Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1460/2025 28.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər:əmək pensiyasının hüququn yarandığı tarixdən yenidən hesablanması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “X3 təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının, hüququnun yarandığı (xx.xx.2019-cu il) tarixdən nəzərə alınmaqla hazırda hesablanmış 297,09 manat güzəştli şərtlərlə əmək pensiyasının təkrar hesablanması ilə bağlı öhdəliyin qoyulması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının, hüququnun yarandığı (xx.xx.2019-cu il) tarixdən nəzərə alınmaqla hazırda hesablanmış 297,09 manat güzəştli şərtlərlə əmək pensiyasının təkrar hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə baxıldıqdan sonra 2023-cü ilin dekabr ayından aylıq 297,09 manat güzəştli şərtlərlə əmək pensiyasının təyin edilmişdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi isə hüququnun yarandığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən yox, 2022-ci ilin dekabr ayından verilməsi qərara alınmışdır. Həmçinin, X5 uzun müddət əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Bu səbəbdən də hesab edir ki, uzun müddət əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işləyən bir şəxsin 297 manat güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkünsüz bir haldır. Bu səbəbdəndə əmək pensiyasının hüququnun yarandığı tarixdən verilməsi və pensiya məbləğinin yenidən hesablanması barədə 26 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə ərizə ilə müraciət olunmuşdur. Lakin, hazırkı günədək həmin ərizəyə cavab verilməmişdir. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək Bakı Mebel Hissələri Kombinatında zərərli iş şəraitində 13 il 10 ay 01 gün işləmişdir. xx.xx.1998-ci ildən Dənizdə və Quruda neftçıxarma İB-də Neft daşlarında əmək şəraiti ağır və zərərli vəzifələrdə, o cümlədən nasos qurğusu (soyuq su dövriyyəsi) maşinisti vəzifəsində işləmişdir. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 nömrəli əmri ilə Dənizdə və Quruda neftçıxarma İB bazasında “Azneft” İB yaradılmışdır. xx.xx.2014-cü il tarixdə işlədiyi sexin adı dəyişdirilərək qaz kompressor sahəsi adlandırılmışdır. Daha sonra işə gedərkən avtomobil qəzasına düşmüşdür və bu barədə iş yerinə məlumat vermişdir. Avtomobil qəzası zamanı iddiaçı sağ baldır sümüklərinin aşağı 3/1-nin qapalı qəlpəli yerdəyişmiş sınığının bitişməkdə olan sınığı xəsarət almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının əmək kitabasından görünür ki, xx.xx.1983-cü ildən xx.xx.1996-cı il tarixinədək 13 il 2 ay 12 gün zərərli iş stajı var. Hesab edir ki, 1996-cı ildən iddiaçının pensiya hüququ yaranıb. 1996-cı ildən 2014-cü ilə qədər daimi işləmişdir. iddiaçının peşə təhsili ilə bağlı sənədlər faktiki mövcud deyil. Təqdim edilməsi mümkün deyil. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və 297,09 manat pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-75056/2024 nömrəli məktubla cavablandırılmış və pensiyanın yenidən hesablanmış məbləği barədə nümayəndəyə məlumat verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və 297,09 manat pensiyanın yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olmuşdur. İnzibati icraat materiallarından da aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62560/2023 nömrəli qərarı ilə ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçıya Fondun Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 2358 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmiş və pensiya ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. İddia ərizəsinə əsasən İddiaçı hüquqi marağı ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 297,09 manat pensiyanın yenidən hesablanmasıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı bildiririk ki, iddiaçının nümayəndəsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y- 75056/2024 nömrəli məktubda da qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında” Qanununun (bundan sonra - Qanun) 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanmışdır və xx.xx.2024-cü il tarixdən etibarən 330,36 manat təşkil edir. İddia tələbinin birinci hissəsinə gəldikdə isə iddiaçıya xx.xx.2019-cu il tarixdə Qanunun istər 9.1-ci, istərsə də 9.8-ci maddəsi üzrə pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, Qanunun 9.1-ci maddəsi üzrə 57 yaşdan pensiya təyin edilməsi yalnız xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 57 yaşı tamam olmuş şəxslərə münasibətdə mümkündür. Lakin hazırkı iş üzrə iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Qeyd edilən tarixdə qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün kişilərə münasibətdə yaş tələbi 60 yaş idi. Bu isə iddiaçının hazırkı hüquqi marağına uyğun deyil. Qanunun 9.8-ci maddəsi üzrə 57 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: İddiaçının 57 yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi); İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). Belə ki, həmin maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 47-ci maddəsinə əsasən bu Qanun 01.01,2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati icraat materiallarından da göründüyü kimi iddiaçı yaş tələbini ödəsə də, xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli staj tələbi ona münasibətdə mövcud olmamışdır. Belə ki, iddiaçı Mərkəzi Filiala yalnız “Azneft” İstehsalat Birliyinin xx.xx.2023cü il tarixli 14-2-1-5/3-9-33/2023 nömrəli arayışını təqdim etmiş, həmin arayışda isə İddiaçı 21,02.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan stajına münasibət bildirilmişdir. Belə olan təqdirdə iddiaçı hətta xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək fasiləsiz olaraq güzəştli iş stajı hesab edilən əmək fəaliyyəti ilə məşğul olmuş olsaydı belə, qanunvericiliklə tələb olunan 12 il 6 aylıq güzəştli iş stajını tamamlaması qeyrimümkündür. Əlavə olaraq İddiaçı iddia ərizəsində xx.xx.1982-ci il tarixdən zərərli iş şəraitində işlədiyini və həmin dövrün də güzəştli iş stajı hesab olunduğunu qeyd etsə də, bununla bağlı işəgötürənin arayışı Mərkəzi Filiala müraciət zamanı təqdim edilməmiş və Mərkəzi Filial bu məsələyə münasibətini bildirmək imkanına malik olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarında da qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı tələb edilən sənədlərdən biri də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışıdır. Həmin sənədin Mərkəzi Filial tərəfindən X1 Sistemi vasitəsilə əldə edilməsi qeyri- mümkündür və bilavasitə işəgötürən tərəfindən ərizəçiyə təqdim edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Mövcud icraat materiallarına əsasən İddiaçı yaşı qanunvericiliklə tələb olunan yaş həddindən az olduğuna görə Qanunun 9.1-ci maddəsi üzrə, güzəştli iş stajı isə kifayət etmədiyinə görə həmin Qanunun 9.8-ci maddəsi üzrə xx.xx.2019-cu il tarixdən pensiya təyinatına imkan verməmişdir. Deməli, müvafiq olaraq yaş və güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Qanunun 9.1-ci və 9.8-ci maddələri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və pensiya kapitalı (və ya ümumi iş stajı) tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajı və yaşı tələb olunan müddətdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. A.X4 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 il 1 ay 6 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Beləliklə iddiaçıya Qanunun 9.8-ci maddəsi üzrə 57 yaşdan pensiya təyin edilməsi qanunvericiilyin tələbləri baxımından mümkün deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı 1987-1988-ci illərdə təhsil alıbsa əhəmiyyəti qalmır. Həmin dövrlər iş stajı kimi nəzərə alınıb. 1982-ci ildən güzəştli iş stajı ilə bağlı arayış təqdim edilməmişdir. 23 mart 2019-cu ildə isə iddiaçı əlilliyə görə pensiya alırdı. Eyni vaxtda hər iki pensiyanın ödənilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: SOCAR X2 X8 və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1985-1988-ci illər üçün əmək haqlarının şəxsi hesablamalarında, 1991-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1965-ci il tarixdə anadan olmuş İddiaçı bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur: xx.xx.1998-ci il-xx.xx.1998-ci ilə kimi Qaz kompressor sexində qaz mühərrikli kompressorların maşinisti 3-cü dərəcəli (Əmr xx.xx.1998-ci il, 22/k), xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə kimi Qaz kompressor sexində qaz mühərrikli kompressorların maşinisti 3-cü dərəcəli (Əmr xx.xx.1998-ci il, 77/k); xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi Qaz kompressor sexində 3-cü dərəcəli nasos qurğusu maşinisti (Əmr 29/k, xx.xx.2002); xx.xx.2004-cü ildən xx.xx.2014-cü ilə kimi Qaz kompressor sexində 4-cü dərəcəli nasos qurğusu maşinisti (Əmr 90/k, xx.xx.2004). İddiaçı 21 yanvar 2014-cü il tarixdən Qaz kompressor sexi (4-cü dərəcəli nasos qurğusu maşinisti AR ƏM-in 70-ci maddəsinin “c” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) işdən azad edilmişdir. (xx.xx.2014-cü ilin 127/k №li əmrinə əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarındakı “güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci “Ümumi Peşələr” bölməsinə əsasən “neft daşları” NQÇİ-nin Qaz-kompressor sexinin qaz mühərrikli kompressorların maşinisti peşəsində xx.xx.1998-xx.xx.2002-ci ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 04 il 00 ay 10 gün, 10-cu bölməsinin 10.2 yarımbölməsinə əsasən Qaz kompressor sexinin nasos qurğusunun maşinisti peşəsində xx.xx.2002-xx.xx.2014-cü ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı- 11 il 10 ay 20 gün təşkil edir. Güzəştli şərtlərlə ümumi iş stajı 15 il 11 ay 00 gün təşkil edir. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarla iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən ümumi iş stajı 26 il 8 ay 6 gün, güzəştli iş stajı 14 il 5 ay 0 gün hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Milli Arxiv İdarəsinin 28 avqust 2024-cü il tarixli 3-48-4/2-1404/2024 saylı məktubunda qeyd edilmişdir ki, Bakı Mebel Hissələri Kombinatının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 09 iyul 2024-cü il tarixli, 3-17- 1/2-159126/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində (24 dekabr 2022-ci il tarixindən hesablanmaqla) 297,09 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11- ci maddəsinə əsasən sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 il 1 ay 6 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-01.01,1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 42,71 manat (20,10 il x 306 manat: 144 ay) hesablanaraq xx.xx.2022-ci il tarixinədək indeksləşdirilərək 130,18 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24035,10 manat sığorta kapitalına uyğun 166,91 manat (24035,10 :144 ay) əlavə edilərək 297,09 (130,18 + 166,91) manat məbləğində əmək pensiyası müəyyən edilib. İddiaçının əmək kitabçasının və hərbi biletinin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı X3 təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının, hüququnun yarandığı (xx.xx.2019-cu il) tarixdən nəzərə alınmaqla hazırda hesablanmış 297,09 manat güzəştli şərtlərlə əmək pensiyasının təkrar hesablanmasını istəyir. Cavabdeh isə qeyd edir ki, qanunun 9.1-ci maddəsi üzrə 57 yaşdan pensiya təyin edilməsi yalnız xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 57 yaşı tamam olmuş şəxslərə münasibətdə mümkündür. Lakin hazırkı iş üzrə iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Qeyd edilən tarixdə qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün kişilərə münasibətdə yaş tələbi 60 yaş idi. Bu isə iddiaçının hazırkı hüquqi marağına uyğun deyil. İddiaçı Mərkəzi Filiala yalnız “Azneft” İstehsalat Birliyinin xx.xx.2023- cü il tarixli 14-2-1-5/3-9-33/2023 nömrəli arayışını təqdim etmiş, həmin arayışda isə İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan stajına münasibət bildirilmişdir. Belə olan təqdirdə iddiaçı hətta xx.xx.1998ci il tarixdən xx.xx.2006-cı il tarixədək fasiləsiz olaraq güzəştli iş stajı hesab edilən əmək fəaliyyəti ilə məşğul olmuş olsaydı belə, qanunvericiliklə tələb olunan 12 il 6 aylıq güzəştli iş stajını tamamlaması qeyri-mümkündür. Əlavə olaraq İddiaçı iddia ərizəsində xx.xx.1982ci il tarixdən zərərli iş şəraitində işlədiyini və həmin dövrün də güzəştli iş stajı hesab olunduğunu qeyd etsə də, bununla bağlı işəgötürənin arayışı Mərkəzi Filiala müraciət zamanı təqdim edilməmiş və Mərkəzi Filial bu məsələyə münasibətini bildirmək imkanına malik olmamışdır. İddiaçı güzəştli iş stajı və yaşı tələb olunan müddətdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsidir. İddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdən tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. İddiaçı iddia edir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək Bakı Mebel Hissələri Kombinatında zərərli iş şəraitində 13 il 10 ay 01 gün işləmişdir. Lakin qeyd edilən dövrlərdə iddiaçının güzəştli iş stajının olmasını təsdiq edən arayış məhkəməyə təqdim edilməmişdir. Həmin dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməsi halında belə xx.xx.2006cı il tarixinədək 25 il ümumi iş stajı yaranmadığından iddia tələbi əsaslı sayıla bilməz. (hərbi xidmət dövrü- xx.xx.1980-xx.xx.1982-ci illər, iş stajı-xx.xx.1983-xx.xx.1996; xx.xx.1998-xx.xx.2005-ci illər cəmi 23 il 24 gün) İş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı, həmçinin 25 il ümumi iş stajı yaranmır. İddiaçının nümayəndəsi və vəkili onun 1980-ci illərdə peşə təhsili aldığını, lakin sənədləri təqdim edə bilmədiyini bildirsə də həmin dövrlər iddiaçının ümumi iş stajına daxil edildiyindən peşə təhsili ilə bağlı dövrlər iddiaçının ümumi iş stajına təsir etməyəcəkdir. Bundan əlavə iddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmiş və pensiya ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Əmək Pensiyaları haqqında Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1460/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1460/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver