Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1449/2021 27.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtiyadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 18.06.2020-ci il tarixli, **********4950100 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtiyadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 18.06.2020-ci il tarixli, **********4950100 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, mövcud iddia tələbi ilə bağlı iddiaçının vergi orqanına heç bir borcu qalmadığına görə, həmin qərar ilə qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə maliyyə sanksiyaları və borclar silinmişdir. Bu səbəbdən də hesab edir ki, iddia tələbi mahiyyəti üzrə öz həllini tapdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə hər hansı bir məlumatı məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mövcud mübahisə məhkəmədən kənar öz həllini tapdığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, mövcud mübahisə məhkəmədən kənar öz həllini tapdığından 2-1(118)-1449/2021 nömrəli işin icraatına xitam verilməlidir Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. Göründüyü kimi mübahisə öz həlli tapmış, yəni vergi orqanı tərəfindən İddiaçı vergi borcu silindiyinə görə mübahisəyə mahiyyəti üzrə baxılması yolverilməzdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtiyadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 18.06.2020-ci il tarixli, **********4950100 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1449/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1449/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver