Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1456/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində ona məxsus ticarət obyektinin yerləşdiyi 43 kv.metr torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 10 noyabr 2022-ci il tarixli **********01 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 287 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində faktiki olaraq istifadə etdiyi ticarət obyektinin yerləşdiyi 32 kv.metr torpaq sahəsi iddiaçının adına özəlləşdirilmiş və 393 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamla 287 saylı, xx.xx.2004-cü il tarixli Sərəncama dəyişiklik edilərək "Obyektin yerləşdiyi 32 kv.metr torpaq sahəsi" sözləri "Obyektin yerləşdiyi 43 kv.metr torpaq sahəsi" sözləri ilə əvəz edilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən Çıxarışın verilməsi barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, **********01 saylı, xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici əsaslar, həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmiş və idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 0,0172 ha zəbt torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Hesab edir ki, göstərilən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qeyri-qanuni və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. AR Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar. habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. AR Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan İcarə və istifadə hüquqları istisna olmaqla) qanunverici Üklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində1 olan -torpaq sahələrinin ayrılması ilə yaranan hüquqların, habelə torpaq sahələri v-ə digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 84-cü maddəsinin bci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sözügedən-torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə isə həmin Sərəncamı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh yazır ki, 172 kv.m zəbt torpaq sahəsi mövcuddur, onun heç bir zəbt sahəsi yoxdur, tikintinin hamısına sənədləri vardır. Lakin hazırda o Prezidentin fərmanlarına əsasən 43 kv.m torpaq sahəsinə mülkiyyət sənədi istəyir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində ona məxsus ticarət obyektinin yerləşdiyi 43 kv.metr torpaq sahəsi üzərində hüquqlarının özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsinə xx.xx.2022-ci ıl tarixli, ********** nömrəli ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüququmüəyyənedicı əsaslar həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsi ümumi hasara alınmış 2 tərəfdən mişar daşı və 2 tərəfi qeyri yaşayış binası ilə hüdudlanmış 0.0215 ha daxilində yerləşir. 0.0172 ha zəbt torpaq sahəsi mövcuddur Torpaq sahəsində tikinti altı sahəsi 114.0 kvm olan 2 mərtəbəli qeyri yaşayış binası ( Texnomart electronics) mövcuddur. Qeyri yaşayış binası zəbt torpaq sahəsində yerləşir. İddia ərizəsinə əlavə edilmiş Dövlət Əmlakının İdarə X5 Komitəsi tərəfindən xx.xx.2006-cı ıl tarixdə verilmiş 00282 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən ümumi sahəsi 37.7 kv.metr olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları müəyyən olunmuşdur. Lakin, baxış aktından da göründüyü kimi qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 114.0 kv.metrdir. Hesab edirlər ki, müvafiq torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı iddia ərizəsində qeyd edilən Sumqayıt Şəhər icra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 287 saylı və xx.xx.2004-cü il tarixli, 393 saylı sərəncamları əsassızdır. Belə ki, əvvəllər dövlət əmlakı olan 37.7 kv.metr olan qeyri-yaşayış sahəsi, Dövlət Əmlakının İdarə X5 Komitəsi tərəfindən özəlləşdirildiyindən, onun yerləşdiyi torpaq sahəsi də həmin orqan tərəfindən özəlləşdirilməlidir. 'Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə və həmin qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 382 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı: dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi: dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; dövlət əmlakının hərraclar vasitəsilə satışı: dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı: icarəyə verilmiş dövlət əmlakının satışı; dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı formasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60.1-ci məddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göründüyü kimi, hazırki iş uzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası iddiasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquq vardır, cavabdeh inzibati orqan iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində ona məxsus ticarət obyektinin yerləşdiyi 43 kv.metr torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüququmüəyyənedicı əsaslar həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsi ümumi hasara alınmış 2 tərəfdən mişar daşı və 2 tərəfi qeyri yaşayış binası ilə hüdudlanmış 0.0215 ha daxilində yerləşir. 0.0172 ha zəbt torpaq sahəsi mövcuddur Torpaq sahəsində tikinti altı sahəsi 114.0 kvm olan 2 mərtəbəli qeyri yaşayış binası ( Texnomart electronics) mövcuddur. Qeyri yaşayış binası zəbt torpaq sahəsində yerləşir. İddia ərizəsinə əlavə edilmiş Dövlət Əmlakının İdarə X5 Komitəsi tərəfindən xx.xx.2006-cı ıl tarixdə verilmiş 00282 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən ümumi sahəsi 37.7 kv.metr olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları müəyyən olunmuşdur. Lakin, baxış aktından da göründüyü kimi qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 114.0 kv.metrdir. Hesab edirlər ki, müvafiq torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı iddia ərizəsində qeyd edilən Sumqayıt Şəhər icra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 287 saylı və xx.xx.2004-cü il tarixli. 393 saylı sərəncamları əsassızdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 287 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində faktiki olaraq istifadə etdiyi ticarət obyektinin yerləşdiyi 32 kv.metr torpaq sahəsi iddiaçının adına özəlləşdirilmiş və 393 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamla 287 saylı, xx.xx.2004-cü il tarixli Sərəncama dəyişiklik edilərək "Obyektin yerləşdiyi 32 kv.metr torpaq sahəsi" sözləri "Obyektin yerləşdiyi 43 kv.metr torpaq sahəsi" sözləri ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının faktiki istifadəsində 0.0215 ha torpaq sahəsinin olması eyni zamanda həmin torpaq sahəsində tikinti altı sahəsi 114.0 kvm olan 2 mərtəbəli qeyri yaşayış binası ( Texnomart electronics) mövcud olması işin mübahisə olunmayan halıdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə və tikililərə aid olan digər müvafiq icazə sənədləri olsa da o, hazırda 43 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. İddia ərizəsinə əlavə edilmiş Dövlət Əmlakının İdarə X5 Komitəsi tərəfindən xx.xx.2006-cı ıl tarixdə verilmiş 00282 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən ümumi sahəsi 37.7 kv.metr olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları müəyyən olunmuşdur. Göründüyü kimi bu əmlak dövlət əmlakı kimi iddiaçı tərəfindən özəlləşdirilmişdir. Bu halda isə həmin əmlakın yerləşdiyi torpaq sahəsi də qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumu tərəfindən özəlləşdirilə bilər. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə və həmin qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 382 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60.1-ci məddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamlarına istinad etsə də, onun xüsusi mülkiyyətinə verilmiş qeyi-yaşayış obyektinin altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququ yaradan hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında 47 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmasa da, özəlləşdirilmiş dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin satın alınmasını müvafiq qurumdan tələb etmək hüququ istisna edilmir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarı da qeyd edilmiş hallar imtina üçün əsas təşkil edir və eyni zamanda cavabdeh inzibati orqanın hərəkətlərində qanunvericiliyə zidd olan hərəkətlər müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1456/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1456/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver