Məhkəmə qərarları › İş №2-1(118)-1459/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1459/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1459/2022 10.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 577B/1-də yaşayan), Cavabdehin nümayəndəsi X4 (ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 26-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 13.01.2022-ci il tarixli 22 nömrəli qərarının ləğv edilməsi və ünvanlı sosial yardım dayandırıldığı tarixdən, yəni 01.06.2021-ci ildən bərpa olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 13.01.2022-ci il tarixli 22 nömrəli qərarının ləğv edilməsi və ünvanlı sosial yardım dayandırıldığı tarixdən, yəni 01.06.2021-ci ildən bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 4 nəfərdən ibarət ailəsinə 2020-ci ildə ünvanlı sosial yardım təyin edilmiş və iddiaçı həmin yardımı 12 ay ərzində almışdır. Daha sonra yardımın ödənilməsi 01.06.2021-ci ildən dayandırılmışdır. Buna səbəb kimi “Ünvanlı sosial yardımın təyin edilməsi, təyin edilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq “Ərizə bəyannamə”də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzluğun aşkar olunması göstərilmişdir. Bundan başqa cavabdeh orqan 13.01.2022-ci ildə qərar qəbul edərək bir il ərzində ödənilmiş ünvanlı sosial yardımın geri alınmasını tələb edir. İddiaçı həmin qərarı əsassız hesab edir. Ünvanlı sosial yardım almaq məqsədilə cavabdehə təqdim etdiyi “Ərizə bəyannamə”də ailəsinin yaşayış yeri kimi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577B/1 saylı evi göstərmişdir. Həmin evin mülkiyyətçisi anasıdır. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin mənzilə cavabdeh orqan tərəfindən 6 dəfə monitorinq keçirilmiş və onun həmin ünvanda yaşadığı məlum olmuşdur. Lakin iddiaçının ünvanlı sosial yardım almaq hüququ saxlanmışdır. Cavabdeh tərəfindən ona mübahisələndirilən 13.01.2022-ci il tarixli 22 saylı qərar təqdim edilməmişdir. Həmin qərar ona Sumqayıt şəhəri İcra İdarəsi tərəfindən 28 mart 2022-ci ildə təqdim olunmuşdur. Ünvanlı Sosial Yardımın dayandırılmasının səbəbini aydınlaşdırarkən ona məlum olmuşdur ki, təqdim edilən mənzilin fotoşəkili və ailə üzvləri tamamilə başqa şəxslərə aid olmuşdur. Cavabdehin istinad etdiyi şəxslər faktiki olaraq həmin ünvanda yaşasa da, iddiaçının ailə üzvlərinə aid deyildir. Məhkəmə iclasdında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəvul edərək izah etdi ki, iddiaçının ailəsinə vahid elektron müraciət və təyinat sistemi tərəfindən 01.05.2020-ci il tarixədn 354.05 manat ünvanlı sosial yardım təyin olunmuşdur. Keçirilmiş monitorinq zamanı “Ünvanlı sosial yardımın təyin edilməsi, təyin edilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci bəndinə görə sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 5 iş günü müddətində məlumat verməlidir. Belə ki, ailə başçısı 14.01.2020-ci il tarixdə əmək müqaviləsi bağlayıb, lakin bu barədə məlumatı ərizəsində qeyd etməmişdir. Bununla bağlı ÜSY ödənilməsi 01.06.2021-ci ildən dayandırılmış və artıq ödənilmiş 3556.70 manat vəsaitin qaytarılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 “əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 13.01.2022-ci il tarixli 22 nömrəli qərarından görünür ki, İddiaçı qıızndan 01.05.2020-ci il tarixdən 01.06.2021-ci il tarixədək artıq ödənilmiş 3556.70 manat məbləğində sosla yardım tələb edilərək 10 gün müddətində DSMF-nin X1 hesabına keçirilməsi qərara alınmışdır. -DSMF-nin X1 Sumqayıt şəhər İcra İdarəsinə ünvanlanmış 28.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digərlərindən sosial ödənişlərində artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə qərarları icra edilməsi üçün göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin ünvanlı sosial yardımın təyin edilmısi barədə hissəsi məhkəmənin ayrıca qərardadı ilə mümkün sayılmamışdır. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən qəbul edilmiş əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 22 nömrəli 13.01.2022-ci il tarixli qərarı 28.03.2022-ci ildə əldə etmiş və 29.03.2022-ci ildə həmin qərarın ləğv edilməsinə görə məhkəmədə iddia qaldırmış və bununla da nəzərdə tutulmuş prosessual müddətləri ötürməmişdir. Cavabdeh tərəfindən qərarın iddiaçıya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadı. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən 01.05.2020-ci il tarixdən 01.06.2021-cı il tarixədək ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş sosial yardımın ödənişi 2021-ci ilin sentyabr ayında dayandırılmışdır. Daha sonra cavabdeh təşkilat iddiaçıya ödədiyi ümumilikdə 3556.70 manat məbləğin geri qaytarlımasını haqqında 22 nömrəli, 13.01.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 22 nömrəli 13.01.2022-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsi əsassız olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 13.01.2022-ci il tarixli 22 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 13.01.2022-ci il tarixli 22 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar