Məhkəmə qərarları › İş №2-1(118)-1453/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1453/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1453/2024 23.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X28 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi və vəkili İddiaçı7, Üçüncü şəxs X1 nümayəndəsi X26 iştirakı ilə İddiaçılar İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Salahova(Həsənova) İzafə Qəribağa qızının Cavabdehnə qarşı "Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının X17, X12, X18 və X6 aid hissədə ləğv edilməsi və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamənin ləğv edilməsi"nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və qeydlərinin vərəsəliklə bağlı iddiaları üzrə Siyəzən rayon məhkəməsində baxılan mülki işin materiallarına əlavə edilmiş JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamədən göründüyü kimi Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı ilə Siyəzən rayonu Yenikənd kəndi ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi birinci nigahdan olan vərəsələrin hüquqları nəzərə alınmadan X13, X7, X14 və X3 mülkiyyətinə verilmişdir. 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə X13 birinci nigahdan olan vərəsələrinin Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikililərə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin reyestrində paylı mülkiyyətçi kimi qeydə alınması barədə rəsmi müraciət olunmuşdur. Vərəsələrin reyestrdə qeydə alınmasından imtina edilərək məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bununla da X13 birinci nigahdan olan ailə üzvləri mülkiyyət hüququndan kənarda qalmışlar. İddiaçıların pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Siyəzən rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarının X17, X12, X18 və X6 aid olan hissədə ləğv edilməsi üçün Cavabdehnə müraciət edilmişdir. Həmin qrum əsaslı səbəb göstərmədən qərarı ləğv etməkdən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini bildirmişdir. Araşdırma zamanı torpağın verilməsinə dair ilkin sənədlərin və X13 birinci nigahı dövründə təsərrüfatına dair məlumatın əldə edilməsi məqsədilə müvafiq olaraq Azərbaycan Respublikası X50 rayon filialına və Siyəzən rayon filialına müraciət olunmuşdur. Sorğulara verilmiş cavablarla aşağıdakılar müəyyən edilmişdir. AR X38 filialından göndərilmiş Dəvəçi (indiki Şabran) rayonu Yenikənd kənd X29 İcraiyyə Komitəsinin 1974-1976-cı illəri əhatə edən Yenikənd kəndi üzrə 02 saylı “təsərrüfatbaşına kitabının 110 saylı hesab nömrəsində X13 təsərrüfatı barədə aşağıdakı məlumat verilmişdir. Təsərrüfatın şəxsi istifadəsində 0,25 ha, o cümlədən tikililərin, kolluqların, meşəliyin, qobu -dərələrin və ictimai yolların altında 0,02 ha torpaq sahəsi qeyd edilmişdir. X13 təsərrüfatı aşağıdakı kimi olmuşdur: X30-1925-ci il X31- həyat yoldaşı- 1930-cu il X32-xx.xx.1950-ci il X19-xx.xx.1952-ci il İddiaçı1-xx.xx.1955-ci il X20-xx.xx.1957-ci il İddiaçı7 Qəribağa oğlu-xx.xx.1959-cu il İddiaçı2-xx.xx.1963-cü il İddiaçı3-xx.xx.1965-ci il X27-xx.xx.1968-ci il AR X50 filialından verilmiş sorğu əsasında Dəvəçi (indiki Şabran) rayon XDS İcraiyyə Komitəsinin 10 iyun 1967-ci il tarixli iclası ilə bağlı tərtib olunmuş 14 №-li protokolu göndərilmişdir. Həmin protokolda aşağıdakılar qeyd olunmuşdur. “ Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin iclası qərara alır: 30.Lenin südçülük sovxoz direktorunun 09Wİ-67-Cİ il tarixli 120 № li əmri nəzərə alınmaqla Yenikənd kənd əhli X21 fərdi mənzil tikintisi üçün Yenikənd kəndindən genplana uyğun 1250 kvm torpaq sahəsi verilsin”. X30 qanuni əsaslarla ona verilmiş 0,25 ha torpaq sahəsində 1967-1974-cü illər ərzində 62.5 kv.m ölçüdə olan iki mərtəbəli yaşayış evi, 52,3 kv.m ölçüdə olan yay mətbəxti, tövlə və s. ümumi ölçüsü 114,8 kv m olan tikililər inşa etdirmiş və torpağın qalan hissəsini isə yardımçı təsərrüfat kimi istifadə etmişdir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan müstəqillik qazanana qədər isə mülkiyyət forması sosialist mülkiyyəti və şəxsi mülkiyyətdən ibarət olmuşdur. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 88-ci maddəsində qeyd olunmuşdur ki, Sosialist mülkiyyəti: dövlət (ümumixalq) mülkiyyətindən, kolxozların, sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətindən, ictimai təşkilatların mülkiyyətindən ibarətdir. Şəxsi mülkiyyət vətəndaşların tələbatını ödəmək vasitələrindən biridir. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 100-cü maddəsinə əsasən vətəndaşların şəxsi mülkiyyətində, onların maddi və mədəni tələbatını ödəmək təyinatlı əmlak ola bilər. Hər bir vətəndaşın şəxsi mülkiyyətində əməyinin gəliri və qənaətləri, yaşayış evi ( və ya onun bir hissəsi) və yardımçı ev təsərrüfatı, ev təsərrüfatı və məişət predmetləri, şəxsi istehlak və rahatlıq şeyləri ola bilər. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 101-ci maddəsinə əsasən vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi və ya bir evin müəyyən hissəsi ola bilər. Beləliklə də müstəqillik qazanılana qədər qüvvədə olan qanunvericiliyə görə vətəndaşın şəxsi mülkiyyətində olan əmlak o öləndən sonra miras əmlaka çevrilir. X31 1980-cı ildə vəfat etmiş və o, ölən günə qədər Siyəzən rayonu Yenikənd kəndində həmin iki mərtəbəli evdə yaşamışdır. Azərbaycan SSR-in Nigah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən Ərarvadın nigah müddətində qazandıqları əmlak o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı ( gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzürlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da, onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nigah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Azərbaycan SSR-in Nigah və Ailə Məcəlləsinin 28-ci maddəsinə əsasən ər- arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir. Azərbaycan SSR-in 1976-cı il tarixli və mərhumun vəfat etdiyi vaxt qüvvədə olan Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik vəsiyyət üzrə və qanun üzrə həyata keçirilir. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün hesab olunur. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən birinci növbə vərəsəlikdə paylar bərabər olmaqla uşaqlar, ər (arvad) və ölənin valideynləri birinci növbə vərəsələr hesab olunurlar. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən Mirasın qəbuluvərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş olur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus olduğu hesab olunur. Göründüyü kimi mərhumə X22 vəfatından sonra miras qalmış 0,25 ha torpaq sahəsi və onun üzərində tikilmiş iki mərtəbəli yaşayış evi, yay mətbəxti, tövlə və s. tikililər və 0,02 ha torpaq sahəsi Azərbaycan SSR-in Nigah və Ailə Məcəlləsinin 28-ci maddəsində qeyd olunan “ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir” müddəası nəzərə alınmaqla onun qanuni vərəsələri ilə digər vərəsə X30 arasında mirasın bölgüsü aşağıdakı qaydada olmalıdır. Ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin və üzərində tikilmiş 62.5 kv.m ölçüdə olan iki mərtəbəli yaşayış evinin , 52,3 kv.m ölçüdə olan yay mətbəxtinin, tövlə və s. tikililərin; eləcədə 0,02 ha torpaq sahəsinin 2/1 hissəsi X13 payına ayrıldıqdan sonra yerdə qalan torpaq sahəsinin 12,5 ha və iki mərtəbəli evin 31,25 kv.m hissəsi; yay mətbəxtinin, tövlənin və s. tikililərin 26,15 kv.m ölçüdə olan hissələri; həmçinin 0,01 ha torpaq sahəsi X13, X15, X4, İddiaçı1, X5, İddiaçı7 Qəribağa oğlunun, İddiaçı2, İddiaçı3 və X9 hər birinə 1/9 hissədə faktiki olaraq mirası qəbul etmiş qanun üzrə vərəsələrin miras payı kimi onların mülkiyyəti hesab edilməlidir. Yerdə qalan, yəni X8 miras qalmış Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən 12,5 ha torpaq sahəsi və üzərində tikilmiş iki mərtəbəli evin 31,25 kv. m hissəsi, 26,15 kv.m ölçüdə olan yay mətbəxti, tövlə və s. tikililər; 0,01 ha torpaq sahəsi, 2,54 ha torpaq sahəsinin mərhumun payına düşən hissəsi; VAZ 2103 minik markalı avtomobil qanun üzrə vərəsələr X15, X4, İddiaçı1, X5, İddiaçı7 Qəribağa oğlunun, İddiaçı2, İddiaçı3, X9, X7 və X14 hər birinə 1/10 hissədə qanun üzrə vərəsələrin miras payı kimi bölünməli idi. Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə asasən Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüqüqu yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Həmin qanunun 22-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edəbilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Göründüyü kimi vərəsələrin pozulmuş hüquqlarının bərpa edilməsi üçün edilmiş müraciəti Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi təmin etməyərək vərəsələri reyestr qeydiyyatına almaqdan imtina etmiş və həmçinin Cavabdeh də Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34- 11 saylı qərarının və onun əsasında verilmiş JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamənin ləğv olunması ilə bağlı edilmiş müraciət təmin olunmamışdır. Bununla da X13 birinci nigahdan olan vərəsələrinin mülkiyyət və vərəsəlik hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndində qeyd olunmuşdur ki, dövlət vərəsəlik hüququna təminat verir Ona görə də Siyəzən rayon məhkəməsində baxılan mülki iş üzrə məhkəmə tərəfindən ədalətli və obyektiv məhkəmə qərar qəbul olunmasına maneə yaradan Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı əsassız qərarının və həmin qərarın əsasında verilmiş JN seriyalı, 053 nömrəli, 30505018 kodlu şəhadətnamənin ləğv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin məcəllənin 2.2-ci madəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsində qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 37-ci maddəsində qeyd olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsində qeyd olunmuşdur ki, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.-cu maddəsinə əsasən İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsində qeyd olunmuşdur ki, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi və vəkili İddiaçı7 iştiak etmiş, iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmişdir. Üçüncü şəxslər X16 və X33 etirazlarında qeyd etmişdirlər ki, Mübahisləndirilmə tələbinə" dair iddia ərizəsi istər mülki mühakimə, istərsə də inzibati prosessual qanunverciliyinə uyğun olmayan formada tərtib edilmişdir. Ona görə ki, ümumbirgə mülkiyyətçilərə münasibətdə torpaq paylarına dair torpağın mülkityətə verilməsinə dair şəhadətnamənin ləğvinin tələb edilməsinə və bu mübahisə yalnız birbaşa paylı mülkiyyətçiırəin hüquq və vəzifələrinə toxunmasına baxmayaraq iddiaçı tərəfindən heç bir mülkiyyətçi (ikinci nikahdan olan vərəsələr) işə cəlb edilməmişdir. Odur ki, məhkəmə müdafiə hüququndan istifadə edərək, hazırki iddia tələbinə, aşağıdakılara əsasən tam etiraz edir. Belə ki, iddia tələbinin fakti halı kimi göstərilir ki, ‘’İddiaçı1 və digərlərinin vərəsəliklə bağlı iddiaları üzrə Siyəzən rayon Məhkəməsində baxılan mülki işin materiallarına əlavə edilmiş JN seriyalı. 053 nömrəli.30505018 kodlu şəhadətnamədən göründüyü kimi Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı ilə Siyəzən rayon Yenikənd kənd ərazisində 0.25 ha. həyatyanı torpaq sahəsi birinci nikahdan olan vərəsələrin hüquqları nəzərə alınmadan X23 , X7, X24 və X3 mülkiyyətinə verilmişdir. Bununla da X10 birinci nikahdan olan ailə üzvüləri mülkiyyət hüququndan kənarda qalmışlar". X10 birinci nikahdan olan ailə üzvülərinin etimal edilən mülkiyyət hüquqlarından kənarda qalmaları və iddia tələbinin əsassız olması aşağıdakı 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq normasının tələbinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş əsasnamənin müddəlarının mənasına görə tam qanunidir. 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir". Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sadalanan normaların tələblərindən görünür ki. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, . . . əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “ Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” əsasnaməyə görə ,bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Beləliklə yuxarıda qeyd edilənlərlə, o cümlədən, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, torpaqların onların mülkiyyətinə verilməsi qaydaları və şərtləri ilə müəyyən edilir ki, '"Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı ilə Siyəzən rayon Yenikənd kənd ərazisində 0.25 ha. həyatyanı torpaq sahəsi birinci nikahdan olan vərəsələrin hüquqları nəzərə alınmadan verilməsi" məzmununda irəli sürülmüş iddia tələbinin faktiki halı", birinci nikahdan olan vərəsələr, "Torpaq islahatı aparılan zaman mübahisəli evdə və həyatyanı torpaq sahəsin üzrə qeydiyyatda olmamaqla yaşamadığlarına, habelə həmin torpaq sahəsi onların qanuni istifadəsində olmadığına və torpaq sahəsinin əvəzsiz alması barəsində müvafiq ərizə vermədiyinə" görə əsassızdır . Lakin birinci nikahdan olan vərəsələr, ataları öldükdən sonra, yəni xx.xx.2009-cu il tarixdən sonra xx.xx.2017-ci ,xx.xx.2018-ci il, xx.xx.2018-ci, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində (mülki işə bax) açılmış vərəsəlik işləri əsasında qəbul edilmiş miras əmlaklar barəsində, başaq sözlə bölünməsi iddia edilən miras əmlaklar, mirasın qəbulunun açılmasından 8,9,10,12 il müddətində iddiaçılar susmuş və bu müddətıər ərzində susmaları ilə Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarı ilə Siyəzən rayon Yenikənd kənd ərazisində miras qalmış 0.25 ha. həyatyanı torpaq sahəsinin, 1/4 hissəsinə münasibətdə miras əmlakı qəbul etməkdən könüllü imtina etmişlər. Bununla da AR MM-nin 1273-1-ci ( Vərəsənin susması) maddəsinə görə “Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş üç və ya altı ay müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir’.Ona görə ki, AR MM-nin 1246-cı “Mirasın qəbul edildiyi müddət” maddəsinin mənasına görə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Beləliklə iddiaçıların əsassız iddia etdikləri miras kütləsinə daxil olan 0.25 ha. ölçüdə həyatyanı torpaq sahəsi əslində Torpaq islahatı aparılaraq 1. X25,2. Arvadı,X7 və onalrın iki övladları 3.X24,4.X11 ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətlərinə verilmişdir (yəni, X25 öldüyü gününə qədər 0.25 ha. torpaq sahəsi üzrə ¼ hissəsdə torpaq payı olmuşdur, yerdə qalan ¾ hissəsi ikinci nikahdan olan arvadı və iki övldına məxsus olmuşdur). Torpaq islahatı aparılan zaman o şəxslərə (vətəndaşlara) əvəzsiz torpaq sahələri verilirdiki,həmin torpaq sahəsi, üzərində yaşayan şəxslərin (mülkiyyətçilərin ) qanuni istifadəsində olmal,habelə həmin torpaq sahəsi üzrə onlar qeydiyyatda olub faktiki yaşamalı və müvafiq ərzə ilə adiyyəti üzrə müraciət etməli idilər. Bu baxımından, həmin dövürdə, yəni torpaq islahatı aparılarkən iddiaçılar iddia etdikləri miras həyətyanı torpaq sahəsi üzrə qeydiyyata olmuş, yaşamadıqlarına görə onlara münasibətdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 nömrəli qərarı əsasında xx.xx.2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onların heç birinin adı ümumibirgə mülkiyyətçi kimi göstərilməmişdir,elə bu fakt sübut edir ki, iddiaçılar ən azı xx.xx.2004-cü ildən, bu günə qədər 0.25 ha. ölçüdə həyatyanı torpaq sahəsində, habelə üzərində tikilmiş Dövlət tərəfindən daşınmaz əmlak kimi tanınmayan evdə yaşamamışlar. X41 ölümündən sonra 0.25 ha. torpaq sahəsinin onun payna düşən ¼ hissədə, yəni 0.0625 ha torpaq payı olmuşdur. “Notariat kantorunda Qərbağa Həsənovun ölümündən sonra 0.25 ha. torpaq sahəsinin onun payna düşən ¼ hissəsinə, yəni 0.0625 ha torpaq payına vərəsəlik işi açlarkən ’"Qızqayıt Həsənovanın və Vahid Həsənovun vərəsələrin olub-olmaması barədə məlumat verməmələri “fikirinə münasibətdə onu bildirir ki, qeyd edildiyi kimi vərəsəlik işi xx.xx.2019-cu il tarixdə yəni miras qoyanın ölümündən 10 il keçdikdən sonra açıldığına görə miras qalmış onun payna düşən ¼ % hissədə, etimal edilən miras şərikləri susduğlarına görə mövcud olmadığıları nəzərə alınmışdır.Çünki iddiaçıların arasında vəkil statusunda olan iddiaçı olduğundan etimal edilmir ki, iddiaçılar vərəsəlik hüquqlarının olmasından bu 10 il müddətində bixəbər olsunlar. Başqa sözlə ikinci nikahdan olan ümumbirgə mülkiyyətin digər üzvüləri ataları öldükdən sonra tez tələsik mirası qəbulunu həyata keçirməmişlər və bununla da sübut olunur ki, iddiaçıların miras bölünməsi haqqında əna əzi 10 il müddələri olmuşdur, habelə buradan görünür ki, ikinci nikahdan olan vərəsələr ¼ hissədə mirası, miras əmlakı faktiki qəbul etdikləri hala görə qəbul etmişlər. Yuxarıda tələbin faktiki əsasları kimi göstərilən hallardan və onları əsassız olduğunu sübut edən etirazın dəlliləri, habelə onları təsdiq edən hüquq normaları və mülahizlərlə müəyyən olunur ki.iddiaçıların miras əmlakın bölünməsi ilə əlaqədar irəli sürdüyü tələbin hüquq əsasları (iddiaçıların sübyektiv vərəsəlik hüququ) yoxdur. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Beləliklə yuxarıda qeyd edilən etirazı əsaslandırılan hallardan,müvafiq maddi hüquq normalarının mənaları və hazırki, tələbin faktiki halları ilə müəyyən olunur ki,iddiaçılar,habelə vəkil iddiaçı, üzürsüz səbəb olmadan mirasın qəbul edildiyi müddəti ötürmüşdür.Başqa sözlə iddiaçılar vaxtında nə mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etməsi barədə ərizə vermiş,nə də ki, bunsuz bu istiqamətdə hər hansı hərəkət etməmişlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi X36 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında mübahisələndirmə haqqında iddiaların mümüknlük şərtləri arasında subyektiv hüququn olması və iddia müdətinin ötürülməməsi göstərilmiş və bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır. İddiaçılar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34- 11 saylı qərarının X17, X6, X2, X18 və X6 aid hissədə ləğv edilməsi istəyir. Məhkəmə ilkin olaraq hesab edir ki, iddiaçıların hüquq müdafiə vasitəsi olaraq hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyil. Belə ki, iddiaçılar Cavabdehnə qarşı iddia qaldırsalar da, mübahisə mahiyyəti etibarı ilə mərhum X13 hazırkı iş üzrə iddiaçı olan birinci nigahdən olan övladları ilə hazırkı iş üzrə üçüncü şəxs olan ikinci nigahdan olan övladları arasında yaranmışdır. İddiaçılar Azərbaycan SSR-in Mülki Məcəlləsinə və vərəsəliklə bağlı normalara istinad edərək hüquq irəli sürür və Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34-11 saylı qərarını hissəvi olaraq mübahisələndirir. Məhkəmə hesab edir ki, aqrar islahat zamanı mülkiyyət hüququ tanınan torpaq sahəsi ilə bağlı müvafiq aqrar islahat komisiyasının qərarı, vərəsəlikdən irəli qələn subyektiv hüquq əsasında mübahisələndirilə bilməz. Belə ki, 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir". Göründüyü kimi aqrar islahat aparılan zaman torpaq sahəsinə mülkiyyət hüququnun yaranma əsası vərəsəliklə bağlı hüquqlar yox, həmin vaxt torpaq sahəsinin qanuni istifadədə olması əsasıdır. İddiaçıların təqdim etdiyi sənədlərdə torpaq sahəsinin 1974-1976-cı illərdə onların qanuni istifadəsində olduğu müəyyən edilir. Lakin iddiaçıların aqrar islahat aparalın zaman topaq sahəsinin onların qanuni istifadəsində olması ilə bağlı hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları olsaydı belə, iddia müddətinin ötürülməsi əsası ilə iddia mümkün hesab edilməməli idi. Belə ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi aqrar islahatla bağlı qərarların mübahisələndirilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən müddətə şamil edilmişdir və eyni zamanda hazırda qüvvədə olan qanunvericiliyə əsasən müddətin bərpa edilməsinə yol verilmir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı iddiaya baxılması hüquqi müəyyənlik prinsipi ilə də ziddiyət təşkil edir. İddiaçılar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34- 11 saylı qərarının X17, X6, X2, X18 və X6 aid hissədə ləğv edilməsi ilə yanaşı həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 053 nömrəli 30505018 kodlu şəhadətnamənin ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, istinad edilən şəhadətnamənin mübahisələndirilə bilməsi iddianın ilkin hissəsindən asılıdır və həmin şəhadətnəmənin inzibati məhkəmə icraatı qaydasında mübahsələndirilməsi zamanı cavabdeh inzibati orqan iddiaya cavab verməli orqan olmalı, iddianın ilkin hissəsinin nəticəsindən asılı olaraq mümüknlük şərtləri imkan verdiyi halda ayrı məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddianın ilkin hissəsi uğurlu olsa idi belə, iddianın ikinci hisəsinə birinci hisəsi ilə birlikdə baxıla bilməzdi. Bu hallar Ali Məhkəmənin müvafiq qərarları ilə ümumiləşdirilmiş və bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar