notarial müqavilədən görünür ki, X7 tərəfindən Quba şəhərinin Qəçreş yolu ərazisində 500 kv.m torpaq sahəsində yerləşən yarımçıq tikinti X1. - 02 aprel 2005-ci il tarixli, 4-Ə-37 nömrə ilə qeydə alınmış notarial müqavilədən görünür ki, X8 tərəfindən Quba şəhərinin Qəçreş yolu ərazisində 500 kv.m torpaq sahəsində yerləşən yarımçıq tikinti X1. - İddiaçı sözügedən daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 24 may 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 141 saylı, 08 noyabr 1999-cu il tarixli sərəncamları ilə X5 və X10 ayrı-ayrılıqda fərdi ev tikintisindən ötrü Quba şəhərinin “Qəçrəş yolu” ərazisindən 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin şəxslər tərəfindən sonradan onlara məxsus olan 500 kv.m torpaq sahəsində yerləşən yarımçıq tikililər 02 aprel 2005-ci il tarixli, 4-Ə-36 və 4-Ə-37 nömrə ilə qeydə alınmış notarial müqavilələrlə X1. İddiaçı Quba şəhəri, Qəçrəş yolu ərazisində yerləşən iki mərtəbəli yaşayış evi və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının sözügedən yaşayış evi və torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba şəhəri, Qəçrəş yolu ərazisində yerləşən iki mərtəbəli yaşayış evi və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Quba şəhəri, Qəçrəş yolu ərazisində yerləşən iki mərtəbəli yaşayış evi və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1443/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1443/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver