Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1454/2020 03.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N saylı hərbi hissənin tərkibində xidməti ilə bağlı veteran kimi tanınıraq müharibə veteranı statusunun və veteran vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması”-na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N saylı hərbi hissənin tərkibində xidməti ilə bağlı veteran kimi tanınıraq müharibə veteranı statusunun və veteran vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı eyni tərəfə qarşı, eyni iddia tələbi üzrə inzibati iş olmuş, Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(085)-1304/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-709/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2- 1(085)-1304/2019 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1304/2019 saylı Qərarı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı məhkəmədə eyni tərəfə qarşı, eyni iddia ilə bundan əvvəl də iddia qaldırmış, iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1454/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1454/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver