Məhkəmə qərarları › İş №2-1(118)-1459/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1459/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1459/2020 03.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəktlərini qanunsuz hesab etməklə iddiaçının 1984-1990-cı illərdə sovet ordusu sıralarında hərbi xidmətlərinin Azərbaycan Ordusu sıralarında xidmət kimi qəbul etməklə 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının 1984-1990-cı illərdə sovet ordusu sıralarında hərbi xidmətlərinin Azərbaycan Ordusu sıralarında xidmət kimi qəbul etməklə 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin сфмфивуршт xx xxx 2019-cu il tarixli, 1639 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci ildə anadan olmuş və 1984-cü ildə hərbi xidmətə çağırılmış və 1990-cı ilədək sovet ordusu sıralarında xidmət etmişdir. 1990-cı ildən 1996- cı ilədək ehtiyyatda olmuş və 1996-cı ildən 2015-ci ilədək, 26 il qüsursuz hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli Əmri ilə «Hərbi Xidmət Keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə əsasən(yaşa görə) hərbi geyimi gəzdirmək hüququ ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi müddətdə dəfələrlə medal və fəxri fərmanla təltif edilmiş və xidmət etdiyi hərbi hissə döyüş tapşırığını yerinə yetirən hərbi hissədə olmuş, mayor hərbi rütbəsinə qədər yüksəlmiş, müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının ümumi hərbi xidmət ilinin 20 ilə yaxın bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, ondan əvvəlki dövr isə SSRİ Silahlı Qüvvələrinin vaxtına düşmüşdür. Hərbi xidmətdə olduğu vaxt, xx.xx.2001-ci il tarixdə iddiaçıya xidmət etdiyi ərazidə Sumqayıt şəhər, Z.Tağıyev qəsəbəsi, Popov(hazırda Dədə Qorqud) küçəsi, ev 23, mənzil 1-də 2 otaqdan ibarət,sahəsi 27,0 kv.m. olan fin tipli xidməti mənzil verilmiş, lakin həmin mənzilin istismar muüddəti ötdüyü üçün (bu evin tikintisindən 70 il keçmişdir) qəzalı vəziyyətə düşmüşdür. Həmin mənzilin yerləşdiyi binaya baxış keçirilmiş və binanın həqiqətən də qəzalı olması ilə bağlı akt tərtib edilmiş, lakin vəsaitin olmaması üzündən bu binada bərpa-təmir işləri aparılmamışdır. Bundan başqa qeyd edilən mənzildə iddiaçı ilə birlikdə 4 nəfər ailə üzvləri də yaşayır. Mənzil darısqallığı və yaşadığı mənzilin yaşayış üçün qəzalı vəziyyətdə olması ilə bağlı iddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək onun qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzil sahəsi ilə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının xahişini təmin etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının ümumi hərbi xidmət illəri 26 il olsa da, Azərbayan Ordusu sıralarında xidmət ili 20 təqvim ilindən az olduğu üçün onun dövlət vəsaiti hesabına mənzillə təminatı «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli 569 saylı Fərmanının təsiri xaricindədir. İddiaçı cavabdehin bu cavabı ilə razılaşmır, belə ki, o, 1984-cü ildən hərbi xidmətə başlamış, 1990-cı ilədək sovet ordusu sıralarında xidmət etmiş, xidmətə başladığı vaxtda Azərbaycan Respublikası müstəqilliyini elan etmədiyi üçün ümumi SSRİ ordusunun, eyni zamanda Azərbaycan Respublikasının hərbi qulluqçusu hesab edilmiş və 1996-cı ildən isə Azərbaycan Ordusu sıralarında xidmətini davam etdirmiş və yaşa görə ehtiyata buraxılmışdır. Lakin cavabdeh əsassız səbəb gətirməklə onun əvvəlki xidmət illərini nəzərə almamış və yalnız Azərbaycan Ordusu sıralarında 20 ilə yaxın etmiş olduğu xidmətlərini nəzərə almışdır. İddiaçı 1984-cü ildə hərbi xidmətə başlayana qədər SSRİ ordusunun vahid ordu olduğunu və bu orduda xidmət keçməni Azərbaycan Ordusunda xidmətkeçmə kimi qəbul etmiş, lakin sonrakı dəyişikliklər, bir sıra sahələrdə,o cümlədən də hərb sahəsində də dəyişikliklərə səbəb olmuşdur. Cavabdehin istinad etdiyi Fərman 2011-ci il 28 dekabrdan sonra yaranan münasibətlərə şamil edilməklə yanaşı, qəbul edildiyi tarixdən qüvvəyə minmişdir. Lakin hüquq münasibətləri iddiaçının xidmətə başladığı vaxtdan, yəni 1984-cü ildən yaranmış və 2015-ci ilədək davam etmişdir. Bu fərman qəbul edilənə qədər isə iddiaçının ümumi stajı 21 il (1990-2011) olmuşdur ki, bu da ona əvvəlki qayda üzrə mənzil növbəsinə götürülməyinə əsas verir, bundan başqa bu fərmana qədər 15 il Ordu sıralarında qüsursuz xidmət keçmiş hərbi qulluqçular mənzil növbəsinə götürülməklə mənzil sahələri ilə təmin olunurdular. «Hərbi Xidmət keçmə haqqında» Əsasnamənin 146-cı maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Həmin əsasnamənin 147-ci maddəsinə görə hərbi xidmətdə olan, ehtiyata, yaxud istefaya buraxılmış «Polkovnik», ona bərabər və ondan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əlavə yaşayış sahəsi verilir. Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata almır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün .Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin cavabdeh təşkilat iddiaçının hərbi sahədə 26 illik qüsursuz xidmətini və yaşa görə ehtiyata buraxıldığını, iddiaçının döyüş tapşırığını yerinə yetirən hərbi hissə tərkibində xidmət etdiyini, mənzil sahəsinə kəskin ehtiyacını, mayor hərbi rütbəsinə qədər yüksəldiyini nəzərə almamış və müraciətini təmin etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyöun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. X1 öz iddia ərizəsində qeyd edib ki, 1996-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəbdə odur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı qüvvələrində xx xxxxx 1996-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi xidmət keçmişdir. Həmin müddət 19 il 08 ay 04 gün təşkil edir. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən “İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür”. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 091360 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1984-cü ildən 1990-cı ilədək sovet ordusu sıralarında xidmət etmiş, 1990-cı ildən 1996-cı ilədək ehtiyatda olmuş və 1996-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olmuş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli Əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin xx xxxx 2020-ci il tarixli, 12/1552 saylı məktubunda qeyd olunur ki, Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə pensiya alan istefada olan mayor İddiaçı xx xxxxxx 1984-cü il tarixdən xx xxxxxxxx 1988-ci il tarixədək X4 Hərbi Mühəndislər məktəbində kursant kimi, xx xxxxxxxx 1988-ci il tarixdən xx xxxx 1990-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə, xx xxxxx 1996-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2015-ci il tarixli 0684 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndi (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xidmətdən buraxıldığı günə xidmət illəri: təqvimlə - 25 il 06 ay 16 gün (onlardan 05 il 10 ay 12 gün SSRİ Silahlı Qüvvələrində, 19 il 08 ay 04 gün isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində) xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 0 il 11 ay 06 gün, ümumi xidmət illəri isə 26 il 05 ay 22 gün təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci tarixli fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın. Həmin Fərmanın 3.1-ci bəndində qeyd olunmuşdur ki, komissiyaya tapşırılsın ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın. Göründüyü kimi qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Lakin hazırki işdə iddiaçının Azərbaycan Respublikası Silahlı qüvvələrində xidməti xx xxxxx 1996-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi olmaqla 19 il 08 ay 04 gün təşkil edir. Belə ki məhkəmə iş materialları ilə də müəyyən olunur ki, Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə pensiya alan istefada olan mayor İddiaçı xx xxxxxx 1984-cü il tarixdən xx xxxxxxxx 1988-ci il tarixədək X4 Hərbi Mühəndislər məktəbində kursant kimi, xx xxxxxxxx 1988-ci il tarixdən xx xxxx 1990-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə, xx xxxxx 1996-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2015-ci il tarixli 0684 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndi (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xidmətdən buraxıldığı günə xidmət illəri: təqvimlə - 25 il 06 ay 16 gün (onlardan 05 il 10 ay 12 gün SSRİ Silahlı Qüvvələrində, 19 il 08 ay 04 gün isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində) xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 0 il 11 ay 06 gün, ümumi xidmət illəri isə 26 il 05 ay 22 gün təşkil edir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Silahlı qüvvələrində xidməti 20 ildən azdır. İddiaçının mənzillə təmin edilməsinə hüquqi əsas yarada biləcək normativ tənzimləmə isə Azərbaycan Respublikası Silahlı qüvvələrində 20 ildən artıq qusursuz xidməti şərt olaraq müəyyən etmişdir. Beləliklə iddianın təmini üçün hüquqi əsas mövcud deyil, qeyd olunanlar inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir, buna görədə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar