Məhkəmə qərarları › İş №2-1(118)-1460/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1460/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1460/2020 10.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialına qarşı “Cavabdeh üzərinə ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin xx xxxxxx 2020-ci il tarixli, **********9 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialına qarşı iddia qldıraraq, “Cavabdeh üzərinə ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə pensiya xx xxxxxx 2015-ci ildən təyin olunub. Lakin pensiya təyin olunarkən onun təkbaşına 6 yetkinlik yaşına çatmayan övladını təkbaşına böyütməsi nəzərə alınmayıb və iddiaçıya güzəştli şərtlərlə, yəni 5 il qabaqcadan pensiya təyin olunmayıb. Belə ki, mərhum həyat yoldaşı X1 ilə xx xxxxxxxx 1980-ci ildə bağladığı birgə nikahdan 6 övladları doğulub. Həyat yoldaşı xx xxxxxx 1996-cı ildə vəfat edib. Həyat yoldaşı vəfat edən vaxt xx.xx.1981 -ci il doğumlu qızı İlahənin 15, xx.xx.1983-cü il doğumlu qızı Xallanın 13, xx.xx.1986-cı doğumlu oğlu Vurğunun 10, xx.xx.1989-cu il doğumlu qızı Tünzalənin 7, xx.xx.1991 -ci il doğumlu qızı Qərənfilin 5, xx.xx.1993-cü il doğumlu qızı Ruhəngizin 3 yaşı olub. İddiaçı yetkinlik yaşına çatmayan həmin uşaqlarını növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək və ondan sonra yetkinlik yaşına çatanadək böyütmüşdür. “X3” Qanunun 8.3-cü maddəsi: Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Buna görə də ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə, yəni yaş həddi 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyanın hesablanaraq ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh **********9 saylı xx xxxxxx 2020-ci il tarixli məktubla əsassız bəhanələrlə ərizəni təmin etməkdən imtina edib və bildirib ki, guya həyat yoldaşının ölüm tarixi xx xxxxxx 1996-cı il olduğu üçün X3 Qanunun 8.3-cü maddəsinə əsasən iddiaçıya təyinat aparılması qanuna müvafiq deyildir. Lakin cavabdeh “qanuna müvafiq deyildir”in nədən ibarət olduğunu göstərməyib. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, cavabdeh hesab edir ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, həyat yoldaşı X1 ilə xx xxxxxxxx 1980-ei ildə bağladığı birgə nikahdan 6 övladı dünyaya gəlib və həyat yoldaşı xx xxxxxx 1996-cı ildə vəfat edib. Həyat yoldaşı vəfat etdiyi vaxt xx.xx.1981-ci il təvəllüdlü qızı İlahənin 15; xx.xx.1983- cü il təvəllüdlü qızı Xallanın 13; xx.xx.1986-cı il təvəllüdlü oğlu Vurğunun 10; xx.xx.1989-cu il təvəllüdlü qızı Tünzalənin 7; xx.xx.1991 -ci il təvəllüdlü qızı Qərənfilin 5; xx.xx.1993-cü il təvəllüdlü qızı Rühəngizin 3 yaşı olub. xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin olunub, lakin iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarını növbəti nikah bağlamadan təkbaşına səkkiz yaşınadək böyütdüyü üçün güzəştli şərtlərlə, yəni 2010- cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini tələb edir. Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa Azərbaycan Respublikasının “X3” qanununun 8-ci maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. iddiaçı yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunmasını, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini tələb etsə də, 2010cu ildə qüvvədə olan qanunvericiliyin 5 və daha çox uşağı böyüdən atalara şamil olunduğunu görürük. Belə ki, iddiaçının həyat yoldaşı vəfat etdiyi zaman İddiaçı 8 yaşınadək 3 övladı olmuş və 5 deyil, 3 övladı 8 yaşınadək böyütmüşdür. Etirazın digər səbəbi isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 10.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən, “X3” azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanuna müvafiqdir. Belə ki, 32.1-1-ci maddəsi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə qaydasında icra olunur. İddiaçı 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi tələbi ilə 2020-ci ildə müraciət etmiş və 32.1.1- ci maddəyə görə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyinat aparılması mümkündür. Mövcud üç il 2017-2020-ci illəri əhatə edir ki, həmin dövrdə iddiaçıya pensiya ödənilməsi həyata keçirilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X3” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının xx xxxxxx 2015-ci ildən təyin olunduğunu, lakin pensiya təyin olunarkən onun təkbaşına 6 yetkinlik yaşına çatmayan övladını təkbaşına böyütməsi nəzərə alınmadığını və ona yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsini məhkəmədən xahiş edir. “X3” Qanununun 8.3-cü maddəsinə əsasən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericilik kişilərə pensiya təyinatı zamanı güzəştin tətbiq edilməsi üçün 5 və daha çox uşağın səkkiz yaşına qədər təkbaşına böyüdülməsini şərt olaraq götərmişdir. Lakin hazırki işdə iddiaçının həyat yoldaşı vəfat etdiyi zaman İddiaçı 8 yaşınadək 3 övladı olmuş, ana vəfat etdildən sonra o 3 övladını təkbaşına 8 yaşınadək böyütmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni olmuşdur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qobustan rayon filialına qarşı “Cavabdeh üzərinə ona, yaş həddinin 5 il azaldılmaqla 2010-cu ildən pensiya təyin olunması, 5 ilin ödənilməmiş pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması” barədə iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar