Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1452/2021 23.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına əvvəllər qeydə alınmış daşınmaz əmlaklar və torpaq sahəsi göstərməklə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında yazılı icrsaat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsi ilə "xxxx" Dövlət Şirkətinin razılığı əsasında həmin şirkətə daxil olan üzvisintez zavodunun ərazisində yerləşən 440/1 saylı sex 19 iyun 1996-cı il tarixdə 589650 manata satılmışdır. Sexin torpaq sahəsi 0.85 ha kimi qeydə alınmışdır. Bundan başqa sexin ölçüləri barədə rəsmi sənədlər akta əlavə olunmuşdur. 12.12.2006-cı ildə "xxxx" MMC-nin nizamnaməsi qəbul edilmişdir. Həmin nizamnamənin 1.1 bəndi müəyyən edir ki, "xxxx"məhdud məsuliyyətli cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvercilik aktları və bu nizamnamə əsasında həyata keçirir. Cəmiyyət 13.01.1992-ci ildə 49 nömrəli əmrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış İdman kommersiya klubu "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış daşınmaz əmlakın qeydiyyat vəsiqəsi və ona əlavə olaraq texniki pasport təqdim etmişdir. Qeydiyyat vəsiqəsi əsasında tərtib olunmuş texniki pasportda aşağıdakı danışmaz əmlaklar göstərilmişdir. 1. İstehsalat sexi, 2. İnzibati bina, 3. Transformator binası, 4. Anbar. Lakin qeydiyyat vəsiqəsində daşınmaz əmlakarın həcmi və ölçüləri barəsində hər hansı bir məlumat yoxdur. Bu da öz növbəsində müəyyən çətinliklər törədir. Belə ki, göstərilən qeydiyyat vəsiqəsinə əsasən hər hansı bir əməliyyat aparılması mümkün deyil. Göstərilən çatışmamazlıqlarm aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh ona rədd cavabı vermişdir. İmtinanın kökündə daşınmaz əmlak və onun üzərində yerləşdiyi torpaq sahəsin dövlət mülkiyyətinə aid olduğundan aparılmış həmin qeydiyyatın mübahisələndirilməsi üçün materiallar və malumat Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. İnzibati orqanın rədd cavabını aldıqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İmtinada qeyd olunmuşdur ki, guya qeydiyyat vəsiqəsində göstərilmiş daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi guya dövlət mülkiyətinə aiddir. İddiaçı inzibati orqana müraciət edərəkən artıq qeydiyyatdan keçmiş daşınmaz əmlakların dəqiq həcmi və ölçüləri barədə çıxarış verilməsini xahiş etmişdir Qeydiyyatı ümumiyyətlə mübahisələndirmir, digər tərəfdən qeydiyyat vəsiqəsindən görünür ki, 0.85 ha torpaq sahəsində yerləşən daşınmaz əmlaklar atıq Çıraqqala MMC-nin mülkiyyətindədir. Çıraqqala istər daşınmaz əmlakı, istərsə də, torpaq sahəsini dövlətdən almışdır. Torpaq sahəsi təbii ki dövlət mülkiyyətində olmaqla Çıraqqalanm həmin torpaq sahəsinə istifadə hüququ qeydiyyatdan keçməli idi. Lakin inzibati orqan qanunvericiliyin tələbinə uyğun olmayan cavab verərək ərizəni təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış daşınmaz əmlakların (1 ədəd istehsalat sexi binası və 1 ədəd anbar binası) ölçülərinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeyriyaşayış binasının Texniki Pasportu”nda göstərilən ölçülərə uyğun, istehsalat sexi binasının ölçüsü 2.016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilməklə "xxxx" MMC-yə yeni mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı "Çıraqqala” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, Üzvi- Sintez zavodunun ərazisində yerləşən, "xxxx" kiçik müəssisəsinin adına əvvəllər qeydə alınmış qeyri yaşayış binasına dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar 29 aprel 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq "xxxx" MMC-yə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərə əsaslanaraq Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmiş, aparılmış həmin qeydiyyatın mübahisələndirilməsi üçün məlumat və materiallar Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Belə ki, bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq araşdırma aparılıb, münasibət bildirildikdən sonra müraciətinə təkrar baxılacağı barədə ona 27 may 2021-ci il tarixli **********57 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ötən iclasarında iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 27 may 2021-ci il tarixli **********57 nömrəli imtina məktubu, etirazı, Üzvi Sintez zavodunun 440/1 nömrəli, 19 iyun 1996-cı il tarixli aktı surəti, 25 iyul 2000-ci il tarixli, 263 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20.10.2021-ci il tarixli, **********15 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Xidmətinin 06.09.2021-ci il tarixli, **********81 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaklara istifadə hüququnun yaranması haqqında "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsi ilə "xxxx" Dövlət Şirkətinin razılığı əsasında həmin şirkətə daxil olan üzvi-sintez zavodunun ərazisində əmlakların satılması haqqında 440/1 nömrəli, 19 iyun 1996-cı il tarixli aktının tərtib edilməsi vaxtından yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlaklar DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı "xxxx" MMC DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 27 may 2021-ci il tarixli **********57 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə daşınmaz əmlaklar "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi "xxxx" MMC Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq inşa etdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi X1 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Üzvi Sintez” zavodunun 19 iyul 1996-cı il tarixli aktı əsasında 440/1 nömrəli bina və onun sahəsi "xxxx" Kommersiya İdman klubuna verilmişdir. Sonradan nizamnaməyə edilmiş dəyişikliyə əsasən "xxxx" Kommersiya İdman klubunun bazasında "xxxx" MMC yaradılmış və həmin MMC "xxxx" Kommersiya İdman klubunun hüquqi varisi hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeyri-yaşayış binası mülkiyyət hüququ ilə qeydiyyata alınmış, lakin həmin qeydiyyat vəsiqəsində qeyri-yaşayış binasının ölçüləri öz əksini tapmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportu”nda qeyri yaşayı sahəsinin, yəni istehsalat sexi binasının ölçüsü 2.016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m olaraq göstərilmişdir. Qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması səbəbindən DƏDRX-in 2 saylı Ərazi İdarəsi iddiaçının xahişinin yerinə yetirməsindən imtina etmişdir. Qeyd olunan məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş və qeyri-yaşayış binası üzərində "xxxx" İdman klubunun mülkiyyət hüququnun 25.07.2000-ci ildə qeydiyyata alındığı, qeyri-yaşayış binasının altında olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Buna görədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcmini azaldaraq, yalnız qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materaillarını araşdırıb hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri ” haqqında Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Qeyri-yaşayış binasının ölçülərinə gəldikdə isə həmin ölçülər DƏDRX-in hüquqi sələfi olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən müəyyən edilərək “Qeyri-yaşayış binasının Texniki Pasportu”da öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. "xxxx" MMC-nin iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə düşür. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan və Sumqayıt şəhəri, Üzvi Sintez zavodunun ərazisində yerləşən qeyri-yaşayış binasının altındakı torpaq sahəsi dövlət torpaqlarına aid olmaqla yanaşı dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin mülkiyyətində olan torpaq sahələri istifadəyə və ya icarəyə verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi 15 ildən 49 ilədək uzunmüddətli müvəqqəti istifadəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində müvəqqəti istifadə və icarə hüquqları həyata keçirilə bilər. Yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvəqqəti istifadə və icarə hüququnun həyata keçirilməsi dövləti təmsil edən qurumların müstəsna səlahiyyətidir və həmin qurumlar istənilən zaman öz torpaq sahələri üzərində mövcud olan tikinti mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlamaq hüquqlarına malikdirlər. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verən qeyri-yaşayış binasının qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış daşınmaz əmlakların (1 ədəd istehsalat sexi binası və 1 ədəd anbar binası) ölçülərinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeyriyaşayış binasının Texniki Pasportu”nda göstərilən ölçülərə uyğun, yəni istehsalat sexi binasının ölçüsü 2.016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni mülkiyyət hüququnun Dövlət qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1452/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1452/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver