Məhkəmə qərarları › İş №2-1(118)-1456/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1456/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1456/2021 21.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı nənəsindən vərəsəlik hüququ əsasında miras qalmış Xaçmaz şəhəri, Aşağı Zeyid kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqlı, yaşayış sahəsi 14 kv.m, faydalı sahəsi 10 kv.m olan fərdi yaşayış evinin və onun altında yerləşən 55 m x 50 m ölçüsündə torpaq sahəsi üzərində hüquqlarının 06.02.1997-ci il tarixdə “Aztexinventarlaşdırma” İB-nin Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 426 saylı qeydiyyat vəsiqəsi və 1988-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı nənəsindən vərəsəlik hüququ əsasında miras qalmış Xaçmaz şəhəri, Aşağı Zeyid kəndi ərazisində yerləşən birmərtəbəli, birotaqlı, yaşayış sahəsi 14 kv.m, faydalı sahəsi 10 kv.m olan fərdi yaşayış evinin və onun altında yerləşən 55 m x 50 m ölçüsündə torpaq sahəsi üzərində hüquqlarının 06.02.1997-ci il tarixdə “Aztexinventarlaşdırma” İB-nin Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 426 saylı qeydiyyat vəsiqəsi və 1988-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və onun nümayəndəsinə tələblə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. İddiaçının nümayəndəsi cavabdeh inzibati orqana nüraciət etdiklərini, lakin cavabdehin 29 yanvar 2021-ci il tarixli məktubu ilə müraciətlərinin təmin edilməsindən imtina edildiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Hazırki işdə iddiaçı tərəfindən cavabdeh inzibati orqana sözügedən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, cavabdehin 29 aprel 2021-ci il tarixli məktubu ilə onların müraciətinin təmin edilməsindən imtina olunmamış, onlara qonşu ilə aralarında mübahisə olması səbəbindən daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmişdir. Bu isə mahiyyəti etibarilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasından imtina kimi qiymətləndirilə bilməz. Eyni zamanda qeyd edilən məktubda iddiaçıya bildirilmişdir ki, göstərilən çatışmazlıqlar aradan qaldırlaraq yenidən müraciət olunacağı təqdirdə hüquqların dövlət qeydiyyatına alınması məsələsinə baxılacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi və ya hərəkətsizlik göstərildiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı nənəsindən vərəsəlik hüququ əsasında miras qalmış Xaçmaz şəhəri, Aşağı Zeyid kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqlı, yaşayış sahəsi 14 kv.m, faydalı sahəsi 10 kv.m olan fərdi yaşayış evinin və onun altında yerləşən 55 m x 50 m ölçüsündə torpaq sahəsi üzərində hüquqlarının 06.02.1997-ci il tarixdə “Aztexinventarlaşdırma” İB-nin Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 426 saylı qeydiyyat vəsiqəsi və 1988-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar