Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1449/2023 15.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qusar rayonu Qusar bələdiyyəsinə qarşı “Qusar rayon X4 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 48 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qusar rayonu Yaşıltəpə ərazisində ona ayrılmış 400 kv. metr torpaq sahəsinin yerində təhvil verilməsi öhdəliyinin Qusar rayon bələdiyyəsinin üzərinə vəzifə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qusar rayonu Qusar bələdiyyəsinə qarşı iddia qaldıraraq “Qusar rayon X4 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 48 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qusar rayonu Yaşıltəpə ərazisində ona ayrılmış 400 kv. metr torpaq sahəsinin yerində təhvil verilməsi öhdəliyinin Qusar rayon bələdiyyəsinin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət arxivinin Quba filialının təqdim etdiyi arxiv çıxarışında qeyd olunur ki, Qusar rayonu icra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazisi üzrə nümayəndəliyində fərdi ev tikmək üçün torpaq sahəsinin növbəsində olan vətəndaşlar torpaq sahəsi tələbi haqqında rəsmi müraciət edirlər. Ona görə də rəhbərlik ailə vəziyyəti çətin, birgə yaşamları imkanı olmayan, Qarabağ döyüşlərində iştirak edən, tək ana və qəhraman anaları, mənzil növbəsindən torpaq sahəsinin növbəsinə daxil olan vətəndaşları nəzərə alaraq Qusar şəhərinin çayın kənarında vaxtilə bəzi vətəndaşlar tərəfindən geri qaytarılmış və şəhərin digər ərazisidə boş və istifadəsiz qalaq sahələrdə fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında qərar verilməsi xahiş olunur. Qusar rayon X2 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli Protokolunun 4X nömrəli qərarında qeyd olunur ki. Qusar şəhər vətəndaşlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında Qusar rayon X3 Rəyasət heyətinin qərarında qeyd olunur ki, Rayon İcra Hakimiyyəti Başçısının Qusar səhər inzibati ərazisi üzrə nümayəndəliyin xx.xx.1994-cü il tarixli, 212 №li vəsatətinə uyğun olaraq aşağıda adları qeyd olunan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün şəhərin yaşayış massivlərində boş qalan, istifadəsiz torpaq sahələrindən hər birinə 400 kv.metr olmaqla həyətyanı torpaq sahələri ayrılması qərarı almışdır. Həmin torpaq ilə əlaqədər olaraq 2022-ci ilin noyabr ayında rəsmi qaydada Qusar rayon Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayon Bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2022- ci il tarixli 362 nömrəli məktubda qeyd olunur ki, iddiaçının şifahi sorğusuna əsasən Qusar rayon XDS-ııın xx.xx.1994-cü il tarixli 48 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsinin ayrılması haqqında mövcud sənədlərə tərəflərindən baxılmışdır. Təqdim edilmiş arxiv arayışında torpaq sahəsi ayrılması haqqında məlumat göstərilir. Lakin sahənin yeri göstərilməmiş və layihə sənədləri yoxdur. Göstərilənlərə görə iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq yerin göstərilməsi qeyri-mümkündür. Hazırda Qusar rayon İcra Hakimiyyəti tələtindən iddiaçıya ayrılmış torpaq sahəsi Qusar rayon Bələdiyyəsinin mülkiyyətində olmasına baxmayaraq Qusar rayon İcra Hakimiyyəti Başçısının Ərazi nümayəndəliyi tərəfindən ayrılmış torpaq sahəsinin iddiaçıya yerində təhvil verilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən ciddi yanaşılmamış, formal mülahizələrə əsaslanaraq imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, ömrünün 30 ili ordu ilə bağlı olmuş, 1 il müharibə zonasında olmuşdur. 1994-cü il tarixdə Qusar rayonunda 4 sot torpaq ayrılmışdır. Torpaq sahəsinin yeri ona göstərilməmişdir, ona görədə istifadəsində torpaq sahəsi olmamışdır. Hesab edir ki, torpaq sahəsinin yerini bələdiyyə göstərib ona təhvil verməlidir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iş üzrə iddiaçı Qusar rayon X4 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 48 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qusar rayonu Yaşıltəpə ərazisində ona ayrılmış 400 kv. metr torpaq sahəsinin yerində təhvil verilməsi öhdəliyinin Qusar rayon bələdiyyəsinin üzərinə vəzifə qoyulmasını istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı Qusar rayon X4 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 48 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qusar rayonu Yaşıltəpə ərazisində ona ayrılmış 400 kv. metr torpaq sahəsinin yerində təhvil verilməsini tələb edir ki, Bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1449/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1449/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver