Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1458/2022 07.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs “Vicdan-1” firmasının nümayəndəsi X3, Üçüncü şəxs “Vicdan-1” firmasının nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə “Vicdan-1” firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq “Vicdan-1” firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Resöublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə “Vicdan-1” firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq “Vicdan-1” firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmışdövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri ilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi və iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. Həmin normaya əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının vəkilinə həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. Eyni zamanda ona izah edilmişdir ki, qeydiyyat vəsiqəsi inzibati akt olmadığından həmin vəsiqənin verilməsinə əsas olmuş sənədi məhkəmədə mübahisələndirə bilər. Həmçinin bildirilmişdir ki, belə olduğu halda da iddia müddəti ilə bağlı məsələyə baxılacaqdır. İddiaçının nümayəndəsi və vəkili iddiaya olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin mübahisələndirdiyi qeydiyyat vəsiqəsi ilə “Vicdan-1” firmasına məxsus torpaq sahəsində yerləşməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı qeydiyyat vəsiqəsinin ləğvini tələb etməkdə subyektiv hüuquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə “Vicdan-1” firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq “Vicdan-1” firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə “Vicdan-1” firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq “Vicdan-1” firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmışdövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1458/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1458/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver