Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1453/2022 01.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, xəstədir. 37 yaşı var. Ona "Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar. Sol qamış sümüyünün distal metaepifizi. Sol incik sümüyünün diafizinin aşağı 1/3-nin oynaqdaxili qapalı qəlpəli yerdəyişmiş qeyri-düzgün bitişmiş sınıqları. Qamış-incik sindesmozunun çırılması na görə metalosteosintezlə fiksasiyadan sonrakı vəziyyət Daimi ağrı sindromu ilə (Bakı ETTOİ-nun xx.xx.2021-ci il tarixli **********/9447 saylı rəyi)” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma halında “Digər oynaqların postravmatik artrozu. Sol aşıq baldır oynağının postravmatik artrozu. Daimi ağrı ilə”, "Oynaqların kontrakturası. Sol aşıq baldır oynağının kontrakturası. Hərəkət həcmi 10 dərəcə” və "Hərəkət və yerişin pozulmaları. Sol aşağı ətrafın yeriş dayaq funksiyasının pozulması. Əl ağacının köməyi ilə gəzir”diaqnozları qoyulmuşdur. Həmçinin "Miopiya. Zəif dərəcəli miopiya" və "Nevrasteniya" diaqnozları ilə digər yanaşı xəstəliklərim də mövcuddur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. İİ qrup əlildir. Ona pensiya təyin edilmişdir. Lakin 2021-ci ildən etibarən pensiyaı əsassız olaraq dayandırılıb. Ağır xəstədir Özünü idarə edə bilmir Müddət ötdükcə xəstəliyim ağırlaşır. Qeyd edirəm ki, xəsarətləri hərbi xidmət keçərkən almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 04 mart 2015-ci il tarixli, 530 nömrəli Qərarı ilə "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" və "Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır" rəyləri verilmişdir. Mən xx.xx.2013-cü ildən-xx.xx.2013-cü ilə qədər, xx.xx.2014-cü i!dənxx.xx.2014-cü ilə qədər, xx.xx.2014-cü ildən-xx.xx.2014-cü ilə qədər,xx.xx.2014-cü ildənxx.xx.2014-cü ilə qədər və xx.xx.2014-cü ildən-xx.xx.2014-cü ilə qədər "Gəncə şəhərində yerləşən 230 saylı Hərbi Hospital"-da, xx.xx.2015-ci ildən-xx.xx.2015-ci ilə qədər və xx.xx.2015-ci ildən-xx.xx.2015-ci ilə qədər "Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı”-nda, xx.xx.2020-ci ildən-xx.xx.2020-ci ilə qədər 22 nömrəli Birləşmiş şəhər Xəstəxanasında, xx.xx.2021-ci ildən-xx.xx.2021-ci ilə qədər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında və xx.xx.2021-ci ildə ET Travmatalogiya və Ortopediya İnstitutunda stasionar müalicə kursları keçmişdir. Səhhətim günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Maddi vəziyyəti çox ağırdır, müalicə ala bilmir. 1 saylı Sumqayıt şəhər X1 tərəfindən 21 oktyabr 2021-ci il tarixli, 0531003AALP3 saylı göndəriş, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi təyin edilmir. "Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən məlum olur ki, əlillik vəziyyətim səhiyyə müəssisəsinin 0531003AALP3 saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı əyani qaydada müayinə edilmiş, lakin onda aşkar edilən xəstəliyin əlamətləri ona əlilliyin təyin edilməsi üçün əsas olmamışdır. Bununla bağlı onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan : - İddiaçıya məxsus AZE N ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1987-ci il təvəllülüdür. - -İddiaçıya məxsus 654418 seriyalı vəsiqədən görünür ki, DSMF-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK tərəfindən verilmiş arayışdan görünür ki,İddiaçı xx.xx.2015-ci il tarixdən 1 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. - Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilmiş 0531003AALP3 nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - -TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsinə imtina edilmişdir. - -DSMF-nin Abşeron –Xızı regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci l tarixli arayışından görünür ki,İddiaçı DSMF-nin Abşeron –Xızı regional filialında xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlilliyə görə təqaüd alan kimi qeydiyyatda olmuşdur. - 1 nömrəli şəhər xəstəxanası tərəfindən məhkəmənin sorğusuna əsasən 05 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı dair “ Əlillik” altsistemindən çıxarış məhkəməyə göndərilmişdir. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T 277/2022 saylı rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin TSEK təərfinfən qiymətləndiirlməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar,sol qamış sümüyünün distal metapifizinin sol incik sümümyünün diafizinin aşağı 1/3 -nin oynaqdaxili qapalı qəlpəli yerdəyişmiş, qeyri-düzgün bitişmiş sınıqları, qamış-incik sindesmozunun cırı İmasına görə metaloosteosintezlə fiksasiyadan sonrakı vəziyyət, daimi ağrı sindromu ilə, sol aşıq-baldır oynağının postravmatik artrozu, daimi ağrı ilə sol aşıqbaldır oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə sol aşağı ətrafın yeriş-dayaq funksiyasının pozulması, əl ağacının köməyi ilə gəzir (Baki ETTOİ-nun xx.xx.2021-ci il tarixli, **********/947 saylı rəyi), zəif dərəcəli miopiya, nevrasteniya” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının meyarlarını aid etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istər iddiaçının əlilliyin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. İş materiallarında iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, üçuçilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının son 1 il ərzində yalnız xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olması və xx.xx.2021-ci il tarixdə müayinədə olması müəyyən edilmişdir ki, bu qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən görünür ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.4-cü bəndinə əasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur (1.5) Əsasnamənin 2.1-2.5-ci bəndlərində əlilliyin təyin olunması üçün meyarlar sadalanmışdır. Lakin iddiaçıda müəyyən edilən diaqnoz əlilliyin təyin olunması üçün nəzərdə tutulmuş meyarlar arasında nəzərdə tutulmamışdır. Azəfrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliin qiymətlənidirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinı göndərişlərin verilməsi Qaydası”nın 1.-ci bəndinə görə göndərişin verilməsi üçün əsas aşağıdakılardan ibarətdir ... 1.5.1 şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1453/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1453/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver